Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tillersonun sürpriz Türkiyə səfərinin sirri

 

Tillersonun sürpriz Türkiyə səfərinin sirri

ABŞ-ın dövlət katibi Reks Tillerson yaxın günlərdə Türkiyəyə səfər edəcək.

Yenixeber.org: Türkiyə KİV-ləri xəbər verir ki, məlumatı ABŞ rəsmiləri təsdiqləyib. Səfərin dəqiq vaxtı açıqlanmayıb, hazırda bu istiqamətdə danışıqların getdiyi bildirilib.

Tillersonun Türkiyəyə gözlənilən səfəri ilə bağlı bəzi detallar məlum olub. Türkiyə KİV-lərində yer alan xəbərlərə əsasən, ABŞ dövlət katibinin səfəri Afrin əməliyyatı ilə əlaqədardır. 

ABŞ tərəfi səfər zamanı Suriyadakı son vəziyyətlə bağlı müzakirələrin aparılacağını iddia edib. Türkiyə mətbuatı isə hesab edir ki, Tillerson Ankaraya "Zeytun budağı" əməliyyatının dayandırılması üçün təşrif buyuracaq. 

"ABŞ dövlət katibi Türkiyə səfərində Afrində keçirilən antiterror əməliyyatlarının dayandırılmasını tələb edəcək. Bu səbəbdən səfərin çətin olacağını gözləyirik" - KİV yazıb.

Ekspertlərin fikrincə, Tillersonun sürpriz səfəri sırf Afrinlə bağlıdır. ABŞ əməliyyatların davam etməsini istəmir, terrorçulara endirilən zərbələr rəsmi Vaşinqtonu ciddi narahat etməyə başlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam