Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Moskva Qarabağ məsələsində Ermənistana güzəşt etməyəcək - Aleksandr Duqin

Moskva Qarabağ məsələsində Ermənistana güzəşt etməyəcək - Aleksandr DuqinErmənistanda hakimiyyətdə kimin omlasından asılı olmayaraq, Moskva Dağlıq Qarabağ ətrafında işğal olunmuş 5 rayonu Azərbaycana verməkdə qəti qərarlıdır

Yenixeber.org: “Beynəlxalq Avrasiya Hərəkatının lideri, Rusiyanın tanınmış geosiyasi analitiki Aleksandr Duqin Ermənistanda baş verənlər, həmçinin Azərbaycan-Rusiya münasibətləri barədə Moskva-Bakı” portalına müsahibəsi verərkən belə deyib. Bildirib ki, Dağlıq Qarabağ amilindən Ermənistanda hakimiyyətə gəlmək, yaxud mövcud hakimiyyətini qorumaq istəyən hər bir kəs istifadə etməyə çalışır. Onillərdir Ermənistandakı sosial-iqtisadi uğursuzluqlar məhz Qarabağ münaqişəsinin ayağına yazılır, bəhanə kimi İrəvan həmişə Qarabağ amilini göstərir. 

Lakin Duqinə görə, Qarabağ klanın üzvü olan Robert Koçaryanın siyasətə qayıtdığını bəyan etməsinə baxmayaraq, Moskva hazırda Ermənistanın daxili vəziyyətinə çox da qarışmır və hesab etmək olmaz ki, Ermənistan siyasi səhnəsində Rusiyanın hansısa sevimli namizədi var. Moskva üçün hər şeydən əvvəl elə bir syiasətçi maraqlı olacaq ki, o, Ermənistanın əvvəlki geosiyasi kursunun varisi kimi çıxış etsin. Bu zaman həmin siyasətçinin demokrat, yaxud millətçi olmasının Rusiya üçün heç bir önəmi yoxdur. Və hazırda nə qədər ki, vəziyyət kritik səviyyəyə çatmayıb Rusiya sadəcə prosesləri izləyir. Lakin bu mənada Duqin bir məsələni xüsusi vurğulayıb ki, vəziyyət nə olursa-olsun Moskva Qarabağ məsələsində İrəvana güzəşt etməyəcək. 

“Ermənistanla Moskvanın münasibətlərində olduqca prinsipial məsələ var. Rusiya Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabaq ətrafında işğal etdiyi rayonlardan 5-ni Azərbaycana qaytarmaqla münaqişənin nizamlanmasının birinci mərhələsini reallaşdırmaqda qəti qərarlıdır. Bu istiqamətdə Serj Sarkisyanla ciddi irəliləyişlərə nail olunmuşdu. Bu gün regiondakı növbəti çətinliklərin bloklanması üçün bu, vacib şərtdir. Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, bu məsələdə Moskva güzəştsiz davranacaq. Ermənistan rəhbərliyinə kim gəlirsə-gəlsin, Dağlıq Qarabağ məsələsində o, əvvəlki rəhbərliklə və regionunun əsas güc mərkəzlərilə əldə olunmuş razılaşmalara əməl etməlidir. 5 rayonun Azərbaycana geri qaytarılmasına Qərb də qarşı çıxmır, yəni bu, hər kəsi qane edərdi. ” – deyə, Duqin vurğulayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam