Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə yeni ordu qurur-ANKARA YPG TERROR TƏŞKİLATININ KÖKÜNÜ KƏSƏCƏK

turk_qirici

 

Türkiyə Azad Suriya Ordusunun (ASO) üzvlərindən ibarət 10 minlik ordu qurur.

Yenixeber.org:  Bu haqda ASO-dakı mənbələrinə istinadən Rusiyanın “Sputnik” agentliyi yazıb.

Agentlik qeyd edir ki, qurulacaq ordu YPG terror təşkilatına qarşı əməliyyatda istifadə ediləcək. Türkiyə həmçinin Cerablusdan İdlibə qədər təhlükəsizlik bölgəsi qurmaq istəyir. Həmin ordu təhlükəsizlik bölgəsində də vəzifə yetinə yetirəcək.

Tezliklə YPG-yə qarşı quru və hava əməliyyatına başlamaq istəyən Türkiyə quru əməliyyatında ASO güclərindən aktiv şəkildə istifadə etməyi planlaşdırır. Tamamilə suriyalılardan təşkil olunacaq ordunun sayı gələcəkdə artırılacaq.

“Sputnik”ə danışan YPG rəhbərlərindən biri Reza Hiddo da Türkiyənin təşkilata qarşı ASO ordusu qurmaq istədiyini deyib: “Bizə gələn məlumatlara görə, Türkiyə Afrində quru əməliyyatı həyata keçirmək üçün ASO güclərinə təlim keçir. Kobani və Qamışlıda ABŞ əsgərləri olduğu üçün Türkiyə bu bölgələrdə əməliyyat keçirə bilmir. Amma Afrində ABŞ əsgərləri yoxdur. Bundan başqa Türkiyə Azez, Mare, Cerablus-Hələb xəttinin qərbinə və İdlibə bütünlüklə nəzarət etmək istəyir. Türkiyə Qərbi Hələb və İdlib bölgəsini birləşdirməyə çalışır. Suriya hökuməti və Rusiyanın bu plana hansı reaksiya verəcəyini maraqla gözləyirik”.

Suriya Kürdləri Milli Şurasının (ENKS) nümayəndəsi Müslim Mıhemed isə Türkiyənin bir çox “Qalxan hərəkatı” planlaşdırdığını bildirib: ““Fərat Qalxanı” zamanı Fəratın qərbində – Azez, Cerablus və Əl-Bab bölgələrində döyüşlər aparılırdı. Türkiyə indi isə “Cəzirə Qalxanı” və “Dəclə Qalxanı” hazırlayır. “Dəclə Qalxanı” ilə Silopidən Şengala qədər olan bölgədə əməliyyatın keçirilməsi planlaşdırılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam