Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“PAŞİNYAN BİZİ İNANDIRA BİLMƏDİ” –Hakim partiya qərarını açıqladı

 

pasinyan

Etiraz hərəkatının lideri Nikol Paşinyan baş nazir ola bilməz. “Sputnik” xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib.

Yenixeber.org: Onun fikrincə, Paşinyanın Qarabağ üzrə danışıqlar prosesinə dair heç konsepsiyası yoxdur. Onun müdafiəyə ayrılacaq büdcəni necə artıracağına dair suala cavabı yoxdur.

Müdafiə, iqtisadiyyat və ya hüquq sahəsində isə bu cür yanaşmalara ehtiyac var. Çünki xalq tribunu və ya natiq deyil, hökumət başçısı seçilir. Ona görə də inandırmaq bacarığı deyil, konsepsiyalar lazımdır.

414834010“Heç kim sosial problemlərdən üz döndərmir. Korrupsiya və digər problemlər də var. Kimin baş nazir olmasından asılı olmayaraq, ultimatumlarla danışmaq olmaz. Bir-birinə yardım etmək lazımdır”, — deyə Şarmazanov qeyd edib.

O vurğulayıb ki, hakimiyyət ultimatumlar və ya təzyiqlərə deyil, dialoqa hazırdır.

Şarmazanov qeyd edib ki, baş nazirin müavinləri və müdafiə naziri də daxil olmaqla, mümkün hökumətdə vacib postlara namizədlərin adını açıqlamayıb: “Ermənistan sakinlərinə güclü ölkə lazımdır”.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin xüsusi iclasında ölkənin baş nazirinin seçilməsi məsələsi müzakirə olunur.

Bu vəzifəyə yeganə namizəd Nikol Paşinyandır. Lakin Paşinyanın rəhbərlik etdiyi fraksiyanın və onu dəstəkləyən digər fraksiyaların parlamentdə cəmi 47 səsi var. Baş nazirin seçilməsi üçünsə 53 səs tələb olunur.

İqtidarda olan Respublikaçılar Partiyası parlamentdə 58 mandata sahibdir.

Əgər bu gün parlament baş naziri seçə bilməsə, bir həftədən sonra yenidən seçkilər keçiriləcək. Bu dəfə də baş nazir təyin oluna bilməsə, Ermənistan qanunvericiliyinə görə, 30-45 gün ərzində ölkə prezidenti parlamenti buraxmalı və növbədənkənar parlament seçkiləri təyin edilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam