Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rəsmi Bakı Azərbaycanın D-8 sammitinə üzvlüyündə heç bir problem görmür

 

Yenixeber.org: Prezident İlham Əliyevin İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşünə dəvət olunması Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin həmişə belə yüksək səviyyədə olduğunu, xüsusi əlaqələr olduğunu nümayiş etdirir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ildə "Böyük iyirmiliy"in (G-20) Zirvə görüşünə də Azərbaycanı xüsusi qonaq kimi dəvət etmişdi:

“O zaman Türkiyənin bir dövləti dəvət etmək ixtiyarı var idi və Türkiyə Prezidenti də Azərbaycanı dəvət etmişdi. Elə D-8 sammitində də Türkiyə Prezidenti Azərbaycanı seçdi. Buna əslində təbii baxmaq lazımdır, çünki Azərbaycan doğrudan da inkişaf etmiş ölkələrin sırasındadır. Hətta bir sıra nailiyyətlərinə, parametlərinə görə onların çoxundan irəlidədir. Bir nümunə deyim. Bilirsiniz ki, Azərbaycan rəqabət qabiliyyətliliyinə görə dünyanın 35 ölkəsi arasındadır. Bir müddət əvvəl 37-ci yerdə idi və artıq iki addım irəliləyib. Bunu biz müəyyənləşdirmirik, bunu Davosun öz analitik mərkəzi müəyyənləşdirir. Bu nöqteyi-nəzərdən Azərbaycanın D-8 sammitində iştirakının həm Azərbaycan, həm də həmin dövlətlər üçün böyük əhəmiyyəti var idi”.

N.Məmmədov vurğulayıb ki, Zirvə görüşündə müzakirə olunan məsələlər, qarşıda duran vəzifələr, eləcə də əməkdaşlıq əlaqələrinin və digər əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı gedən söhbətlərdə, fikir mübadiləsində Azərbaycan Prezidenti də iştirak etdi:

“Azərbaycanın artıq belə məsələlərdə yeri, rolu, mövqeyi görünür, bilinir və nəzərə alınır. Azərbaycan kiçik dövlət olsa da, təkcə region səviyyəsində deyil, beynəlxalq miqyasda bəzən vasitəçilik, bəzən də iştirakçı və təşəbbüskar kimi rol oynayır. Bu, çox vacibdir. Bizim region çox mürəkkəb regiondur. Burada gedən proseslər dünyanın bütün ölkələrini narahat edir. Azərbaycan həm iqtisadi cəhətdən inkişaf etmiş dövlətdir, həm də siyasi mövqeyinə, yerinə görə, beynəlxalq aləmdə tutduğu mövqeyə, statusa görə çox böyük əhəmiyyəti olan dövlət hesab edilir. Ona görə də Azərbaycan Prezidenti orada iştirak edərək həm Azərbaycanla bağlı vəziyyət, indiyə qədər atdığı addımlar, eyni zamanda beynəlxalq aləmdə gördüyü işlər barədə, o cümlədən islamofobiyaya qarşı mübarizə, İslam həmrəyliyi istiqamətində atdığı addımlar və münaqişə ilə bağlı məzmunlu və diqqətəlayiq çıxış etdi və orada da hamının alqışları ilə qarşılandı”.

N.Məmmədov vurğulayıb ki, ümumiyyətlə D-8 güclü bir təşkilatdır, burara üzv ölkələrin bir milyard yüz milyona qədər əhalisi var, aralarında əmtəə dövriyyəsi 100 milyard dollardan artıqdır: “Zirvə görüşündə söhbət təşkilatı daha da gücləndirməkdən, əmtəə dövriyyəsini daha da artırmaqdan, eyni zamanda, dünyada gedən proseslərin, münaqişələrin həllində daha fəal iştirak etməkdən gedirdi. Orada Myanmada Rohinca müsəlmanlarının qaçqın düşməsi ilə bağlı fikir mübadiləsi də aparıldı ki, onlara kömək etmək lazımdır. Yəni dostluq, qardaşlıqdan başqa, Azərbaycanın Zirvə görüşündə iştirak etməsinə bir ehtiyac da var idi. Sammitdə edilən çağırışlardan biri də o idi ki, bu qurum daha böyük ola bilər. D-8 təşkilatı gələcəkdə D-20, D-40 ola bilər. Yəni təşkilatın qapıları açıqdır və Azərbaycanın burada iştirak etməsini təbii hal kimi qəbul edirəm. Bu da gələcəkdə konkret özünü göstərəcək”.

PA rəsmisi Azərbaycanın bu təşkilata üzvlüyündə heç bir problem görmədiyini diqqətə çatdırıb: “Eşitmişəm ki, belə bir təklif olacaq. Azərbaycan bununla bağlı öz mövqeyini bildirəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam