Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yeganə həll rəsmi Dəməşqlə əməkdaşlıqdır–türk generallarından Ankaraya tövsiyə

Semih İdiz

“Al-Monitor”

 

“Zeytun budağı” əməliyyatının Ankaranın Suriyadakı uzunmüddətli gözləntiləri ilə əlaqədar hansı nəticələr doğuracağına dair fikir söyləmək hələ çox tezdir. Bu imtiyazı prezident Rəcəb Tayyip Ərdoğana vermək lazımdır. O, YPG-yə qarşı bu əməliyyatla böyük bir siyasi həmlə edib.

Yenixeber.org: Başqalarının nə dediklərinə baxmayaraq, bu vəziyyət xalqının gözündə Ərdoğanı güclü bir lider kimi göstərir. Buna görə də, Ərdoğan 2019-cu ilin prezident seçkilərinə qədər bütün yollardan istifadə edərək siyasi xallar yığacaq.

Hazırda Türkiyə minlərlə “Azad Suriya Ordusu” (ASO) döyüşçünün köməyi ilə Suriyanın şimalında daha çox ərazi qazanmağa çalışır. O, 2016-cı ilin avqustunda həyata keçirilən “Fərat qalxanı” əməliyyatında tutulan əraziyə əlavə edilə bilər.

Baş nazir Binəli Yıldırım deyir ki, ilk məqsəd – Türkiyənin Suriya ilə sərhədində 130 km (80 mil) uzunluğunda və 20-30 kilometr (12-20 mil) dərinlikdə təhlükəsizlik zonası təmin etməkdir.

Ərdoğan, həmçinin Türkiyənin əməliyyatına beynəlxalq təpkiləri nəzərdən qaçırmır. ABŞ və Avropa "narahatlıq" ifadə edib və "çəkinməyə" çağırırlar. Onlar həm də Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək ehtiyacını başa düşürlər.

ABŞ-ın müdafiə naziri Ceyms Mattis, Türkiyənin hüdudları daxilində aktiv üsyançı hərəkat olan yeganə NATO üzvü olduğunu vurğulayaraq deyib ki, Suriyada "Türkiyənin qanuni təhlükəsizliyi ilə bağlı narahatlıqları var”.

Mattis YPG ilə sıx əlaqəsi olan Kürdüstan Fəhlə Partiyası (PKK) tərəfindən Türkiyədəki şiddətli separatçı kampaniyaya istinad edib. O, Türkiyənin "səmimi" hərəkət etdiyini və əməliyyatı başlamazdan əvvəl Vaşinqtonla məsləhətləşdiyini və "birgə yol getmək"də olduğunu sözlərinə əlavə edib.

Vaşinqton YPG-ni silahlandırması və Türkiyənin Fərat çayı boyu sərhədlərində YPG döyüşçülərindən ibarət 30 minlik gücün yaradılması prosesi əsnasında bu, maraqlı şərhlərdir.

Türkiyə, həmçinin BMT Təhlükəsizlik Şurasının üzvləri və İran kimi Suriyada aktiv olan ölkələri Afrin əməliyyatı ilə bağlı əvvəldən məlumatlandırıb.

Əməliyyatın ilk günündə 72 hava həmləsi Moskvanın “yaşıl işıq” yandırmasına sübutdur. Bu faktı Moskva İnnovasiya İnstitutunun İslam Araşdırmalar Mərkəzinin rəhbəri Kirill Semyonov da vurğulayıb. "Türkiyənin Afrinə yönəlik əməliyyatı, xüsusilə türk hava qüvvələrinin Suriya hava sahəsini istifadə etdiyini nəzərə alsaq, yalnız Rusiya tərəfi ilə razılaşmalar nəticəsində baş verə bilərdi", – Semyonov Rusiyanın "Kommersant" qəzetinə bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu əməliyyata görə ABŞ-ı günahlandırıb. "ABŞ-ın Suriyadakı birtərəfli hərəkətləri Türkiyəni hiddətləndirdi",– deyə o, yanvarın 22-də Moskvada keçirilən mətbuat konfransında YPG-nin ABŞ-dan aldığı hərbi dəstəyə istinadla bildirib.

Moskva YPG-yə siyasi və hərbi dəstək göstərsə də, Türkiyəni Afrinə hücum etməkdən çəkindirmədiyindən YPG-nin Moskvaya güvənməsi ciddi səhv olub.

Türkiyə öz fəaliyyətlərini başlatdıqdan sonra Rusiya Afrindəki qüvvələrini daha təhlükəsiz əraziyə köçürüb. YPG-nin qəzəbli komandirləri indi Afrində onlara xəyanət edən Moskvanı günahlandırırlar.

Suriya rejiminin türk təyyarələrinin Suriya hava sahəsinə girdikləri təqdirdə, onları vuracağı təhdidi də indi boş sözlər kimi görünür.

Türkiyənin əməliyyatı, əslində, Vaşinqtondan daha çox Moskva üçün utancverici vəziyyətdir. ABŞ, Rusiyadan fərqli olaraq, Afrində heç bir qüvvəsinin olmadığını vurğulayıb, bu sahənin Suriyadakı əməliyyatlarının bir hissəsi olmadığını deyir.

Ankaranın hərəkətləri hələ də ABŞ səlahiyyətlilərinə narahatlıq gətirir, çünki Ərdoğan, ABŞ qüvvələrinin olduğu Fəratın şərqindəki Mənbic şəhərinin Türkiyənin növbəti hədəfi olacağına dair xəbərdarlıq edir.

Pentaqon sözçüsü, adını vermədən "Hürriyet”ə bildirib ki, Mənbicdəki qüvvələr özlərini və müttəfiqlərini istənilən hücumdan müdafiə edəcək.

Ərdoğanın Mənbic haqqında şərhləri ABŞ-ın dövlət katibi Reks Tillersonun, Suriyadakı ABŞ qüvvələrinin bu ölkədə uzun müddətə qalacağına dair açıqlaması ilə eyni anda səslənib.

Stanford və Huver İnstitutunda çıxış edən Tillerson bu qüvvələrin yerləşdiyi ərazilərdə Vaşinqtonun yerli idarəçilik qurma planını da açıqladı. Bu sahələr arasında Mənbic və Fəratın şərqindəki digər ərazilər bütövlükdə Livandan daha böyük bir ərazini təşkil edir.

Analitiklər türk ordusunun Mənbic əməliyyatının Afrin əməliyyatdan daha çətin olacağını və türk ordusunun ABŞ qüvvələrinə qarşı döyüşmək məcburiyyətində qalacağını söyləyir.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlkər Başbuğun fikrincə, Vaşinqton Fəratın şərqindəki mövqeyini möhkəmləndirmək və Suriyadakı bu mövqedən İrana qarşı istifadə etmək üçün bölgədə hərbi güc qurmağa çalışır.

"Birləşmiş Ştatlar Suriyanı federativ struktur kimi nəzərdən keçirir. O, Suriyada İraq modelini tətbiq etməyə çalışır", – Başbuğ "Hurriyet"ə müsahibəsində bildirib.

O, həmçinin Afrin əməliyyatını "faydalı" adlandırıb, lakin bunun Türkiyənin real problemini həll etməyəcəyi düşüncəsindədir. "Əsas tablo Fəratın şərq hissəsini əhatə edir. Bu təhdidin neytrallaşdırılması, Şamın sərhədlərinə tam nəzarət etməsi üçün möcüzə həll tapılmalıdır", – Başbuğ deyib.

Təqaüdçü briqada generalı Naim Baburoğlu onunla razılaşır. "Türkiyənin Afrin əməliyyatı vacibdir. Amma son nəticədə siyasi məqsədlərə çatmayacaq taktiki bir hərəkətdir". Baburoğlu, eyni zamanda, bunun Mənbicə aid olduğunu da söyləyib. "Siyasi məqsədə yalnız Fəratın şərqindəki təhdidin təsirsiz hala düşdüyü halda yetişmək olar". Generalın sözlərinə görə, bunu əldə etmək üçün yeganə yol – rəsmi Dəməşqlə sülhdür.

Dəməşq, Rusiya və İran kimi, Türkiyənin Suriyadakı mövcudluğunu qanuni şəklə sala bilər. "Türkiyə YPG-ni məğlub etmək üçün Suriya rejimi ilə əməkdaşlıq etməlidir".

Qərbin diplomatik mənbəyi anonimlik şərtilə "Al-Monitor"a Türkiyənin Afrin əməliyyatının Vaşinqtonun Suriyanın şimalında əldə etdiyi qazancları gücləndirəcəyini vurğulayıb. Ancaq Türkiyənin Afrin hücumunun Suriyada sabitlik gətirə biləcəyini də deyib. "Radikal qruplar bu bölgədən kənarda fəaliyyət göstərdiyi təqdirdə, Ankara buna görə hesabat verməli olacaq", – diplomat vurğulayıb.

Bu arada, Rusiyanın Suriya probleminin həllində kürdləri söz sahibi etmək qərarı Türkiyə üçün hələ də problem olaraq qalır. Ankara bu ayın sonunda Rusiyanın Soçi şəhərində keçiriləcək Suriya Milli Dialoq Konqresinə YPG-ni dəvət edilməməsindən məmnundur. Toplantıda kürdləri digər qrupların təmsil edəcəyi bildirilir.

Buna baxmayaraq, Rusiyanın Suriya kürdlərinə dair niyyətləri Ankaranın narahatlıqlarını artırır. Xatırladaq ki, Afrində kürdlərə xəyanət etməkdə ittiham olunduqdan sonra Moskva Suriya danışıqlarında kürdlərə daha çox meylli ola bilər.

Başbuğ Moskvanın hələ də kürdlərə Suriyada muxtar bölgə veriləcəyini düşünür. Bu vəziyyət ortaya çıxarsa, yeganə mövcud sahə Türkiyə sərhədlərinə bitişik ərazidir.

Afrin əməliyyatında Ərdoğan dəstəklənsə də, Suriyada kürd problemi həldən uzaqlaşır.Tərcümə: Strateq

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam