Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xəzərə kim gəlmək istəyir?

 

Xeberinfo.com: Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Xəzəryanı beş dövlət (Rusiya, İran, Qazaxıstan, Azərbaycan, Türkmənistan) Xəzərə regiondankənar dövlətlərin hərbi qüvvələrinin buraxılmaması barədə razılığa gəliblər.Xəzəryanı ölkələr hələ ki, Transxəzər boru kəmərlərinin tikinti rejimi üzrə razılığa gələ bilməyiblər.

İtar-Tass agentliyinin məlumatına görə, Uşakov bu məsələnin sentyabrın 29-da Həştərxanda keçirilməsi nəzərdə tutulan Xəzər sammitində müzakirə ediləcəyini deyib.

Daha öncə keçirilmiş sammitdə keçmiş Rusiya prezidenti Dmitri Medvedev bu məsələnin ölkəsi üçün çox aktual olduğunu vurğulamışdı və Rusiyadan xəbərsiz çəkilən istənilən kəməri hətta hərbi müdaxilə yolu ilə dayandıra biləcəklərini söyləmişdi. Moskvanın sammit öncəsi məsələni yenidən gündəmə gətirməsi Xəzəryanı ölkələrə bu məsələ ilə bağlı mövqelərini xatırlatmaq məqsədi daşıyır. Rusiya bu addımı atmaqla Türkmənistan qazını Transxəzər qaz kəməri ilə Avropaya daşımaq istəyən Qərbin niyyətlərinin üzərindən xətt çəkir.

Ekspertlər bu addımı müəyyən mənada Qərbə qarşı addım kimi qiymətləndirir.

Bəs, Xəzərə hansı ölkələr gəlmək istəyirdi deyəbelə bir addım atılıb? Bu plan kimə qarşı yönəlib?

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki,Uşakovun dediyi bütün dövlətlərin mövqeyidemək deyil: “Bu yalnız Rusiyanın istəyidir, arzusudur. Uşakovun dediyi o anlama gəlmir ki, həll olunmuş yekun qərardı. Ancaq bütövlükdə götürəndə Rusiyanın ən böyük arzusu, istəyi ondan ibarətdir ki, Amerika regiona gəlməsin, Xəzərdə iştirakı olmasın. ABŞ-ın Xəzərdə Azərbaycana göstərdiyi dəstək indiyə qədər yüksək olub. Mən onun tərəfdarıyam ki, ABŞ bundan sonra da Xəzər hövzəsində həm qaçaqmalçılıqla, həm narkotrafiklə mübarizədə Azərbaycana dəstək olsun. İndi Azərbaycanın mövqeyi digər Xəzəryanı ölkələrin mövqeyindən fərqlənir. Hər zaman da Azərbaycan praqmatik addımlar atıb. Uşakov indi bu fikri səsləndirir ki, belə bir razılığa gəliblər. Əgər bu razılıq sənəd şəklində ortada olsa, mülahizə və yaxud fikir yürüdə bilərik”.

Üzeyir Cəfərovun sözlərinə görə, Rusiya istəyir ki, Xəzər milli sektorlara bölünməsin: “Çox məsələlər olub, onun haqda müsbət fikirlər səsləndirilib, sonradan onlar sənəd şəkilində öz təsdiqini tapmayıblar. Xəzərlə bağlı Rusiyanın mövqeyi hələ də bir qədər qarışıq qalır. Xəzərlə bağlı kifayət qədər məsələlər var ki, Azərbaycanın mənafeyinə toxunur. Biz istəyirik ki, bu məsələlərdə tezliklə öz həllini tapsın.Azərbaycanın Xəzərlə bağlı digər dövlərlə müqayisədə daha çox hüquqi və mənəvi haqqı var. Azərbaycan prinsip etibarıyla onun marağındadır ki, Xəzərlə bağlı məsələlərtezliklə həll olunsun. Rusiyanın son vaxtlar Xəzərlə bağlı atdığı addımlar, ora buraxdığı ən böyük hərbi gəmilər onu deməyə əsas verir ki, iddiaları var. Rusiya-Ukrayna hadisələrinin fonunda sonradan müəyyən ciddi fəsadlar oratay çıxarda bilər. Bu fəsadların olmaması üçün hərbi dəniz qüvvələrimizi gücləndirməliyik, müdafiə potensialımızı inkişaf etdirməliyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam