Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Dünyayla savaş hökumətə nə vəd edir?

                       


    "Xeberinfo.com": Dünyanın nüfuzlu nəşrləri, beynəlxalq təşkilatları Azərbaycan hökumətiylə bağlı tənqidi yazıları dərc etdirir, hesabatlar və bəyanatlar yayırlar. Siyasi məhbusların dərhal azadlığa çıxmasını tələb edirlər.  Ancaq bizim hökumət bütün bunlardan lazımı nəticə çıxarmaq əvəzinə əksini edir. “Düşmən”i dərhal susdurmaq üçün “hücum”a atılırlar. Əlinin altında olan bütün telekanallara, qəzetlərə Qərbi və onun institutlarını öz aləmlərində vururlar.

Bir neçə gündür ki, hökumətin nəzarətində olan qəzetlər “Azərbaycan”, “Yeni Azərbaycan” və televiziyalar dünyanın ən nüfuzlu KİV-lərini - “Vaşqintqon Postu”, “BBC”ni, eləcə də beynəlxalq təşkilatları, bəzi diplomotik korpusları hədəf seçiblər. Ona görə ki, adlarını çəkdiyimiz və sadalamadığımız nüfuzlu qurumlar Əliyev hökumətindən siyasi repressiyalara son qoymağı, ölkədə insan haqlarının və söz azadlığının təmin edilməsini tələb edirlər. Onlar deyir, yazır və bildirirlər ki, bu gedişlə Azərbaycan Afrikanın ən geridə qalmış ölkələrinə çevirirlər. Rəsmi Bakı isə bu təqnidlərin heç birini qəbul etmir. Əminliklə bəyan edir ki, deyilənlər həqiqəti əks etdirmir. Guya Azərbaycanda hər şey qanun çərçivəsindədi və həbs olunan siyasi məhbuslar da siyasi motivlərlə deyil, onlara tətbiq olunan müvafiq maddələrlə məhbəs həyatı yaşayırlar. Bu üzdən də hökumət onu tənqid edənlərə qarşı daha sərt cavab verir. Ancaq işin ən maraqlı cəhəti odur ki, “Vaşqinton Post”, “Nyu York Tayms”  kimi nüfuzlu, gündəlik tirajı milyonları ötən, internetdə bir məqalənin baxış sayı 300-400 mindən çox olan qəzetin qarşısına 10-15 nəfərin izlədiyi “Azərbaycan”, “Yeni Azərbaycan” qəzetiylə çıxırlar. “BBC”ni bütün dünya izləyir. Ancaq bizim telekanalların auditoriyası “Prime time”da (televiziyaların ən çox izləndildiyi vaxt) 50 mini ötmür. Bax, burada deyirlər ki, Kərəmi ağlamaq tutur.

 

Hər şeyi inkar üzərində qoyan hökumət, bütün tənqidləri qəbul etməyən, əksinə bu tələblərdən, tövsiyyələrdən bərk əndişələn Azərbaycan hökumətinin dünyayla savaş ona nə vəd edə bilər? Təbii ki, heç nə. Cahan onunla bu cür çox savaşan hökumətləri görüb. Nəticə çıxarmayan və daha da “hücum”a atılanların demək olar ki, hamısının aqibəti eyni cür olub...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam