Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Suriya kürdləri Vaşinqton-Ankara-Moskva üçbucağında:Amerika yenə də kürdləri Türkiyəyə qurban verdi – Təhlil



Aleksandr Jelenin rosbalt.ru, 06.06.2018

 

Ekspertlər qeyd edirlər – Suriyanın şimalındakı kürd rayonları Ankara-Moskva-Vaşinqton üçbucağında mübadilə kartına çevrilib. Ərdoğan daha nəsə əldə etmək istəyirsə, Amerikanın qarşısında daha çox əyilməli olacaq.
Yenixeber.org: Təəssürat yaranır ki, ABŞ prezidenti Donaldr Tramp Amerika-Türkiyə münasibətlərində əsas maneələrdən birini götürüb. Yəni Suriyanın şimalında kürd problemi üzrə türklərlə anlaşıb. Hər halda, Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun bu günlərdəki görüşü kürd birləşmələrinin Suriyanın Mənbic şəhərindən çıxarılması haqda uzlaşmayla bitib.
TASS-a inansaq, Türkiyə hökumətinin sözçüsü, baş nazirin birinci müavini Bəkir Bozdağ Vaşinqton görüşünün nəticələri üzrə bildirib: “Türkiyə və ABŞ XÖMQ-in (kürd “Xalq özünümüdafiə qüvvələri” birləşmələri)” Mənbicdən çıxarılması üsulunu razılaşdırıb. Kürd birləşmələrinin çıxarılması cədvəli də razılaşdırılıb”.
Xatırladaq ki, Mənbicə indiyədək kürd birləşmələri və ABŞ başda olmaqla onları dəstəkləyən beynəlxalq koalisiya qüvvələri nəzarət edib. Həm Amerika, həm də Rusiya bu yaxınlarda Suriyanın şimalında başqa bir kürd kantonunu – Afrini türklərə veriblər. Amerikalılar əgər indi də Mənbici versələr, onda aydındır ki, bu, elə-belə deyil. Aydındır ki, NATO üzvü Türkiyənin Rusiya ilə gözədəyən yaxınlaşması ABŞ-ı narahat edib. Yada salaq ki, Konqres bir müddət əvvəl Amerikanın raket əleyhinə “Petriot” komlpeksinin türklərə satışını yasaqlayıb, Ankara bundan sonra Rusiyanın S-400 zenit-raket kompleksinin ona tədarükü üçün Moskva ilə saziş bağlayıb. Vaşinqton cavabında vəd edib ki, vəd edilən beşinci nəsil F-35 qırıcılarını Türkiyəyə tədarük etməyəcək.
Bütün bu müddətdə Suriya müharibəsində ABŞ və Türkiyə arasında əsas ziddiyyət kürd məsələsi olaraq qalıb. Amerikalılar Kürdüstan Fəhlə Partiyasının (PKK) hərbi birləşmələrini açıq dəstəkləyərək ona silah tədarük edib və PKK və ona bağlı strukturların İŞİD-ə qarşı mübarizəsində yerüstü əməliyyatlara havadan dəstək həyata keçirib. “Rosbalt”ın sorğuladığı ekspertlərin “Türkiyənin NATO-nun tərkibində qalması əvəzində kürdlər”Amerika-Türkiyə sövdələşməsinin artıq baş tutduğunu iddia etməyin mümkünlüyü haqda fikirləri haçalanıb. Bununla yanaşı, hamısı etiraf edib ki, bu mövzuda, həqiqətən, iki ölkə arasında sövdələşmə gedir.
Deməli, kürd ictimai təşkilatları beynəlxalq İttifaqının sədri vəzifəsini icra edən Əraf Azmani hesab edir ki, Pompeo-Çavuşoğlu görüşünün nəticələrindən danışmaq tezdir, çünki hələlik KİV-lərdə bu danışıqların nəticələrinin Türkiyə versiyası daha çox əks olunur. O, yada salır ki, iyunun 24-də Türkiyədə ümumi seçkilər keçirilməlidir və rəsmi Ankara bununla bağlı informasiyanı özünə sərfəli işıqda verməyə çalışır. O, hesab edir: “Ərdoğan hökuməti seçkilərdən qabaq öz müvəffəqiyyətini göstərməlidir, buna görə də bütün bunlar hələlik təbliğata daha çox bənzəyir”.
Kürd ictimai təşkilatlarının beynəlxalq İttifaqı sədrinin məlumatına əsasən, söhbət hələlik Mənbicə bitişik rayonlarda birgə Amerika-Türkiyə patrulluğundan gedir ki, Türkiyəyönlü Azad Suriya Ordusu birləşmələrilə kürdlər arasında toqquşmaya yol verilməsin.
Azmani habelə qeyd edir ki, Türkiyə son yüz ildə Şərqlə Qərbin, indi isə Rusiya və Amerikanın ziddiyyətlərində uğurla oynamağa nail olub və bu, türk diplomatiyasının ənənəsidir.
Rosbalt”ın həmsöhbəti bununla bağlı Türkiyənin Rusiya S-400-lərini almaqda bəyan edilən niyyətini şübhə altına alır.
REA Avropa İnstitutunun baş elmi əməkdaşı, Yaxın Şərq və ABŞ üzrə mütəxəssis Aleksandr Şumilin bununla razıdır ki, “Trampın kürd problemi üzrə türklərlə sövdələşdiyi və başqa mövzular üzrə də alverə hazır olduğu təəssüratı yaranır”.
Onun sözlərinə görə, “Türkiyənin kürdlərlə münaqişəsinin cüziləşdirilməsi xətti hələ ABŞ prezidenti Barak Obama dönəmində qeyd edilmişdi. Bu, Trampın dönəmində güclənib. ABŞ-ın Suriyada bir yandan kürdlərə, o biri yandan Türkiyəyə bel bağlaması yeni şəraitdə müəyyən balansdan asılıdır. Söhbət ondan gedir ki, kürdlər artıq özlərini beynəlxalq koalisiyanın etibarlı tərəfdaşı qismində göstəriblər, yerüstü əməliyyatın gedişində Suriyanın şimali-şərqinin azad edilməsi üzrə qoyulan vəzifələrin öhdəsindən gəlib və koalisiyanın bu rayonlarda əsaslanmaq üzrə təkcə taktiki deyil, həm də strateji planlarını gerçəkləşdirməyi davam etdirirlər ki, bu da onların (kürdlərin) şəxsi maraqlarını təmin edir”.
Ekspert hesab edir: “Koalisiya və ABŞ-ın Bəşər Əsədin Suriya rejimi ilə heç bir güzəşti nəzərdən keçirilmədiyindən Suriyanın şimalında kürdlərin rayonları əldə saxlamaq və mənimsəmək strategiyası nəzərdə tutur ki, bir tərəfdən, kürdlərə münasibətdə Türkiyənin mənfi fəaliyyəti neytrallaşdırılsın, digər yandan isə, Vaşinqtonun bu bölgədə həm türklərə, həm də kürdlərə dayaqlanmasında balans tapılsın”.
Onun fikrincə, ABŞ NATO üzvü Türkiyədən ayrılmağa da hazır deyil, bir də ölkənin Şimali Atlantika alyansından çıxma mexanizmi də yoxdur, eynilə Türkiyə tərəfinin Alyansdan çıxmaqda özəl istəyi də gözə dəymir.
Şumilin bununla yanaşı qeyd edir ki, hazırda bu cür balansın pozulma təhlükəsi “daha ciddi mövzudur və bu, Mənbicdə cəmlənib”. Mütəxəssis hesab edir – Türkiyə bu zaman NATO üzvü kimi qalaraq Türkiyə lideri Rəcəb Tayib Ərdoğanın irəli sürdüyü tələbləri ABŞ-ın daha çox nəzərə almağa təhrik etməkdən yana Rusiya ilə güclənən tərəfdaşlıq görüntüsü yaratmağa çalışır.
Ekspert qeyd edir: “Rusiya S-400-lərinin Ankaraya tədarükü üzrə RF ilə saziş ABŞ və Türkiyə münasibətlərində təməl daşı oldu. Bu sazişdən imtina Ərdoğanın başqa məsələlər üzrə tələblərinə qarşılıq hansısa hərəkətləri nəzərdə tutur. Görünür, Mənbic bütün tərəflərin gedişatda məmnun qalacağı dinc mübadilənin həmin halının özüdür. Əlbəttə, kürdlər bu halda çox da məmnun olmayacaqlar, amma ola bilsin, ABŞ-ın zəmanətiylə onlar da buna gedərdilər”.
Ekspert qeyd edir: “Hər necə olsa da, bu cür saziş Ştatlarla Türkiyə arasında qarşıdurma közərməsini azaldardı”.
REA Şərqşünaslıq İnstitutu Yaxın və Ortaq Şərq ölkələrini araşdırma Mərkəzinin (Türkiyə sektorunun) elmi əməkdaşı İlşat Sayetov da hesab edir ki, Mənbic üzrə ABŞ-Türkiyə sazişi “türklərin yaxşı bacardıqları sövdələşmənin raundlarından biri ola bilər”. Onun fikrincə, “Bu fakt birmənalı şəkildə xəbər verir ki, onlar amerikalılarla dilbir olublar və ameriaklılar əvəzində onlara nəsə verəcəklər. Məhz nə? Bu, Suriyanın hansısa məsələlərinəmi toxunacaq və ya ola bilsin, türklər indi Rusiya S-400-lərinin alqısını yubadacaq və Amerika silahını seçəcəklərmi – lap yaxınlarda aydınlaşacaq”.
Yaxın Şərq üzrə ekspert Mixail Maqid əmindir ki, “ABŞ indiki anda, Tramp administrasiyasının hesab etdiyi kimi, diqqətini əsas düşmənləri – İran və KXDR-lə mübarizəyə cəmləmək istəyir. Bundan başqa, ABŞ Çin və AB ilə ticarət savaşlarına cəlb olunur. Yaxın Şərqdə Amerika siyasətinin baş istiqaməti İrana sanksiyalar (gələcəkdə isə hərbi) təzyiqinin artırılmaısıdr. Amerika bu fonda Türkiyə ilə məqbul münasibətlərə malik olmaq istərdi”.
Elə bu arada “Türkiyə prezidenti də öz tərəfindən manevr edir. Ərdoğan Amerikaya deyir – bizim düşmənlərimizlə, PKK kürdlərilə əməkdaşlıq etmək istəyirsiniz? Ok, onda sizə xoş gəlməyən İranla siyasi və hərbi sazişlər bağlayarıq. Bizə ən yerni hərbi texnika satmaq istəmirsiniz? Yaxşı, texnikanı sizin şirkətlərdən almayacağıq, fürsətdən faydalanıb Soçiyə gedər və Suriyanın bölünməsini ruslarla danışarıq. Bu, Ərdoğanın köhnə və çox uğurlu taktikasıdır. Bu, Avropaya münasibətdə də işləyir: Avropa ölkələrinə (kürdlərə və müxaliflərə qarşı) insan haqlarını pozmağa görə basqı etməyə imkan vermir, deyir ki, bu halda ruslarla istədiyi məsələ haqda anlaşa bilər, ya da Avropaya milyonlarla qaçqın buraxaraq orada böhran törədər”.
Bununla yanaşı, Maqid hesab edir ki, “ABŞ-ın kürdləri satdığından” danışmaq hələlik tezdir. Amma onun sözlərinə görə, “görünür, hər halda Mənbic şəhərini türklərə verəcəklər. Türklərin amerikalılara əvəzində nə vəd etdiyini bilmirik. Onlar RF-dən silah alqısından imtina edəcəklərmi? Ya Əsədə və iranlı müttəfiqlərinə basqını gücləndirəcəklərmi? Buna bənzər nəsə mütləq baş verəcək, çünki baş verənlər alver, sövdələşmədir”.
Maqidin qeyd etdiyi kimi, bununla yanaşı, “hələlik Suriyanın bütöv şimalından söhbət getmir. Ərdoğan daha nəsə əldə etmək istəyirsə, Ştatlar qarşısında ustalıqla əyilməli olacaq. Prinsipcə ABŞ ona çox da inanmır. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton (düzdür, təyin olunana qədər) qeyd edib ki, Türkiyədə hazırda ABŞ-a düşmən, islamçı ideyalarla hənəkləşən rejim var”. Lakin Bolton Amerikanın “marksist milis” adlandırdığı kürd könüllülərilə də Amerikanın müttəfiqliyindən vəcddə deyil”.
Ekspert deyir: “Trampın Amerika qoşunlarını, Rojava və Raqqada kürdləri hələlik qoruyan qoşunu Suriyadan çıxarmaq cəhdləri bütün bunların üzərinə qalanır. Bəs orada ABŞ-ı kim əvəzləyəcək? Səudlar? Bəlkə, Türkiyə?” bütün bunlar bu ölkələrin Amerika siyasətinin farvaterində getməyə nə qədər hazır olduğundan asılı olacaq”.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam