Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İrəvanda antirusiya ovqatı getdikcə güclənir –Trofimçuk

 

Etiraf etməliyik ki, Ermənistandakı antirusiya tendensiyası getdikcə güclənməkdədir.

Yenixeber.org: Bu sözləri tanınmış rusiyalı ekspert Qriqori Triomfçuk jurnalistlərə açıqlaması zamanı deyib. Onun sözlərinə görə, aprel ayından başlayaraq, çoxsaylı erməni fəalı öz adlarını gizlətmədən, açıq mətnlə öz vətəndaşlarını rus təşkilatları ilə əməkdaşlıqda və qrant və s. vasitəsilə pul almaqda ittiham edirlər.

“Aydındır ki, erməni fəallar bunun üçün hamının başa düşə biləcəyi sadə əsaslara istinad edirlər: Sərkisyan dövrünün məmurları birbaşa Moskva ilə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələndirilir və bu təşkilatın Ermənistanı qoruyacağına şübhə ilə yanaşırlar”, - ekspert bildirib.

Onun sözlərinə görə, müşahidəçilər post-sovet məkanındakı bütün çevrilişlərin yerli millətçilik və rus mədəniyyəti, dili ilə mübarizəyə çevrildiyi fikrində həmrəydirlər:

“Ermənistan hazırda bu istiqamətdə hərəkətə yenicə başlayıb. Rus Dram Teatrı ilə bağlı məlum vəziyyət bu barədə çox şeyi deyir. Mən deyərdim ki, teatrın taleyi burda sözün əsl mənasında faciəyə çevrilir. Rus Teatrının bağlanmasının vacibliyi ilə bağlı aşkar tələblər eşidilən bugünkü Ermənistanda bu çağırışları edənlər arasında həmən teatrın bədii rəhbəri vəzifəsinə namizəd də var ki, bu da xarakterik haldır”.

Ekspertin fikrincə, Rus Teatrı hazırda mədəniyyətin deyil, siyasətin stimuluna çevrilib:

"Bununla yanaşı teatrın hələ də öz həllini tapmayan iqtisadi və maliyyə məsələləri siyasətdən daha tez öz işini görə bilər".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam