Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Şeyxin qudası “özünü yandırdı”!

                                             

                     

     

 

    Qalib Salahzadə deputat mandatından məhrum ola bilər

 

     “Xeberinfo.com”: Son günlər mətbu gündəmi zəbt etmiş mövzulardan biri də deputat Hacı Qalib Salahzadə ilə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev arasında yaşanan qalmaqaldır. Mətbuatı izləyənlərə məlumdur ki, Hacı Qalib Salahzadə ilə bağlı bu birinci fakt deyil. Özünü ölkə ictimaiyyətinə Bakı kəndlərinin xüsusi ilə də Bilgəh qəsəbəsinin ağsaqqalı kimi təqdim edən cənab Salahzadə bu fakta qədər də qalmaqallı müsahibələri, rayonun əvvəlki rəhbərliyi ilə mübahisələrilə diqqət çəkib.

     Amma hakim dairədəki şəxsin “xeberinfo.com”a verdiyi məlumata görə bu dəfə vəziyyət fərqlidir və fərqli nəricələnə də bilər. Gözlənilir ki, Qalib Salahzadə sabiq deputat Baba Tağıyevin siyasi taleyini yaşamalı olacaq. Məlumdur ki, bizim siyasi hakimiyyət bu sayaq siyasi səhvləri asanlıqla bağışlamır. Cənab prezidentin sərəncamı ilə təyin olunmuş şəxsə qarşı çıxmağın, ona diş qıcamağın bədəli ağır olur. Fərq etməz bu ya siyasi səbatsızlıqdan olsun, ya da düşünülmüş şəkildə. Söhbətin Bakı kəndləri kimi həssas bir bölgədən getməsi isə məsuliyyətin böyüklüyünü və faktın ciddiliyi artırır.

     Doğrudur, üç gün öncə hörmətli deputat mətbuata açıqlama verib, heç nə olmamış kimi mövzunu qapatmağa çalışıb. Amma açıqlamadan da müəllifin həyacanlı, tənbeh olunmuş şəxs təsiri bağışladığını aydın görmək mümkündür. Məlumata görə artıq lazımı instansiyalarda Hacı Qalib Salahzadə ilə bağlı lazımı qərar qəbul olunub. Və o etimadı doğrultmayan deputatlar siyahısına əlavə olunub. Gözlənilir ki, növbəti parlament seçkilərində namizədlər siyahısında onun adı olmayacaq.

    O ki, qaldı deputatın qudası hörmətli Şeyx həzrətlərinə-məlumata görə o bu dəfə qudasının probleminə seyriçi qalıb. Səbəb isə artıq məsələyə müdaxilənin faydasız olacağı ilə bağlı olub. Başqa sözlə, artıq yetər!     

Redaksiyamıza Hacı Qalib Salahzadənin 1995-ci il parlament seçiklərindən tutmuş bugünə qədərki fəaliyyəti ilə bağlı maraqlı məlumatlar daxil olub. Məlumatlarda xüsusi ilə maraqlı detal isə cənab deputatın bunca çabasının qarışılığında həmişə “şeyxin qudası” kimi tanınmasının səbəbi ilə bağlıdır. Biz bu məlumatlara hörmətli Hacının özü ilə birlikdə aydınlıq gətirmək istədik. Təəssüf ki, rəhmətliklərdən (söhbət hüzür məclislərindən gedir) Hacı bizə vaxt ayıra bilmir. Bu səbəbdən də biz əldə etdiyimiz məlumatlarla bağlı hələlik geniş yaza bilmirik.

 

   Mövzu diqqətimizdədir.

 

      Mösüm

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam