Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Erməni liderlər Kremlin güclü təzyiqi altındadırlar"

Xeberinfo.com:  Yerevandakı Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Ağasi Yenokyan virtualaz.org-a eksklüziv müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana səfərinin əsl məqsədləri, həmçinin Ermənistan üçün KTMT və AİŞ-in əhəmiyyəti barədə öz fikrini bildirib.

 

- Rusiyanın xarici işlər naziri Sergey Lavrov hazırda Ermənistanın rəsmi şəxsləri ilə görüşlər keçirir. Bir çox ekspertlər güman edirlər ki, o, Qarabağ münaqişəsinin həlli üzrə hansısa planla gəlib. Siz bu fikri bölüşürsünüzmü və Rusiyanın ümumiyyətlə belə bir planı varmı?

- Düşünürəm ki, əgər Moskva bu cür fəallaşıbsa, nəsə bir Rusiya planı olmalıdır. Ümumiyyətlə isə, əvvəllər istənilən tənzimlənmə planına mütləq şəkildə 4-5 bənd daxil olurdu: Qarabağın statusu, ərazilərin qaytarılması, köçkünlərin geri qayıtması, təhlükəsizliyə zəmanət məsələləri və s. İstənilən təklifin mahiyyəti yalnız bu bəndlərin təfərrüatlarına və müddətlərə bağlı idi.

Hərbi əməliyyatların fəallaşmasına, Rusiyanın hazırkı münaqişələr ritorikasına və bunların həlli tempinə gəldikdə isə, indi Kreml üçün ən vacib şərt Rusiya qoşunlarının «sülhməramlılar» dəbilqəsi altında regiona daxil edilməsidir. Lakin Moskva münaqişənin birdəfəlik həllində o qədər də maraqlı deyil, belə ki, bu halda regiondakı siyasi rolunu itirər və ona ancaq hərbi rol qalar.

- Bu cür Rusiya planı münaqişə tərəflərini qane edəcəkmi?

- Çətin ki, Azərbaycan öz torpaqlarında rusiyalı sülhməramlıların mövcudluğuna sevinsin. Qarabağda isə anlayırlar ki, qoşun yeridiləcəyi təqdirdə onlar təmas xəttinə nəzarəti ruslara verməlidirlər, bu halda isə həmin xətti öz bildikləri kimi yenidən çəkməyə başlayacaqlar.

- Digər tərəfdən, Lavrovun Ermənistana səfəri Yerevan sakinlərinin antirusiya çıxışları fonunda baş verir. Ümumiyyətlə, indi erməni cəmiyyətində antirusiya əhval-ruhiyyəısi nə qədər güclüdür?

Hazırda Ermənistanda antirusiya əhval-ruhiyyəsinin vur-tut qıcqırma prosesi gedir. Bununla birlikdə, bütün az-çox güclü partiyalar güclü şəkildə Rusiyanın nəzarəti altındadır və uzun müddət keçməlidir ki, bu əhval-ruhiyyə institusional forma ala bilsin.

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Şurası — indiki durumda Ermənistan bu qurumlarda nə qədər maraqlıdır?

Bu təşkilatlar Ermənistan üçün yalnız ona görə əhəmiyyətlidir ki, erməni liderlər Kremlin güclü təzyiqi altındadırlar. Əslində isə, ölkəmiz AİŞ-ə daxil olduqdan sonra Rusiya ilə ticarət dövriyyəsi bir neçə dəfə aşağı düşüb.

KTMT-nin isə effektsizliyinin o zaman şahidi olduq ki, Ermənistanla Azərbaycan sərhədində 2014-2015-ci illərdə və 2016-cı ilin aprel ayında hərbi əməliyyatların fəallaşması zamanı bu qurum kənarda durdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam