Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu, Azərbaycanın nüfuzunun artdığını göstərir –Millət vəkili

Bu, Azərbaycanın nüfuzunun artdığını göstərir –

 

Azərbaycanın D-8 sammitində iştirakı və dövlət başçısının beynəlxalq siyasətdə aktiv rol oynaması ölkəmizin mövqeyinin hər zaman diqqətlə gözlənilməsi deməkdir

 

Yenixeber.org: Bu sözləri sözləri millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili D-8-in çox uğurlu beynəlxalq qeyri-rəsmi bir struktur olduğunu bildirib:

“56 islam dövləti və onlardan 8 ən nüfuzlusu vaxtaşırı islam dünyası problemlərini müzakirə edirlər. Protokola görə ev sahibi ancaq bir dövləti qonaq qismində dəvət edə bilər. Türkiyə növbəti dəfə bu hüququ Azərbaycana təklif etdi. Azərbaycanın D-8-də iştirakı ölkəmizin artan beynəlxalq nüfuzu, bu və ya digər məsələlərdə mövqeyinin çox maraq və diqqətlə qarşılandığını göstərir.Azərbaycanın D-8 sammitində iştirakı və dövlət başçısının beynəlxalq siyasətdə aktiv rol oynaması ölkəmizin mövqeyinin hər zaman diqqətlə gözlənilməsi deməkdir. Azərbaycan prezidenti çıxışında Dağlıq Qarabağ məsələsinə toxunaraq Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunu, digər ölkələrə qarşı ərazi iddiası ilə çıxış etdiyini göstərdi. Həmçinin bildirildi ki, islam üçün müqəddəs olan yerləri dağıdan ölkə islam dövlətlərinin dostu ola bilməz. Düzdür, İslam Əməkdaşlıq Təşkilatı və bütün islam ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar.Ancaq bununla belə, onlardan bəzilərinin Ermənistanla bütün sahələrdə əməkdaşlıq etməsi işğalçının ayaqda qalmasına səbəb olur. Bu, çox ciddi məsələdir və Azərbaycan bunu siyasi gündəliyə gətirməklə islam ölkələrinə islam əməkdaşlığı həmrəyliyi, həmçinin islami dəyərlərin qoruyub saxlanılması istiqamətində mühüm mesajlarını vermiş oldu. Ümid edirəm ki, bu sammitdən sonra islam ölkələri Ermənistana münasibətlərini bir daha çox ciddi şəkildə nəzərdən keçirəcəklər”.

Qeyd edək ki, İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam