Stratfor analitik mərkəzi Suriyada ABŞ-Rusiya hərbi qarşıdurması haqda:“Rusiya, ya da ABŞ hər hansı fəlakətli yanlışlığa yol versə...” – Təhlil
Stratfor (ABŞ), 12.09.2018
Birləşmiş Ştatlar Suriyada İran qoşunlarının bu ölkədən tam çıxarılması və indiki Dəməşq hökumətinin dəyişilməsi daxil olmaqla qarşısına yeni məqsədlər qoyub. ABŞ-ın Suriya hökumətinə qarşı daha inadlı fəaliyyəti və İranın Suriyada iştirakı Moskva və Vaşinqton arasında çəkişməni mütləq gücləndirəcək.
Yenixeber.org: – Birləşmiş Ştatlar Suriyada İran qoşunlarının bu ölkədən tam çıxarılması və indiki Dəməşq hökumətinin dəyişilməsi daxil olmaqla qarşısına yeni məqsədlər qoyub.
-ABŞ-ın Suriya hökumətinə qarşı daha inadlı fəaliyyəti və İranın Suriyada iştirakı Moskva və Vaşinqton arasında çəkişməni mütləq gücləndirəcək.
-İdlibə hücumla bağlı qaçqınlara münasibətdə də kimyəvi silahın işlədilməsi imkanı haqda narahatlıq ABŞ və Rusiya arasında anlaşma əldə edilməsi üçün imkanı daha da məhdudlaşdırır.
Konkret danışılsa, Birləşmiş Ştatlar indi İran qoşunlarının Suriyadan tam çıxarılmasına və Dəməşqin indiki hökumətini Vaşinqton üçün daha məqbul olacaq yenisinə dəyişməyə nail olmağa çalışır.
ABŞ Suriyadakı məqsədlərinə əvvəllər də düzəlişlər edib. Amerika bu ölkədəki vətəndaş savaşının müxtəlif mərhələlərində iki siyasi kurs arasında kəfkir kimi yellənib: gah Suriya rejiminə qarşı fəal mübarizə aparıb, gah da bütün səylərini döyüşkən ekstremist qrupların darmadağın edilməsinə cəmləyib. Amma yeni siyasi dönüş Suriyada Rusiya ilə məzmunlu əməkdaşlığa bütün şansları məhv edəcək. Moskva bu ölkədəki uğurlarını qəti müdafiə edərək beləliklə necəsə bir tarazlıq yaradır. Bu səylər Amerika hökumətiylə birgə iş tələb edir. Belə birgə iş isə Suriya hökumətinin legitimliyini təmin edəcək. Bu qayda ilə ABŞ-ın Suriya hökumətinə qarşı daha təcavüzkar hərəkətləri və İranın bu ölkədə iştirakı hökmən fikir ayrılıqlarının güclənməsini doğuracaq.
Suriyada ABŞ və Rusiya arasındakı münasibətlərin dinamikasını Suriya qoşunlarının İdlib əyalətinə hücum hazırlığı qəlizləşdirir. Birləşmiş Ştatlar keçən il Suriyada üsyançıların silahlandırılması üçün MKİ-nin proqramını bağlayandan sonra İdlibdə çox zəif nüfuza malikdir və orada praktik olaraq iştirak etmir. Amma ABŞ-ı bu əyalətə hücuma daha fəal reaksiya verməyə vadar edə biləcək iki amil var. Birincisi, qaçqınların Türkiyəyə, oradan isə Avropaya növbəti kütləvi yer dəyişməsidir. Rejimin İdlibdə hərbi əməliyyatlarından üç milyona yaxın adama qaçmağa cəhd edə bilər. Bu cür kütləvi qaçqın axını təhlükəsi təkcə Türkiyənin hücuma qarşı çıxmaq qətiyyətini gücləndirmir, həm də ABŞ-ı və avropalı müttəfiqlərini xəbərdarlıqla çıxış etməyə məcbur edir. İkinci amil Suriya hökumət qoşunlarının kimyəvi silah işlətmək imkanıdır. Dəməşq ölkə ərazisi üzərində nəzarət qurmağa cəhd edərək bu silahın, o cümlədən sinir-iflic təsirli zəhərli maddələrin işlədilməsinə dəfələrlə əl atıb. Bu, iki halda ABŞ və müttəfiqləri tərəfindən cəza zərbələri doğurub. Amerikanın kəşfiyyatın hesabatlarına isnad edən rəsmi təmsilçilərinin sözlərinə görə, Suriya prezidenti Bəşər Əsəd İdlibdə gözlənilən hərbi əməliyyatın gedişində xlor qazının tətbiqini təqdir edib. Bu haqda sentyabrın 9-da “The Wall Street Journal” məlumat verib. Amerika təmsilçiləri sinir-iflic zəhərli maddələri haqda heç nə deməyiblər (Amerika bunlar üçün qırımızı xətt cızıb), amma hətta xlorun böyük miqdarda işlədilməsi ABŞ tərəfdən növbəti cəza zərbəsi törədə bilər. Belə bir cavab tamamilə ağlabatandır, çünki hamı İdlibdəki duruma qulaq kəsilib, Vaşinqton isə kimyəvi silahın işlədilməsi haqda dəfələrlə xəbərdarlıq edib. Belə zərbələr (xüsusən də ruslar və iranlıların Suriyada iştirakı nəzərə alınmaqla) son dərəcə riskli perspektivlərlə münaqişənin yayılmasına gətirə bilər və bundan savayı, Suriyada ümumi fəaliyyət planı haqda Amerika və Rusiyanın anlaşması çox çətin olacaq.
Rusiya bu yaxınlarda ət-Tənfə qarnizonu haqda təhdidlə çıxış edib. ABŞ Suriyanın şərqində bu rayonda üsyançılarla yanaşı cüzi sayda qoşun yerləşdirib. Bu təhdidlər iki ölkə arasında sonrakı münasibətlərin korlanacağından xəbər verir. Amerika rəsmilərinin dedikləri kimi, ruslar son 10 gündə orada hərbi əməliyyatlara başlamaq hədəsi gəliblər, amerikalılar bu üzdən bu cür addımların yolverilməzliyini bildirib və ət-Tənfəyə dəniz piyadası korpusundan əlavə qüvvə göndəriblər.
Əgər Rusiya, ya da ABŞ hər hansı fəlakətli yanlış hesablamaya yol versə və yaxud ciddi insident yaratmasa, çətin ki, onların Suriyadakı mübahisəsi fəal hərbi əməliyyatlara keçər. Ən nəhayətdə, Suriyaya görə nə bu, nə də o biri tərəf əhatəli müharibə başlanması riskinə getmək istəyir. Bununla belə, mövcud fikir ayrılıqları getdikcə daha da kəskinləşir, çünki ABŞ İrana münasibətdə getdikcə daha təcavüzkar mövqe tutur, Əsəd isə elə etməyə çalışır ki, Moskvanın Suriya üzrə ABŞ-la saziş əldə etmək ümidləri doğrulmasın.
Tərcümə Strateq.az-ındır.