Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Müsavatçılar azad fikrə görə partiyadan qovulur”




  “Müsavat partiyasında kimsə hər hansı bir azad fikri irəli sürürsə, onu partiyadan qovurlar, sıxışdırırlar. YAP-da isə belə hallar yoxdur”. 

    "Xeberinfo.com": Bu sözləri AzNews.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib. 

    Onun sözlərinə görə, YAP yarandığı və təsis olunduğu gündən demokratik prinsiplərə, azad fikrə söykənib, partiyanın hər bir üzvü digər partiyalardan fərqli olaraq öz fikrini azad şəkildə ifadə edib.

    Aydın Hüseynov müsahibəsində YAP-ın keçdiyi 22 ilə ötəri nəzər salıb, partiyanın qazandıqlarından və itirdiklərindən danışıb:

    -Bu gün əldə olunan bütün nailiyyətlərdə, bütün uğurlarda YAP-ın öz payı, öz zəhməti və eyni zamanda öz məsuliyyəti var. Və ən başlıcası isə biz onu qazandıq ki, Heydər Əliyevin zəkasından yaranan bu partiya Heydər Əliyevin qarşıya qoyduğu o strategiya uğurla davam etdirir. Bu, bizim qazancımızdır. Eyni zamanda YAP yarananda müstəqil Azərbaycan şüarı, devizi altında yarandı və məhz onu qazandı ki, doğrudan da çox möhkəm, çox qüdrətli yeni bir Azərbaycan formalaşdı. Bu gün Azərbaycan Respublikası həm iqtisadi, həm siyasi baxımından özünəməxsus bir dövlətdir və iqtisadi bir mənada müstəqil bir siyasət yeridir. Azərbaycan artıq dünyada qəbul olunan, regionda güc mərkəzinə çevrilən bir dövlət olub. Avropanın enerji təhlükəsizliyində ən etibarlı bir tərəfdaş kimi imicini formalaşdırıb. Azərbaycanda bu gün çox beynəlxalq tədbirlər həyata keçirilir, 2015-ci il Avropa Oyunları Azərbaycanda olacaq. 

     Bundan başqa, Heydər Əliyev ideyalarının düzgün olduğu, xalqın birbaşa mənafeyinə, dövlətə və dövlətçiliyinə xidmət etdiyi təsdiqləndi. Eyni zamanda YAP-ın qazancı ondan ibarət oldu ki, Heydər Əliyevin qoyduğu bu irsi davam etdirəcək İlham Əliyev şəxsiyyəti formalaşdı. Eyni zamanda İlham Əliyevin ətrafında partiyaya sədaqətli olan 600 mindən çox YAP-ın üzvləri fəlaiyyət göstərir. Yəni bunlar da bu gün bizim qazancımızdır. Əslində bundan sonra qazanacağımız nailiyyətlər daha çox olacaq.
İtkilərimiz isə yoxdur. Bizim itkilərimiz yalnız təbii itkilərimiz olub. Ulu öndərimiz öz dünyasını dəyişib, Murtuz Ələsgərəov. Ziya Bünyadov, Sirus Təbrizli və digərləri bu dünyadan köçüblər.

    -“91”lərin bəzi üzvləri öz çıxışlarında istər partiyadaxili hadisələrə, istərsə də bəzi neqativ hallara öz kəskin münasibətlərini bildiriblər. YAP-ın parlamentdə təmsil olunan deputatları da maaşların azlığından, bürokratiyanın varlığından, məmur özbaşınalığından və rüşvətxorluqdan söz açıblar. Elə son günlərdə 2015-ci il Dövlət Büdcəsinin müzakirəsi zamanı Siyavuş Novruzovun çıxışı mediada birmənalı qarşılanmadı...

    -YAP yarandığı və təsis olunduğu gündən demokratik prinsiplərə, azad fikrə söykənir, partiyanın hər bir üzvü öz digər partiyalardan fərqli olaraq öz fikrini azad şəkildə ifadə edir. İndi görürsünüz, Müsavat partiyasında kimsə partiyada hər hansı bir azad fikir irəli sürürsə, onu partiyadan qovurlar, sıxışdırırlar. YAP-da isə heç vaxt azad fikrə görə belə hallar olmayıb. Siyavuş Novruzovun özü ən gənc vaxtlarından YAP-ın təşklilatlanmasında təmsil olunub, böyük xidməti olan partiya funksionerlərimizdən biridir. Partiyada təmsil olunan hər biri öz fikrini daim səsləndirib, cəmiyyəti narahat edən məsələlərə toxunub. Təbii ki, problemlər həll edilmək üçün öncədən səlsəndirilməlidir ki, belə hallara bir də rast gəlinməsin. Bunun özü də demokratik idarəetmənin bir təzahür formasıdır. 

    -Son vaxtlar hər kəs YAP-ın üzvü Aydın Mirzəzadə ilə deputat Etibar Hüseynov arasındakı Facebook davasının şahidi oldu...

     -Onların arasında mənə elə gəlir ki, ciddi bir münaqişə olmayıb. Aydın Mirzəzadə böyük intellektə sahib olan bir partiya üzvüdür və partiyanın təşkilatlanmasında yaxından iştirak edib. O, Mingəçevir şəhər təşkilatının yaranmasından üzü bəri həmişə partiyaya sədaqətlə xidmət edib. Ümumiyyətlə, dövlətçiliyimizə xidmət edən bir partiya fəalıdır. Həm də parlamentdə təmsil olunan fəal üzvlərimizdən biridir. Aydın Mirzəzadənin fikirləri həmişə normal fikirlər olub. O, özünə hörmət qazanmaqla yanaşı hansı yerdə, hansı ifadəni işlətməyi də bilir. Etibar Hüseynov isə Aydın Mirzəzadəyə yalnız şəxsi fikrini bildirib. 

-Yeni Azərbaycan Partiyasından kimlərsə transfer olunaraq digər partiyalara keçibmi?

-Belə hala rast gəlinməyib, çünki YAP Azərbaycanda ən nüfuzlu və ən mütərəqqi bir partiyadır və kimsə bur partiyanı qoyub digər bir partiyada nüfuz qazana bilməz. 

-22 illik yubileyinizlə bağlı xarici ölkələrdə fəaliyyət göstərən partiya funksionerlırinin Azərbaycana gəlişi, tədbirlərinizdə iştirakı reallaşdımı?

-Bu il möhtəşəm tədbirlər həyata keçirilmədi, çünki bu il yubiley ili deyildi, ancaq partiyanın 20 illik yubileyi yüksək səviyyədə təşkil olundu. YAP istər paytaxtda, istərsə də bölgədə böyük nüfuza malik olan bir partiyadır. YAP Asiya Siyasi Partiyalar Konqresinin ən fəal üzvlərindən biridir. Avropada olan partiyalarla əməkdaşlıq edir. Ümumiyyətlə, partiyanın beynəlxalq əməkdaşlığı çox yüksək səviyyədədir. YAP-ın gəncləri çox fəaldırlar. Onlar tez-tez xarici səfərlərdə olur, beynəlxalq səviyyəli konfranslarda çıxış edirlər. 22-ci yubileyimiz də bütün rayon təşkilatlarında təşkil edildi. 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilən təsis konfransında yaradılıb və onun Proqram və Nizamnaməsi qəbul edilib.

1992-ci il dekabr ayının 18-də isə YAP Ədliyyə Nazirliyində qeydiyyata alınıb və qısa müddətdə onun bütün rayonlarda təşkilatları və özəkləri yaradılıb. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunub. 1993-cü il oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsasını qoyub. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişib, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənib, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirib. 1995-ci il noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam