Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ölkə məhv edilməli, 70 milyon insan öldürülməli idi –ABŞ-ın GİZLİ PLANLARI ORTAYA ÇIXDI

 

Ölkə məhv edilməli, 70 milyon insan öldürülməli idi – ABŞ-ın GİZLİ PLANLARI ORTAYA ÇIXDI

ABŞ XX əsrin 60-cı illərində sənaye inkişafı səbəbindən Sovet İttifaqı və Çinə nüvə zərbəsi endirməyi planlaşdırırdı.

Yenixeber.org: Rusiya mediası xəbər verir ki, bu haqda “Milli Təhlükəsizlik Arxivi” qeyri-kommersiya təşkilatının nəşrində deyilir.

Amerika hərbçilərinin arxiv sənədlərinə görə, ABŞ SSRİ-yə nüvə zərbəsi vasitəsilə ölkənin sənaye potensialının 70, həmçinin sovet şəhərlərinin 71 faiz sakinini məhv etmək niyyətində idi. Beləliklə, Amerika hakimiyyəti Sovet İttifaqını “böyük sənaye dövləti kateqoriyası”ndan çıxarmağı və “yaşamağa qabil” cəmiyyət kimi məhv etməyi planlaşdırırdı.

Vahid birləşdirilmiş operativ plan (SIOP) adlanan Amerika sənədlərində bütovlükdə SSRİ-nin sənaye potensialının 70 faizinin məhv etmə ehtiyacı göstərilir. 1961-ci ildə aparılan qiymətləndirmələrə əsasən, Amerika hərbçilərinin hücumu nəticəsində sovet şəhərlərinin 71 faiz sakini məhv edilməli idi. 1962-ci ildə aparılan hesablamanın nəticələrinə görə, 70 milyon sovet vətəndaşı həlak olacaqdı. Həmçinin qeyd edilir ki, bu plan üzərində daim düzəlişlər edilirdi.

Analitiklər yekunlaşdırırlar ki, rəqib ölkə əhalisinin çox hissəsinin məhv edilməsi ideyası Sovet İttifaqının üzərində qələbənin əsas meyarlarından biri kimi ABŞ Birləşmiş Qərargahlar Komitəsində baxılırdı.

Qeyd edək ki, həmin illərdə SSRİ-nin də nüvə silahı var idi və dünyanın istənilən ölkəsinə zərbə endirmək bacarığına malik idi.

“Bu günlərdə sınaq hədəflərində Sovet İttifaqında hidrogen bombasının növlərindən birinin partlayışı baş verdi. Sınaq göstərdi ki, hidrogen bombasının gücü atom bombalarının gücünü bir neçə dəfə üstələyir”, - “Pravda” nəşrinin 1953-cü ilin avqustunda çıxan nömrəsində deyilirdi.

Görkəmli sovet fizik alimlərinin yaratdığı hidrogen bombası “RDS-6” adlandırılmışdı. 1949-cu ildə SSRİ-də atom bombasının sınağı keçirilmişdi.

ABŞ-ın SSRİ-ni məhv etmək planlarını həyata keçirilməsə də, indiki halda faktiki olaraq yeni hədəf Rusiyadır. Bunu bu ilin fevral ayında dərc edilən ABŞ-ın yeni nüvə doktrinası da göstərir. Yeni doktrinada Pentaqon ABŞ-ın rəqibə nüvə zərbəsi üçün şərtlərin siyahısını genişləndirib. Xüsusi halda, böyük miqdarda qurbanlara gətirib çıxarmış qeyri-nüvə hücumu, həmçinin strateji obyektlərə edilən hücumlara cavab olaraq nüvə zərbəsi endiriləcək

“Moskva birinci məhdudlaşdırılmış nüvə zərbəsini tətbiq etməklə hədələyir. Moskva səhv hesablama aparır ki, məhdudlaşdırılmış birinci zərbə ABŞ-ı və NATO-nu iflic edə və bununla Rusiyanın şərtləri ilə münaqişəyə son qoya bilər”, - sənədin mətnində dəqiqləşdirilib.

Rusiyanın ABŞ-a nüvə zərbəsi endirmə imkanı haqqında danışan doktrinanın müəllifləri qeyd edirdilər ki, Moskva ABŞ-ın üzərində üstünlüyə malikdir və nüvə arsenalını müasirləşdirməyə davam edir. Həmçinin sənəddə vurğulanırdı ki, bu gün dünya “böyük dövlətlərin yarışı”nın qayıdışını görür. Xüsusi halda, qeyd edilirdi ki, Rusiya və Çin beynəlxalq nizamı və davranışın normalarını dəyişdirmək barədə öz arzularını çatdırır. Materiallarda iddia edilirdi, bu dövlətlər nüvə güclərinin aktiv müasirləşdirməsi ilə məşğul olurlar.

İyul ayında isə Amerikanın “War Is Boring” nəşrinin hazırladığı məqalədə deyilirdi ki, Rusiyanın Uraldan şərqdə yerləşən ərazisi Amerika, yapon və Çin təhdidləri qarşısında müdafiəsizdir.

 

 

Buna cavab olaraq Dövlət Dumasının müdafiə üzrə komitəsinin sədr müavini Aleksandr Şerin bildirdi ki, Amerika KİV-inin bəyanatları Rusiyanı qızğın silahlanmaya cəlb etmək cəhdidir. Deputat həmçinin qeyd etdi ki, amerikalıların bəhs etdiyi mümkün zəiflik Rusiyanın nüvə arsenalı ilə tamamilə kompensasiya edilir.

Qeyd edək ki, Moskva və Vaşinqton arasında nüvə problemləri üzrə dialoq son zamanlar faktiki olaraq, dondurulmuş vəziyyətdədir. 2010-cu il aprelin 8-də ABŞ və Rusiya arasında imzalanan Strateji Hücum Silahlarının ixtisarı və məhdudlaşdırılması üzrə Müqaviləyə əsasən, 2018-ci ilin fevralında hər iki tərəf nüvə başlıqlarını 1550-dək ixtisar etməli idi.

Müqaviləyə görə tərəflər ildə iki dəfə bir-biri ilə nüvə başlıqları və daşıyıclıları barədə informasiya mübadiləsini öhdəlik olaraq üzərilərinə götürüblər. Bu müqavilə 2021-ci il fevralın 5-dək qüvvədə qalacaq. Onun avtomatik uzadılması nəzərdə tutulmayıb. Tərəflərin razılığı ilə müqavilənin müddəti 2026-cı ilədək uzadıla bilər.(publika)

Ömər Dağlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam