Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə və ABŞ üçün kritik gün

 

Rahib Branson bu gün buraxılacaqmı? Gözlər Ankarada; politoloqlar deyir ki...

Yenixeber.org: Türkiyə ilə ABŞ arasındakı gərginlik bu gün növbəti mərhələyə qədəm qoya bilər. Birləşmiş Ştatların rəsmi Ankara ilə münasibətlərin nizama salınması üçün irəli sürdüyü 8 şərtdən birinin - keşiş Bronsonun azadlığa buraxılması ilə bağlı Ankaraya verdiyi vaxt bu gün - 15 avqustda başa çatır.

Rəsmi Vaşinqtonun şərtlərini bir daha xatırladırıq:

Keşiş Endryu Bronson daxil olmaqla, 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı saxlanılan 20 nəfər azad edilməlidir.

Türkiyə əhatəli şəkildə İrana sanksiya tətbiq etməlidir.

Rusiyadan “S-400" havadan müdafiə sisteminin alınmasından imtina edilməlidir.

Ankara Qüds siyasətinə yenidən baxmalıdır.

Kipr adası ətrafında qaz və neft axtarışından imtina edilməlidir.

“Xalqbank”a tətbiq ediləcək cəzaya razı olmalıdır.

Ankara Fətullah Gülənin ekstradisiyasını tələb edən dosyeni bağlamalıdır.

Türkiyə sahib olduğu önəmli mədənlərdə lisenziyaları ABŞ şirkətlərinə verməlidir.

Qeyd edək ki, iki ölkə arasında yaşanan gərginlik fonunda İncirlik hərbi bazasının taleyi məsələsi də gündəm olub. Türkiyə rəsmilərinin Amerikanın sanksiyaları qarşısında bazanı bağlaya biləcəklərini dilə gətirmələri məsələni daha da aktuallaşdırır.

papaz brunson ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli keşiş məsələsinin bəhanə olduğunu bildirdi: “Münasibətlərin indiki səviyyəsi təəssüf doğurur. İki ölkə arasında gündən-günə dərinləşməkdə olan münasibətlər, şübhəsiz ki, bir neçə günün və ya ayın məsələsi deyil. Türkiyə-ABŞ münasibətləri uzun illərdir ki, ”mehriban düşmənlər" səviyyəsindədir və indi, sadəcə, diplomatik normalar, etiket qaydaları bir kənara qoyulub, hər şey öz adı ilə çağırılır. ABŞ-ın şərtləri, xüsusilə də aşağılayıcı davranışlardan sonra qəbuledilməzdir. Məsələ artıq siyasi barışmazlıq çərçivəsindən çıxıb və milli qürur məsələsinə çevrilib. Hələ bir neçə ay öncə münasibətləri normallaşdırmaq üçün imkanlar tükənməmişdi. Qarşılıqlı güzəştlər mümkün idi. İndi isə bu, həddindən artıq çətin görünür.

Politoloq Elçin MirzÉbÉyli ile ilgili görsel sonucu

Əslində məsələ Bronsonda deyil. Bronsonla bağlı faktın simvolik xarakter daşıdığını görməmək mümkün deyil. İmamın qarşılığında keşiş... Doğrudur, nə “imam” gerçək imamdır, nə də “keşiş” gerçək keşiş. Hər ikisi din pərdəsi arxasında gizlənən şarlatanlardır. Amma bu faktın özü miqyasından asılı olmayaraq din üzərindən yürüdülən siyasətin nə qədər təhlükəli olduğunu sübuta yetirir. Siyasət praktik peşədir, metaforanı, məchulluğu, real olmayanı sevmir. Digər tərəfdən, ABŞ-ın davranışları Bronsonun azadlığı ilə bağlı məsələnin daha çox bəhanə olduğu görüntüsünü yaradır. Belə bir təəssürat yaranır ki, əgər Bronsonla bağlı məsələ olmasaydı, başqa bir bəhanə tapılacaqdı".

Amma politoloq bununla yanaşı, bir məqama da diqqət çəkməyi vacib hesab edir: “Türkiyə ilə ABŞ arasındakı ziddiyyətlər uzun müddətdir ki, davam edir. Bu baxımdan münasibətlərin dalana dirənə biləcəyi və Türkiyə qarşı müəyyən addımların atılacağı, türk lirəsinin dollar qarşısında dəyər itirə biləcəyi göz önünə alınmalıydı. Bütün ehtimallar nəzərdən keçirilməli və müvafiq tədbirlər görülməliydi. Təəssüf ki, tədbirlər fakt baş verdikdən sonra həyata keçirilməyə başlayıb”.

İncirlik bazası ile ilgili görsel sonucu

Politoloqun qənaətinə görə, İncirlik bazasının bağlanması Ankara-Vaşinqton münasibətlərinin son həddi ola bilər: “ABŞ-la Türkiyə arasında oxşar president daha əvvəllər də baş verib. 1974-cü ildə ABŞ Konqresinin Türkiyəyə qarşı silah embarqosu qərarından sonra 1975-ci ilin ortalarında Türkiyə hökuməti İncirlik bazasının bağlanması və Türkiyə Hərbi Hava Qüvvələrinin istifadəsinə verilməsini elan etmişdi. Embarqo aradan qaldırıldıqdan sonra 1978-ci ildə ABŞ-ın Türkiyədəki hərbi iştirakı yenidən bərpa olundu və iki ölkə arasında ”Hərbi və iqtisadi əməkdaşlıq haqqında" müqavilə imzalandı. Doğrudur, həmin illər ABŞ-la SSRİ arasında silahlanma yarışı ən yüksək səviyyədə idi və “soyuq müharibə”nin ən ziddiyyətli, gərgin dövrünü əhatə edirdi. Türkiyə həmin dövrdə ABŞ və NATO üçün SSRİ-yə qarşı ən önəmli dayaq nöqtəsi sayılırdı. İndi isə geosiyasi mənzərə fərqlidir. Yəni “İncirlik” bazasının bağlanılmasının nə dərəcədə effektiv cavab ola biləcəyi də mübahisəli görünür. Düşünürəm ki, heç rəsmi Ankara da belə bir addım atmağa tələsmir. Əgər belə bir hadisə baş verərsə, bu, Türkiyə-ABŞ, Türkiyə-NATO münasibətlərinin proqnozlaşdırılması çətin olan bir mərhələyə qədəm qoymasına zəmin yarada bilər. Hətta NATO-nun sərhədləri də dəyişə bilər. Türkiyənin NATO üzrə müttəfiqlərinin bunda maraqlı ola biləcəyini düşünmürəm. Fikrimcə, münasibətlərin normallaşması üçün imkanlar tamamilə tükənməyib".

Ä°lgili resim

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Türkiyə qarşısında irəli sürülən şərtlərin təhqir olduğunu söylədi: “Bu şərtlər çox aşağılayıcı, uzun müddət strateji müttəfiq olan bir dövlətə qarşı təhqir kimi qəbul oluna bilər. Amma bütövlükdə bu 8 şərti ABŞ-ın hər hansı rəsmi qurumundan eşitmədiyim üçün onun üzərində geniş dayanmaq istəmirəm. Ola bilsin ki, qeyri-rəsmi təmaslarda bu istiqamətdə danışıqlar olub. Məsələlərə daha geniş baxsaq, ABŞ-laTürkiyə arasında gərginliyin təməlinin illər öncə qoyulduğunu görərik. Bu işlərin rahib Bronsonun azad edilməsi tələbinə heç bir aidiyyəti yoxdur. Ondan bir bəhanə kimi istifadə olunması da göz önündədir. Əsas səbəb ABŞ-ın Yaxın Şərq və İran siyasətində Türkiyənin fərqli mövqe tutması və bundan daha irəli gedərək Rusiya ilə iqtisadi və hərbi sahələrdə ciddi əməkdaşlığa başlamasıdır. Türkiyənin iki nazirinin ABŞ-dakı mal varlığına əl qoyulması qərarı da məhz bu təzyiqlərin bir hissəsidir. Halbuki böyük ehtimalla həmin nazirlərin orada əmlakları yoxdur. Bronson məsələsini səbəb gətirməklə daxili işlər və ədliyyə nazirləri haqda bu qərarın verilməsi ABŞ-da mal varlığı olan digər vəzifəli şəxslərə və bəzi böyük iş adamlarına yönəlik verilmiş bir siqnaldır. Ərdoğanın hər hansı qarant almadan və ya əlahiddə bir hadisə baş vermədən Bronsonu azad edəcəyinə inanmıram. Çünki böyük ehtimalla bu məsələnin buzların əriməsində rolu olmayacaq. Amma Ərdoğanın ölkə içində, onu dəstəkləyənlər arasında məğlubiyyəti kimi dəyərləndiriləcək və nüfuzu kəskin aşağı düşəcək. Hesab edirəm ki, hazırda həm ABŞ, həm də Türkiyə üçün kritik zamandır.

NATO-nun ikinci ən böyük dövləti küncə sıxmaqda davam ediləcəksə,  Türkiyənin buna cavabı indiyə qədər olmayan bir cavab ola bilər. Eyni zamanda bu cavabdan sonra münasibətlərin yenidən normallaşdırılması ən yaxşı halda uzun illər apara bilər. Ən pis halını isə düşünmək belə istəmirəm. Hesab edirəm ki, proseslərin bu həddə qədər gəlib çıxmasında ABŞ da maraqlı olmamalıdır. Amma fəaliyyəti ilə elə təəssürat yaradır ki , sanki geri addım atmaq fikri yoxdur. Ərdoğan hələ bir neçə il öncə İncirlikdəki hərbi bazanın bağlana bilməsi ilə bağlı eyhamlar vururdu. Lakin bu, çox çətin və nəticəsinin geri dönüşü olmayan bir yol olduğundan, hələ səbir nümayiş etdirir. Münasibətlərdə gərginlik yüksəlsə də, məncə, bu gün üçün hələ o addımı atmayacaq. Çünki bu, rəsmi Ankaranın arsenalında olan ən güclü silahlardan biridir. Rusiyanın son vaxtlar Türkiyə ilə yaxınlaşmasını, İncirlikdəki baza ilə bağlı maraqları olduğunu da nəzərə alsaq, ABŞ-ın hadisələri bu həddə qədər gətirib çıxaracağına inamım azdır. Hesab edirəm ki, bu gərginlik uzun müddət sürə bilməz və bunun fəsadları Türkiyəni vuracaqsa, son nəticədə ABŞ da bundan çox əziyyət çəkəcək və itirəcək. Fikrimcə, tərəflər bütün vasitələrdən istifadə etməklə münasibətlərin normallaşdırılması istiqamətində dərhal işlər görməlidirlər. Ərdoğanın şəxsindən, tutacağı mövqedən çox şey asılıdır. Burada kimin nə qədər güzəştə gedəcəyini hesablamaq isə ümumiyyətlə, lazım deyil. Olacaq siyasi və iqtisadi itkilərin qarşısında həmin güzəştlər heç nədir”.(müsavat)

Cavanşir ABBASLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam