Çin yaxın zamanlarda ən çox Rusiyanın başına bəla olacaq- “The New York Times”
Çinin “Bir kəmər-bir yol” adlı idyeası orta əsrlərdə Tan və Yuan xanədanları dövründə Avrasiyadan keçən ticarət yolları üzrə iqtisadi ekspansiyası deməkdir. Bu eyni zamanda bütün nəhəng strategiyalar kimi olduqca ambisiyalı layihədir”.
Yenixeber.org: Bu sözlər “Amerikanın təhlükəsizliyi üzrə mərkəz”in baş elmi əməkdaşı, o cümlədən “Eurasia Group” təşkilatının eksperti Robert Kaplanın “The New York Times” qəzetindəki məqaləsində yer alıb.
Məqalə müəllifi yeni ipək yollarının Çin liderlərinin ölkəni tam şəkildə superdövlətə çevirmək planlarına uyğun olduğunu ifadə edir. Yazıda Çinin bu plan çərçivəsində keçmişdə SSRİ-nin, daha doğrusu, Rusiyanın nəzarətində olan və zəngin enerji sərvətlərinə malik Mərkəzi Asiya bölgəsi ilə yollar, enerji boruları, körpülər vasitəsilə xüsusi əməliyyat həyata keçirdiyi vurğulanır. “Bu prosesdə “Bir kəmər-bir yol” layihəsi vasitəsilə Çin əlində olan tək müsəlman bölgəsini (Uyğur-red.) də tam əhatə altına almaq niyyətindədir”,- məqalədə qeyd olunur.
Bundan başqa, Çinin həm böyük əraziyə, həm də qədim imperiya ənənələrinə malik, o cümlədən Yaxın Şərqdə və Mərkəzi Asiyada kilid oyunçulardan biri sayılan İranla orqanik birlik qurmaq istədiyi məqalədə qeyd olunan xüsuslardandır.
“Çinin əsas məqsədi bütün bunlarla Rusiyanı ikinci dərəcəli dövlət kimi alçaldaraq Avrasiyanın tək sahibi olmaqdır”, - Kaplan yazır.
Müəllif Rusiyanın bu bölgədə olduqca zəif qaldığını, sayları milyonlarla keçən çinli miqrantların acgözlüklə təbii qaz, qızıl, neft, ağac, almazla zəngin Sibir çöllərinə doğru irəlilədiyini bildirir.
“Çin Rusiyanı təkcə Yaxın Şərq və Mərkəzi Asiyada deyil, həmçinin Avropada da əsl axmaq vəziyyətə salıb. Moskvanın Baltik və Qara dənizlərdə keçmiş sovet respublikalarının müstəqilliklərini təhdid etdiyi bir zamanda Pekin Avropada ticarət əlaqlərini gündən-günə möhkəmlədir”, - yazıda qeyd olunur.
Kaplanın fikrincə, Çinin Si Tzinpin dövründə Rusiyanın ətrafından və arxasından hərəkət etdiyi bir vaxtda Vladimir Putinin Avropaya meydan oxuması onun əslində strateji uzaqgörən olmadığını göstərir.
Məqalədə Rusiya və Çinin indiki məqmda tamhəcmli strateji əməkdaşlıq etməsinə rəğmən onların tarixən münasibətlərinin nadir hallarda yaxşı olduğu göstərilir. Yazıda neft qiymətlərinin aşağı düşməsinin iki ölkə arasındakı ticarət balansını qəti surətdə Çinin xeyrinə dəyişdiyi vurğulanır. Bundan başqa, Rusiyanın Çinin Hindistan və Vyetnam kimi rəqiblərinə silah satdığı bir məqamda Pekinin rusların silah
sənayesində əldə etdiyi nailiyyətləri oğurladığı bildirilir.
“Bu cür geopolitik həqiqət onu göstərir ki, Rusiya və Çin yalnız praqmatik təsəvvürlədən irəli gələrək müttəfiq ola bilərlər”,- Kaplan əminliyni ifadə edir.
Robert Kaplan Şərqi Asiyanı Çin, Mərəzi və Şərqi Avropanı isə Rusiyanın təhdidindən qorumaq istəyən ABŞ-ın Avrasiyanın iki nəhəngi arasındakı səssiz rəqabətdən qazanclı çıxa biləcəyini yazır.
“Bax indi, Donald Trampın israrla inkar etdiyi və ikrahla yanaşdığı universal dəyərlər ABŞ-a geopolitik dividentlər gətirə bilər. ABŞ-ın maraqlarını sadəcə Şimali Amerika çərçivəsi ilə məhdudlaşdıran populist və millətçi gündəm (Tramp tərəfindən müdafiə olunan-red.) Vaşinqtonu hər kəsin gözündə marginal qüvvəyə çevirir”, - məqalənin yekununda qeyd edilir.