Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Ərdoğandan təyyarədə Azərbaycanla bağlı açıqlama:"Qarabağı Putinlə şəxsən görüşüb müzakirə edəcəm"

Ərdoğandan təyyarədə Azərbaycanla bağlı açıqlama:

 

Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda Bakı-Tbilis-Qars dəmiryolunu açan Ərdoğan geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Yenixeber.org: Sözünə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini vurğulamaqla başlayan Ərdoğan “Bəzi güclərin bu kimi layihələrlə bağlı nə düşündüyü bizi maraqlandırmır. Bizi etdiyimiz işlər maraqlandırır” deyə qeyd edib:

“TANAP ilə Avropanın təbii qaza və neftə olan ehtiyacını, inşallah biz verəcəyik. Digər ölkələrlə dəmir yollarımızı hazırlayıb doğru bildiyimiz yolda irıliləyəcəyik. Türkiyədən Qazaxıstan dəmir yolu xəttini tamamladıq. Londona qədər davam etdirilməsi əsas məsələdir. İstər sərnişin, istərsə də yük daşınmasında yeni çatdırılma xətti yaranır. Bundan başqa Azərbaycan ilə 6 müqavilə imzaladıq” deyən Ərdoğan bir-bir onları sadalayıb.

“Enerjini çıxmaqla 1,6 milyard dollarlıq ticarət həcmimizi 5 milyard dollara qaldırmaq hədəfimizdir. 2018-ci ildə Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümünü birlikdə qeyd edəcəyik. Dağlıq Qarabağ üçün Azərbaycanın yanında olmaqda davam edəcəyik. Hörmətli Putin ilə bu məsələni şəxsən müzakirə edəcəyəm. Çünki həqiqətən də bu işin üstünə düşülsə, nəticə almaq daha da asanlaşacaq. Bakıda Ziraat Bankı Azərbaycan baş ofisinin açılışını etdik. “Dünyagöz”ün Azərbaycanda yeni xəstəxanasının açılışı oldu. Naxçıvandan 120 milyon dollarlıq qida idxal ediləcək”.

Firuzə Alimova / MTM


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam