Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hacı Qalib barədə şok ittihamlar

 

     Hacı Qalib Bilgəhdə “POSAT” kooperativinin üzvlərinə aid 4 hektar torpağı saxta yolla vəfat etmiş nənəsinin adına özəlləşdirməkdə suçlanır; deputat isə iddiaları əsassız sayır: “Bu işdə heç bir saxtakarlıq olmayıb, gəlin yerindəcə araşdırın”

 

     "Xeberinfo.com": Son günlər qalmaqallı çıxışları ilə yadda qalan deputat Hacı Qalib Salahzadə barəsində “Yeni Müsavat”a sensasion bir müraciət daxil olub. Müraciət müəllifləri olan “POSAT” bağ-tikinti kooperativinin İdarə Heyətinin üzvləri yazırlar ki, deputat və Bilgəh bələdiyyəsinin sədri Fazil Rüstəmov əlbir olaraq müdhiş saxtakarlığa imza atıblar. 
    Şikayətçilər bu problemlə bağlı aprel ayında da qısa bir məktubla redaksiyamıza müraciət etmişdilər. Bu dəfə isə onlar məsələnin mahiyyətini açıqlayıblar və çox ciddi qanunsuzluqlar edildiyini bildiriblər. 
    “Belə ki, bələdiyyə sədri kooperativə məxsus Bilgəhdə 4 hektar torpaq sahəsini həyətyanı sahə kimi deputatın vəfat etmiş nənəsi Kübra Camalovanın adına özəlləşdirib” - deyə onlar qeyd edirlər. Bu torpaqda kooperativin 28 nəfər üzvünün payı olduğunu iddia edən müraciət müəllifləri qeyd edirlər ki, bələdiyyə sədrini Hacı Qalib himayə edir və onun bu qanunsuz əməlinə görə heç kəs izahat tələb etmir. 
Torpaq mübahisəsi ilə bağlı məhkəmə çəkişməsində olduqlarını deyən şikayətçilərin sözlərinə görə, deputatın bu əraziyə iddia etməsi üçün heç bir sənəd-sübutu yoxdur və saxta kağızlara istinad edir. 
“1989-cu ildə Tikinti Nazirliyinin nəzdində yaradılmış ”POSAT" bağ-tikinti kooperativinə 4 hektar torpaq sahəsi ayrılmışdı. Sovet dövründə bu sahədə 49 nəfərin torpaq payı olub. Lakin bilirsiniz ki, müstəqillikdən sonra köçənlər oldu, başqa ölkələrdə yaşamağa gedənlər oldu. Müstəqillik dövründə isə vəziyyət dəyişdi. 
Beləliklə, 4 hektar torpaq sahəsində İdarə Heyətindən 28 nəfər payçı qaldı. Biz də müstəqillik dövründə bu sahəni təkrar qeydiyyatdan keçirdik. Bütün sənədlərimiz yerli-yerində var. Vergilər Nazirliyində təkrar qeydiyyatdan keçirmişik, Torpaq və Xəritəçəkmə Komitəsindən kadastr almışıq. 
O cümlədən müəyyən olunmuş qaydada Daşınmaz Əmlakın Reyestr Xidməti Bakı Ərazi İdarəsindən çıxarış sənədləri almaq üçün sübutlarımızı təqdim etmişik. Ancaq Reyestr Xidməti əsassız olaraq bizə çıxarış verməkdən imtina etdiyi üçün bu qurumu məhkəməyə vermişik ,"- deyə şikayətçilər yazırlar. 
Onların sözlərinə görə, sözügedən məhkəmə prosesi davam etdiyi dövrdə ağlasığmaz bir saxtakarlığın şahidi olublar. Məlum olub ki, çıxarış əldə etmək üçün məhkəmədə çəkişdikləri vaxtda Bilgəh bələdiyyəsinin sədri Fazil Rüstəmov torpağı deputat Hacı Qalibin mərhum nənəsinin adına özəlləşdirib:
“Bələdiyyə sədri açıq-aşkar özbaşınalıq edib. Fazil Rüstəmov bizə məxsus 4 hektar torpaq sahəsini və əlavə olaraq 1,3 hektar qonşu torpaq sahəsini həyətyanı torpaq sahəsi kimi deputatın bir neçə il əvvəl vəfat etmiş nənəsi Camalova Kübranın adına özəlləşdirib. Bu, absurd və qanuna tüpürməkdir. Çünki bələdiyyə sədrinin verdiyi sənədlərin saxtalığına və qanunsuzluğuna əmin olmaq üçün nə ekspert lazımdır, nə də məhkəmə hakimi. 
Körpə uşaq da sənədlərə ötəri nəzər yetirsə, şahidi olacaq ki, primitiv üsullarla saxtakarlıq edilib. Bütün sənədlərin surəti üst-üstə yığılaraq bir yerə toplanıb. Ən qəribəsi budur ki, tələb olunan imzaların yerinə müxtəlif sənədlərdə, müxtəlif vəzifəli şəxslərin yerinə Fazil Rüstəmovun öz imzası var. Vəfat etmiş adamın adına torpaq sahəsində kadastr almamış BTİ çıxarış verib". 
İdarə Heyətinin üzvləri onu da qeyd edirlər ki, bu işdə yol verilən fırıldaqçılığın rəsmiləşdirilməsi haqda ətraflı məlumat verəcəklər. “Biz bu işi belə qoymayacağıq. Bütün qanuni və hüquqi yollara əl ataraq, məhkəmə müstəvisində haqlı olduğumuzu sübut edirik və edəcəyik. Bilgəhin bələdiyyə sədri deputata yaxın adamdır və bu cür qanunsuzluğa qol qoyur. Biz hüquqi müstəvidə mübarizə aparıb, günahkarların cəzalandırılmasına nail olacağıq. Düzdür, bu iş uzun çəkən prosesidir. Lakin başqa yolumuz da yoxdur”. 
     Bu ittihamlarla bağlı deputat Q.Salahzadə “Yeni Müsavat”a dedi ki, onların iddiaları tamamilə əsassızdır. Deputatın sözlərinə görə, İdarə Heyətinin üzvlərinin ittihamlarının yalan olduğunu sübut etməyə hazırdır. Hacı Qalib bildirdi ki, həmin şəxslər torpaq sahəsini paylayıblar:  “Hələ 38 il əvvəl guya bunlara torpaq verilib. Sonra kooperativ yaradıblar. Bu kooperativdə olanlar - Tofiq Rüstəmov, Litfin Abbasov, Nazim İsmayılov, Tahir Qocayev və neçə belə ad çəkə bilərəm ki, onlar öz torpaqlarını paylayıblar. Bu torpaqlar da bilgəhlilərindir. Həmin adamlar paylarını satıblar. Bu 4 hektar torpağın qabağında rəhmətlik nənəmin adına torpaq olub. Bu işdə heç bir saxtakarlıq olmayıb”. 
Hacı Qalib “Yeni Müsavat”ın əməkdaşını kəndə dəvət edərək məsələni yerindəcə araşdırmağı təklif etdi: “Əgər bir şübhəniz varsa, gəlin araşdırın. Bələdiyyə sədri də danışsın. Mənim heç adıma orada torpaq yoxdur. Bizim 4 hektar ərazinin yanında evimiz var. Nənəm o vaxtı Abşeron rayon Kadastr İdarəsindən sənəd alıb, vərəsə kimi nəvəsinə verib. Mən heç nə demirəm, müxbir göndərin bir-bir əraziyə baxsın. Sizə şikayət edənlərin kottecləri var, göstərə bilərik. Torpaq işində heç bir saxtakarlıq ola bilməz. Uzağı bir-iki yerdə qanunsuzluq edərsən, sonra səni tutarlar. 
    Əslində saxtakarlığı onlar ediblər. 23 nəfər arasında torpaq bölünüb, amma 28 nəfər qeyd ediblər. Orada bir neçə adamın adını yalan yazıblar. Onların da arasında öz paylarını satanlar var".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam