Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ dövlət katibinin xəbərdarlığı və narahatlığ

Vaşinqton yenidən Türkiyəni qazanmaq üçün yol axtarır

Yenixeber.org: “ABŞ coğrafi cəhətdən yaxın ərazidə yerləşmə və mədəni əlaqələri nəzərə alaraq Türkiyənin İranla qarşılıqlı fəaliyyətinin labüdlüyünü anlayır, lakin bu təmaslar NATO-nun bütün üzvlərinin maraqlarına uyğun olmalıdır”.

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda çıxışı zamanı ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

“Biz dərk edirik, Türkiyə İranla təmasda olmalıdır. Lakin Türkiyə unutmamalıdır ki, NATO üzvü olaraq, İranla təmaslarda Alyansın maraqlarını nəzərə almalıdır”, - deyə Reks Tillerson bildirib.  

ABŞ dövlət katibinin xəbərdarlığının ciddi əsası varmı və Türkiyəyə təsiri olacaqmı? Xəbərdarlıqdan İranla yaxın qonşuluq münasibətlərində olan Azərbaycana da pay düşürmü?

Politoloq Natiq Miri bildirdi ki, öncə Tillersonun bu xəbərdarlıq və narahatlıq xarakterli açıqlamasını gərəkdirən səbəblər haqqında danışmaq lazımdır. İŞİD problemini yaradıb Suriya və İraqa transfer edənlərin hədəfi Türkiyənin sərhədlərində cırtdan dövlətlərin, terror dövlətlərinin yaradılması idi. Türkiyə bu planları pozmaq və öz təhlükəsizliyini təmin etmək üçün istəməsə belə, regionda söz sahibi və güc mərkəzi olan Rusiya və İranla yaxınlaşmaq məcburiyyəti ilə üz-üzə qaldı: “İndi ABŞ rəsmiləri Türkiyəni bu gün şantaj etməkdənsə, Türkiyəni bu ölkələrlə yaxınlaşmağa vadar edən özlərinin yaratdığı süni problemlərdən danışmalı və həmin problemləri aradan qaldırmalıdırlar.

Türkiyə NATO-nun üzvü olan bir ölkə kimi bütün zamanlarda avroatlantik məkanın təhlükəsizliyini qorumaq məsələsində həmişə həssas davranıb. Biz bunu daim müşahidə eləmişik. Ayrıca, NATO-nun cənub sərhədlərinin təhlükəsizliyinin qoruyan tək ölkə məhz Türkiyə olub. Ona görə də Türkiyənin bu gün ABŞ tərəfindən qınanması absurddur.

Suriya və İraqda Türkiyəni təhdid edən terror qruplarının yaradılması, Türkiyənin içində terror dalğası başladılması, Türkiyə dövlətini tamamilə parçalamaq niyyətinin ortalığa qoyulması gündəmdə olanda NATO Türkiyəni müdafiə eləmədi. Havadan müdafiə sistemlərinə Türkiyənin ehtiyacı olduğu zamanda NATO üzvləri olan Hollandiya və digər Avropa ölkələri havadan müdafiə raket sistemlərini Türkiyədən çıxardılar. Türkiyə isə bir dövlət olaraq öz sərhədlərinə təhlükəni və daxildəki terror təhlükəsini aradan qaldırmaq üçün aktiv hərəkətə keçməli, manevrlər eləməli idi. Bu da regionda güc mərkəzləri ilə dövlətlərlə əməkdaşlıdan keçirdi. Türkiyə məhz buna görə Rusiya və İranla yaxınlaşma siyasətinə üstünlük verdi. Bu gün ABŞ və NATO-nu qıcıqlandıran budur. İndi ABŞ çalışır ki, Türkiyəni Rusiya və İrandan uzaqlaşdırsın”.

Image result for Politoloq Natiq Miri

Ekspertin sözlərinə görə, Türkiyə artıq ata biləcəkləri addımları atmaqla özünün nəinki regional, hətta qlobal səviyyədə bir oyunçu olduğunu ortalığa qoyub. Regionda, bütövlükdə Yaxın Şərqdə Türkiyəsiz geosiyasi qərar vermək, addım atmaq mümkünsüz hala gəlib. ABŞ isə Suriya və İraq prosesində demək olar ki, kənarda qalıb, Suriya və İraqda məğlubiyyətə uğrayıb: “ABŞ artıq bunu anlamağa başlayıb. ABŞ onu da anlayır ki, Türkiyəyə qarşı projelər işə salmaq, projelərdə iştirak etməklə Türkiyəni özündən, ənənəvi müttəfiqlərindən uzaqlaşdırır, Rusiya və İrana yaxınlaşdırır. Ona görə də indi yenidən Türkiyəni öz yanlarına çəkmək üçün müxtəlif təzyiqlərdən, xəbərdarlıqlardan, çağırışlardan istifadə edirlər.  

Amma ABŞ Türkiyəyə son illərdə elədiklərindən artıq nə isə edə bilməyəcək. Türkiyə bu prosesdən güclənən bir dövlət olaraq çıxacaq. Əslində “müttəfiqlərinin” son illərdəki anti-Türkiyə siyasəti Türkiyənin xeyrinə işlədi. Çünki məhz bu vəziyyət Türkiyəni vadar elədi ki, həm iqtisadiyyatını, həm də hərbi sahədə müdafiə qabiliyyətini inkişaf etdirsin”.

Politoloq vurğuladı ki, Türkiyə-Rusiya-İran üçlü formatı regionda ən böyük güc mərkəzidir. Bunu ABŞ anladığı üçün Türkiyəni bu formatdan ayırmaq istəyir. Çünki bu güc real gücdür, ABŞ-ın qarşısını kəsən bilən gücdür. Amma Azərbaycanın iştirak elədiyi Türkiyə-İran-Azərbaycan üçlü formatı real və daha güclü üçlü formatı deyil ABŞ üçün. Azərbaycanın iştirak etdiyi format daha çox iqtisadi formatdır: “Bu üçlü format ABŞ-ın regionda geosiyasi maraqlarına təhlükə yaratmır. Ona görə də ABŞ dövlət katibinin xəbərdarlığını Azərbaycana da aid etmək yanlış olardı. İkincisi, Azərbaycan NATO-nun üzvü deyil ki, xəbərdarlıqdan bizə də pay düşmüş olsun”.

Etibar SEYİDAĞA    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam