Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Abutalıbov keçmiş deputatla qanunsuz əməllərdə suçlanır

Abutalıbov keçmiş deputatla qanunsuz əməllərdə suçlanır

 

“POSAT” üzvləri Bakı merinə etiraz məktubu yazdı: “Yalan, iftira məlumatlar əsasında hazırlanmış bu sərəncam...”

Xeberinfo.com:   “POSAT” Bağ-Tikinti Kooperativinin üzvləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova etiraz məktubu unvanlayıb. Surəti redaksiyamıza təqdim edilən məktubda kooperativ üzvləri Hacıbala Abutalıbovun imzaladığı 03.06.2016-cı il tarixli, 7-232/10q saylı “QƏRAR”la əlaqədar aşağıdakıları diqqətə çatdırırlar:

“Bu sənədin mətnindən aydın görünür ki, icra hakimiyyətinin hüquq şöbəsi,1saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 6 iyun 2014-ci il tarixli qərarından, Bakı Apelyasiya Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli qərarından, Ali Məhkəmənin İnzibati-iqtisadi kollegiyasinin 07.08.2015-ci il və 12 mart 2016-cı il tarıxlı qərarlarından dürüst hüquqi nəticə çıxarmayıb. Belə ki, hər üç instansiya məhkəməsinin qərarlarında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 08.04.2014-ci il tarixli, 145 saylı ”Bakı şəhər Xalq Deputatları Sovetinin" torpaq sahəsi ayrılması və tikintinin layihələndirilməsı barədə" olan 15.02.1989-cu il tarixli qərarının etibarsız sayılması barədə" sərəncamında yol verilmiş bir çox digər qanun pozuntuları göstərilib və eyni zamanda qeyd edilib ki, məsələ kooperativ üzvlərinin iştirakı ilə araşdırılmayıb. Əlavə olaraq qeyd edirik ki, yalan, iftira məlumatlar əsasında hazırlanmış bu sərəncam bizim kooperativə məxsus 4 hektar torpaq sahəsinin və əlavə 1,3 hektar dövlət torpagının Bilgəh bələdiyyəsinin və Dövlət Reestr Xidmətının Bakı şəhər şöbəsinin saxta sənədləri əsasında keçmiş deputat Qalib Salahzadə tərəfindən zəbt edilməsinə yardım etməyə yönəlib. Bunu nəzərə alaraq, ömürlərinin 50-60 ildən çoxunu respublikamiza xidmətə sərf etmiş kooperativ üzvləri olaraq bu məsələnin araşdırılmasında Baki Şəhər İcra Hakimiyyətinə etımadsızlıq göstəririk və 08.06.2016-cı il tarixinə təyin etdiyiniz görüşdən, onun bizə qarşı yol verilmiş ciddi qanun pozuntularına hüququ don geyindirmək cəhdi oldugunu anlayaraq imtina edirik və bildiririk ki, öz hüquqlarımızı Azərbaycan Respublikasinin qanunlari çərçivəsində müdafiə etməyə davam edəcəyik".

“POSAT” üzvləri yazırlar ki, onlara qarşı törədilən haqsızlıq və ədalətsizliklə bağlı prezident İlham Əliyevə məlumat göndəriləcək. Məktub müəllifləri Hacıbala Abutalıbovun imzaladığı qərardakı qanunsuzluqları da sadalayırlar: “Qərarda inzibati icraatın başlanması əsasları, yəni ”İnzibati icraat haqda" Qanunun 28.1.1-ci maddəsində nəzərdə tutulmuş - inzibati icraata kimin ərizəsinə əsasən başlanması göstərilməyib, inzibati icraatın başlanması üçün əsas olmuş müraciətin surəti təqdim edilməyib.

-"İnzibati icraat haqda" qanunun 4.1-ci maddəsinə görə, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

Həmin qanunun 14.1-ci maddəsinə görə isə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.

Bakı Şəhər İcra Hakimiyyətinin hazırda onun balansında və ya mülkiyyətində olmayan daşınmaz əmlakla bağlı hər hansı inzibati icraat qaydasında işə baxması qanunvericiliyin tələblərinə ziddir.

Qərarda göstərilən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 08.04.2014-cü il tarixli 145 saylı sərəncamının ləğv edilməsi ilə bağlı qaldırdığımız mübahisələndirmə haqda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında inzibati icraata baxılması zamanı maraqlarına toxunulan şəxslərin icraata cəlb edilməməsi, sərəncamın ləğv edilməsi üçün yeganə əsas deyil, həmin sərəncamın ləğv edilməsi əsaslarından biri olub.

Eyni zamanda ayrılmış torpaq sahəsinin həqiqətən də “POSAT” Bağ-Tikinti Kooperativinin istifadəsində olması kooperativin Bakı Şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs Salahzadə Əliabbas Qalib oğluna qarşı olan inzibati iş üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin, Bakı Apelyasiya Məhkəməsi İnzibati İqtisadi Kollegiyasının, Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının qərarlarında əksini tapıb".

Bundan başqa, kooperativ üzvləri BŞİH-in birtərəfli mövqe tutduğunu da diqqətə çatdırırlar: “Bakı Şəhər İcra Hakimiyyəti doğrudan da qərəzlli mövqedə deyildirsə, bu işin nəticəsində maddi marağı yoxdursa, Azərbaycan Respublikasının adından çıxarılan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına tabe olursa, hazırkı inzibati icraat üzrə ərizəni baxılmamış saxlamalıdır”.

Politika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam