Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əsədlə sıfır problem:Ankara Suriyaya dair köhnə siyasətə qayıdış ərəfəsində - Təhlil

Gönül Tol

Middle East İnstitute (Yaxın Şərq İnstitutu – ABŞ)

 

Yenixeber.org: Suriyadakı qarşıdurmadan əvvəl Türkiyə Əsəd rejimi ilə sıx əlaqə qurmuşdu. İki ölkə viza rejimini qaldırdı, ortaq hərbi təlimlər keçirdi və Kürdüstan İşçi Partiyası (PKK) ilə əməkdaşlıq etdi. Ankaranın yeni qəbul edilən "qonşularla sıfır problem" fəlsəfəsi həm evdə, həm də xaricdə dəstək qazandı. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu – siyasət memarı Türkiyənin Suriya siyasətini Ankaranın yeni xarici siyasətinin "təəccüblü nümunəsi" kimi qiymətləndirirdi.

Ancaq Suriyadakı münaqişə bütün bunları dəyişdi. Türkiyənin "qonşularla sıfır problem" siyasəti uğura çatdıqdan sonra, indi Suriya Ankaranın xarici siyasətində ən böyük baş ağrısıdır və Davudoğlu uzun müddətdir ki, hökumət dairələrindən uzaqlaşdırılıb.

Suriyadakı münaqişə ilə altı il əvvəl Ankara Suriya siyasətində dəyişiklik etməyə məcbur olub. Türkiyə rejimlə bütün körpüləri yandırıb və Əsəd müxalifətinin əsas patronlarından birinə çevrilib. Lakin müxalifəti dəstəkləyəndən sonra Türkiyə münaqişəni həll edə bilməyib.

Bunun əvəzinə, Türkiyə öz sərhədləri içində yaşayan və Suriyadakı münaqişədən doğan çox sayda digər problemlərə görə 3 milyon qaçqına ev sahibliyi edir.

Beləliklə, Ankarada başqa bir dönüş olub. O, Suriyadakı rejim dəyişikliyinə tələbatını sakitcə azaldıb və müxalifətə dəstəyini yavaş-yavaş geri çəkir.

Siyasətdəki bu dəyişiklik bir müddətdir ki, gedir. 2015-ci ildə Türkiyə daxili və regional proseslər çərçivəsində rejim dəyişikliyindən terrorla mübarizəyə keçib. Həmin ilin yayında Suriya sərhədinin yaxınlığındakı bir türk şəhərində partlayış törədilib, ən azı 30 adam ölüb və 100-dən çoxu yaralanıb. Bu, Suriyada vətəndaş müharibəsindən başlayandan Türkiyədə ilk və ən pis terror idi. Bir neçə gün sonra Türkiyə ilə PKK arasındakı iki illik atəşkəs rejimi çöküb. Eyni zamanda, YPG – PKK-nın Suriya qolu və ABŞ-ın yaxın müttəfiqi sərhəd qəsəbələrini ələ keçirərək kantonları bir-birinə bağlamağa başlayıb.

Bütün bu hadisələr Türkiyənin təhdid hissini artırıb və Ankaranın Suriyadakı rejimə qarşı mübarizə siyasətini dayandırmağa məcbur edib. Rusiyanı Suriyaya hərbi müdaxiləsi və rus təyyarəsinin vurulmasından sonra Ankara ilə Moskva arasındakı əlaqələrin bərpası Türkiyənin iddialı rejimi dəyişmə siyasətini daha az mümkün hala gətirib.

2016-cı ildə Türkiyə Rusiya ilə əlaqələri bərpa etməyi bacararkən, NATO tərəfdaşları, xüsusilə ABŞ-la əlaqəsi daha da çətinləşib. Vaşinqtonun YPG ilə əməkdaşlığı artıq uzun müddətdir Türkiyənin gözünə girən tikan olub.

Çevriliş təşəbbüsü ABŞ-Türkiyə münasibətlərin Fəthullah Gülənin ekstradisiyasından imtina ilə gərginliyi artırıb.

Üç Körfəz ölkəsi və Misirin rəsmi Doha əlaqələrini kəsməsindən sonra Türkiyənin Qətərlə birləşməsi Ankaraya Suriyada daha çox çətinlik yaşadıb. Türkiyənin mövqeyi Suriya siyasətində olan Səudiyyəni hirsləndirib. Riyadla Ankara arasındakı gərginliyi yüksəldən suriyalı kürd səlahiyyətlilərin getdikcə daha çox anti-İran, Səudiyyə mövqeyi tutmasıdır.

Suriya Kürd Demokratik Birlik Partiyasının (PYD) həmsədri Saleh Müslim Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzetinə verdiyi müsahibədə Suriyadakı kürdlər əleyhinə İran-Qətər-Türkiyə ittifaqının olduğunu dilə gətirib. Artıq Ankarada “Kürd-Səudiyyə oxu” narahatlıq doğurub.

Bu proseslər Tramp administrasiyasının ABŞ-ın YPG-yə dəstəyini artırma qərarı ilə birləşib. Suriyadakı kürd irəliləyişlərini maneə törətmək üçün Türkiyəyə alternativ axtarmağa məcbur olub. Rusiya ilə yaxınlaşma ilə yanaşı, İranın YPG-dən narazılığı Ankaraya yeni açılışı təmin edib.

İndi Türkiyə Əsəd rejimi və onun müttəfiqləri ilə köhnə düşməninə qarşı ortaq təməl tapıb. Ankara Rusiyanın vasitəçilik etdiyi atəşkəsə qoşulmaqla rejimə avans verib. Türkiyənin siyasət dəyişikliyi müxalifətə böyük zərbədir, ancaq Ankara ən azından hələ prezident Bəşər Əsəd ilə “sıfır problem”ə dönməsi demək deyil. Bunun baş verməsi üçün Ankara və Şam Suriya kürdlərinə eyni gözə baxmalıdır. Əsəd kürd muxtariyyətinə artıq dözməyəcəyinə qərar verərsə, prezident Rəcəb Tayyib Ərdoğan bir daha "Əsədlə sıfır problem" halında ola bilər.

 

Tərcümə:: (Strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam