Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

HEYVAN OTARAN KƏNDLİ ÇİN PREZİDENTLİYİNƏ NECƏ YÜKSƏLDİ? –ARAŞDIRMA

Mikal Hem

“Verdens Gang” (Norveç)

 

Si Szinpin Çin kommunist partiyası elitasına mənsub ailədə doğulub, amma 15 yaşında hər şeyi itirib. Bu, Mao dönəmindən bəri ölkədə ən qüdrətli sayılan adam haqda tarixçədir.

Yenixeber.org: Si Szinpin Mao Tszedundan sonra Çinin ən güclü lideridir. O, martın 17-də ikinci beşillik prezidentlik müddətinə seçilib. Konstitusiyaya təzəcə edilmiş dəyişiklik prezidentin hakimiyyətdə, ən yuxarısı, iki müddətə ola biləcəyini nəzərdə tutan məhdudiyyəti ləğv edib. Bu, nəzəri olaraq Si Szinpinə hakimiyyətdə ömürlük qalmaq imkanı verir.

Çin rəhbərləri haqda bir neçə kitab yazmış Trond Eynar Yakobsen (Trond Einar Jacobsen) deyir: “Si Szinpinin inkişafı ona bəslənilən ümidlərdən tamamilə fərqli yolla gedib. Onun “mədəni inqilab” dövründə məruz qaldıqlarından sonra düşünmək olardı ki,  sıxıntı çəkməyin nə demək olduğunu anlayır. O, əvəzində, demək olar, partiyanın hər şeydən üstün tutulduğu Lenin ənənələrinə qayıtdı”.

Çin Kommunist Partiyasında yaxşı əlaqələrə malik tanışları olan Yakobsen danışır ki, Si prezident olanadək onu populyar şəxsiyyət kimi səciyyələndiriblər, xoş və səmimi hesab ediblər. Buna görə də çoxları mat qalmışdılar ki, Si Çin ierarxiyasının zirvəsinə qədər yetişə bilib. Yakobsen nağıl edir: “Çoxları onu dost bilirdi, onu kiməsə təhlükə kimi qəbul etmirdilər”.

Si “qırımızı kübarlar”a, kommunist partiyasının istisnasız olaraq daha çox imtiyazlı şəraitdə böyümüş rəhbərlərinin birinci dəstəsinə aid edilənlərdəndir. “Qırmızı kübarlar”ın əksəriyyəti indi siyasətdə mərkəzi mövqeləri tutur.  Özü də çoxusu olduqca varlıdır.

Oksford universitetinin fəxri professoru və Çin barədə “Kamil diktatura” kitabının yazarı Steyn Ringen deyir: “Heç  şübhəsiz, o, Çini yönəltməkdə öz hüquq və öhdəliklərinə inanan bir adamdır”.

Sinin köhnə dostlarından biri bir Amerika diplomatıyla söhbətdə bunu təsdiqləyib. Si və bu dost arasındakı bir neçə söhbət “Wikileaks“də dərc edilən sənəddə təkrarlanıb. Dostu Sini, Mao nəsli liderləri törəmələrinin Çində hakimiyyətin tamhüquqlu varisləri olduğunu düşünən elitanın əsil təmsilçisi kimi təsvir edib, çünki onların valideynləri inqilab uğrunda çarpışıb və həlak olublar.

 

İnqilab qəhrəmanı

 

Sinin atası Si Çjunsyun Çində vətəndaş müharibəsi dönəmində Mao ilə birgə mübarizə aparmış kommunist rəhbərlər nəslinə aiddir. Mao hakimiyyətə gələndən sonra Sinin atası kommunist partiyasında bir sıra mərkəzi vəzifələr tutub, xüsusən də partiyada təbliğat bölməsinə rəhbərlik edib və baş nazir müavini vəzifəsini tutub.

Mao Tszedun

 

Amma atası sönradan gözdən düşüb, onu traktor zavoduna işləməyə göndəriblər. Tezliklə isə lap pis olub. Mao 1966-da “mədəni inqilab” niyyətinə düşərkən Sinin atasını cəmiyyətin düşməni olmaqda ittiham ediblər. Qəzəblənmiş kütlə ailənin evinə hücum çəkib. Bu zaman Sinin bacılarından biri həlak olub, amma onun ölüm şəraiti tam aydın deyil.  1968-də Sinin 15 yaşı olanda atasını həbs ediblər.

Atasının həbsindən sonra Sini Şensi əyalətinə Liangiahe kəndinə göndəriblər. Si digər milyonlarla bərabər Maonun şəhər yaşayışı zamanı qazanılan burjua meyllərindən qurtulmağa yardım etməli olan “Kəndə dönüş” hərəkatının tərkib hissəsi olub. 1960-cı illərdə Çin kəndində indiki rahatlıq çox deyildi. Liangiahedə elektrik yox idi, Si fiziki əməklə uğraşmalı olurdu. Liangiahedə  mağarada yaşayırdı, çarpayını digər üç yeniyetməylə bölüşürdü.

“South China Morning Post”un xəbər verdiyinə görə, Si Szinpin 1995-də nəql edib:  “Hər işi görürdüm: yol təmizləyir, toxum səpir, heyvan otarır, gübrə daşıyırdım… Dincəlməyə praktik olaraq vaxt yox idi”.

 

Siyasi dirçəliş

 

Si kənddə yeddi il yaşayıb. Kommunist partiyasının onu ağır güzərana məhkum etdiyinə baxmayaraq, Si partiyaya girməyi qət edib. Guy,a onu partiyaya yalnız doqquzuncu cəhddən sonra qəbul ediblər.

Si boş vaxtlarda partiya ədəbiyyatını öyrənib. Mağarada Si ilə birgə yaşamış Lu Hoşengm (Lu Huoshengm) BBC ilə söhbətdə nəql edib: “Maonun seçilmiş əsərlərini, aforizmlərini və qəzetləri oxuyurdu. Oxumağa daha heç nə yox idi”.

Si öz yaşıdlarından fərqli olaraq nə qızlarla maraqlanıb, nə də pokerlə. Lu deyib – onda hələ yumor hissi də yoxudu.

Foreign Policy Magazine”-in sözlərinə görə, Si 1998-də yazıb: “…Mən 15 yaşımda sarı torpağa gələndə dəhşət içindəydim, çaş-baş düşmüşdüm. Sarı torpağı 22 yaşımda tərk edəndə aydın məqsədlərim var idi və mən öz qüvvəmə əminliklə doluydum”.

Sarı torpaq” ifadəsi Çində kəndlilərin ağır yaşayışını göstərmək üçün metafora kimi tez-tez işlədilir.

Mədəni inqilab” bitəndən və Si Pekinə dönəndən sonra siyasətə dalmağı davam etdirdi. “Wikileaks”də dərc edilən Polşa sənədində bir informatorun iddiasına görə, o, “qırmızıdan daha qırmızı” oldu. İnformator Sini artıq 1970-ci illərdə qarşısına dəqiq məqsədlər qoyan olduqca iddialı adam kimi təsvir edib. Si 2009-da vitse-prezident olanda sənəddə yazılıb: “O öz karyerasının partiya iyerarxiyasında yüksəkliklərə çatmaq şansını maksimal artırmağa imkan verən ayrıntılı planını hazırlamışdı”.

Atasını 1976-da azadlığa buraxıblar. O, Den Syaopinin islahatçı rəhbərliyində tədricən önəmli rol oynamağa başlayıb.

Den Mao kimi yeni mütləqiyyətçi və gözlənilməz rəhbərin hakimiyyətə gələ bilməyindən yayınmaq üçün prezidentin hakimiyyətdə qalma müddətinə məhdudiyyət tətbiq etdi.

 

Hakimiyyətin tam dolğunluğu

 

Si 2012-də Çin kommunist partiyasının baş katibi, növbəti il isə Çin prezidenti oldu.

Ringen deyir: “O dedikcə qətiyyətli və iddialı rəhbərdir. Çin sistemində hakimiyyətin bütün iplərini öz əlində birləşdirə bilib. O, enerjili və bacarıqlı liderdir”.

Ringenin sözlərinə görə, Maodan sonra Çin rəhbərlərindən heç biri Si qədər öz əlində səlahiyyət cəmləşdirməyib.

O deyir: “Çin müəyyən sayda bürokratiyadan ibarətdir: partiya, dövlət, xüsusi xidmətlər və ordu. Si bu bürokratiyaların hamısında lider mövqeyi tutur. O, kollektiv rəhbərlik sistemini irsən alıb. İndi bu sistem bir nəfərin rəhbərliyi altındadır”.

Si – partiya lıideri, silahlı qüvvələrin baş komandanı və prezidentdir. О, xüsusən də xarici güvənlik, internet güvənliyi və iqtisadi islahatlara sorumlu bir neçə yeni komitə yaradıb. Bütün bu komitələrin rəhbəri özünü qoyub. Bergen universitetinin doktorantı və Norveç xarici siyasət institutunun baş elmi əməkdaşı Hans Yorgen Gosemur vurğulayır ki, Si mütləqiyyətçi hakimiyyətə söykənmir.

Gosemur deyir: “O, əvvəlkitək həmişə bunların fəal dəstəyindən asılıdır”.

 

Təbliğat

 

Çinin “Tencent” telekommunikasiya nəhəngi ötən ilin oktyabrında yeni mobil oyun təqdim edib. Məqsəd prezident Si Szinpinin çıxışından klipi var güclə alqışlamaqdır. Bir neçə yüz milyon çinli oyunu bir gün ərzində endirib. Si çıxışında bildirib ki, kommunist partiyasının hədəfi Çin xalqının xoşbəxtliyidir. Oyunçular ekrana  mümkün qədər tez sıxmaqla “əl çalırlar”.

Professor Ringen hesab edir ki, Si kommunist təbliğatını daha da intensiv edib. O öz şəxsiyyətinə pərəstiş yaratmağa başlayıb. “Valehedici Çin” filmi hazırda bütün zalları doldurur. O, Sinin birinci prezidentlik müddətində bütün nail olduğuna həsr olunub. “Valehedici Çin” Çin tarixində ən çox pul yığan sənədli filmdir, amma bəziləri hesab edirlər ki, “Hong Kong Free Press”-in iddiasına əsasən, dövlət qulluqçuları və dövlət idarələrinin əməkdaşlarını sadəcə ona baxmağa məcbur edirlər.

Ringen deyir: “Hakimiyyət şəxsiyyətə pərəstişlə qurulur. Hərbi rəhbərlər Siyə şəxsi sədaqət andı içiblər. Bütün təbliğat aparatı onun şəxsiyyətinə böyük diqqət ayırır”.

Si rəsmən xalq içindən sadə adam kimi qələmə verilir. Sadə restoranlarda yemək yeyir. Kasıb kənd təsərrüfatı fəhlələrinin yanına gedir.

Şəxsiyyətə pərəstiş Sinin özünün siyasi fəlsəfəsilə dəstəklənir. “Si Szinpinin düşüncələri” adlı ideologiya 2012-də təqdim olunub. Bir il sonra “Çin arzusu” şüarı meydana çıxıb.

Ringen deyir: “İndi siyasi təhsil daha da intensivləşir. Sinin fikirləri məktəblərdə fənnə çevrilir. Universitetlərin əksəriyyəti Sinin fəlsəfəsini araşdırmaq üçün mərkəzlər yaradıb”.

Gosemurun sözlərinə görə, Si həm də çinlilər içində olduqca populyardır: “O, ona qədərki liderlərdən xeyli xarizmatikdir”.

Vinni Pux

 

Bununla yanaşı, senzura güclənir. Çin sosial medialarından Vinni-Puxu (SSRİ-də çəkilmiş məşhur cizgi filmi-tərc.) siliblər, çünki Si ilə bal həvəskarı uzunxovlu ayı arasında bənzərliyi çoxları qeyd edib.

 

Korrupsiya ilə mübarizə

 

Ringen hesab edir ki, təbliğat və senzura Sinin dönəmində can atılası örnəyin ünsürü olub.

O sadalayır: “Baş söz – nəzarətdir. Senzura, internetə nəzarət, müxalifətin təqibi, Sintszyan əyalətində (uyğurların yaşadığı bölgə-tərc.)sərt siyasi susdurulma”.

Çin hökuməti önəmli sayda müsəlmanın yaşadığı Sintszyanda siyasi durumun inkişafını özəl sayıqlıqla izləyir.

Sinin siyasi əməlləri içində korrupsiya ilə mübarizədən xüsusən çox danışılır. O, hakimiyyətə gələndən sonra bir çox məşhur liderlər həbs olunub və ya işdən qovulub.

Ringen deyir: “Bu, effektli kampaniya idi. Bir çox yerlərdə korrupsiya azalıb və adamlar bunu gündəlik həyatda hiss edirlər. Amma həm də müxalifəti rəhbərlik sistemindən təmizləmək üçün istifadə edilən nəzarət kampaniyası var. Antikorrupsiya kampaniyası Sinin düşərgəsindən heç kimə toxunmayıb”.

Sinin özünün nə qədər korrupsiyalaşmasının sübutu yoxdur. Wikileaks-də dərc olunmuş Polşa sənədində onun yoldaşı deyir: “Si Çinin nə qədər korrupsiyalaşdığını bilir, Çin cəmiyyətinin əhatəli kommersiayalaşması onda ikrah doğurur”.

Lakin Bloomberg informasiya agentliyi 2012-də ifşa edib ki, Sinin qohumları, xüsusən də böyük bacısı milyardarla kron dəyərləndirilən mülkə sahibdir. Bu ifşadan sonra Çində Bloomberg-in saytları bağlanıb. Yazıçı Trond Eynar Yakobsen hesab edir: “Düşünmürəm ki, bu gün onu pul narahat edir. Onu hakimiyyət narahat edir”.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam