ABŞ-Türkiyə arasındakı viza böhranının gerçək səbəbləri üzə çıxır:"VAŞİNQTON İRANDA REJİMİ DƏYİŞMƏYƏ ÇALIŞIR" - TƏHLİL
Sərdar Turqut
“Habertürk”, Türkiyə, 10.10.2017
Yenixeber.org: Vaşinqtonda təmsilçiliyə başladığım andan etibarən, iki ölkə arasındakı münasibətlərin bərbad durumda olduğunu, arada böyük gərginliklərin, qırılma nöqtələrinin mövcudluğunu və buna rəğmən, iki tərəfdə də gərginlikləri, əlaqələrin qopma nöqtəsinə gəlməsini önləmək üçün ortaya iradə qoyma niyyətinin də olmadığını yazıram.
ABŞ-ın Türkiyədə viza verilməsini durdurması bir bəhanədir. Əslində, iki ölkə arasında tarixin ən böyük siyasi böhranı yaşanır. Son hadisələr Vaşinqtonda səfirliyimizin rezidensiyası önündə çıxan dalaşmadan sonra əməlli-başlı çürüməyə başlayan ABŞ-Türkiyə əlaqələrinin, demək olar ki, tamamən qırılma nöqtəsinə çatması anlamına gəlir.
İran və Venesuela
ABŞ-ın son viza məsələsindəki diplomatik qərarlarının təməlində, görünənin pərdə arxasında prezident Ərdoğanın İran təmasları və Venesuela ilə qurulan diplomatik yaxınlıq durur. Buradakı müvafiq qurumlar Türkiyənin regional problemlər baxımından İranla görüşməsinin, təbii ki, lazım olduğunu və normal dövrlərdə bunun Vaşinqtonda da normal qarşılandığını bildirməklə yanaşı, ABŞ-ın demək olar ki, rejim dəyişikliyi üçün çalışmaq qərarını verdiyi iki ölkə – İran və Venesuela ilə qurulan əlaqələr səbəbindən eyni anlayışı bu dəfə Türkiyəyə göstərmədiklərini söyləyirllər.
İsrail amili
Bir tərəfdən də İranda keçirilən təmaslar zamanı İsrailə yönəlik sərt sözlərin işlədilməsi Vaşinqtonda Türkiyə haqqında bütün həyəcan təbillərinin yenidən çalınmasına səbəb olub. Onsuz da mövcud olan ilkin yanlış fikirlər daha da sərtləşib. Bir müddətdir ki, Vaşinqton İsrail ilə birlikdə İranın, xüsusən də Suriya və İraqda artan gücünü və bunu daha da artırma səylərini narahatlıqla izləyir.
Vaşinqton regionda İranın qarşısını, faktiki olaraq, almağa qərar verib. Misal üçün, bu həftə içində Obama dövründə ABŞ ilə İran arasında bağlanan nüvə sazişi də rəsmən ləğv ediləcək və İrana yeni iqtisadi embarqo qoyulacaq.
Bundan əlavə, müvafiq qurumlara yaxın mənbələr ABŞ-ın İran üçün bir rejim dəyişikliyi çalışması da başlatdığını və bunun İrana yönəlik casusluq fəaliyyəti əsaslı münaqişə qərarı olduğunu söyləyirlər. Yəni, anlayacağınız, burada İrana qarşı sui-qəsdlər və pilotsuz təyyarələrlə həyata keçirilən hücumlar da daxil olmaqla, hazırlıq var.
Vaşinqtondakı Türkiyə dəyərləndirmələri, raket (S-400 – tərc.) anlaşmasıyla birlikdə Rusiya ilə yaxınlaşan Türkiyənin bir tərəfdən də Vaşinqtonun əsl hədəfi olan İranla regionda qurulan əlaqələri səbəbilə, daha da pessimist olmağa başlayıb.
Anlayacağınız odur ki, hələ rəsmi olaraq Ankaraya bir elçi təyin etməyən və diplomatik işləri müvəqqəti işlər vəkili səviyyəsində aparan ABŞ, görünür, hazırda bu viza işini qısa müddətdə həll etməyə niyyətli deyil. Buraya (Türkiyəyə- tərc.) səfir olaraq təyin olunacağını yazdığım kəşfiyyat əsilli diplomat o tarixdən bu yana türkcə bilməsinə rəğmən, yenidən türkcə dil kursları keçməyə başlayıb və bu dərsin nə zaman bitəcəyi də bəlli deyl. Yəni, adam sonda türkcəni hamımızdan daha yaxşı danışa biləcək hala gələ bilər. ABŞ siyasi mövqeyi səbəbilə səfir təyin edilməsini gecikdirir.
Türkiyə səfirinin durumu
İqamətgah önündə çıxan dalaşma günündən bu yana, Türkiyənin Vaşinqtondakı səfirinin ölkədən geri göndərilməsi yönündə Konqresdən təzyiq var idi. Bu viza böhranı səbəbilə həmin təzyiqin daha da artması gözlənilir və Vaşinqtonda məsələnin yenidən iqtidarın gündəliyinə gəlməsi, Türkiyədən elçisini geri çəkməsinin istənməsinin sürpriz olmayacağı da danışılmağa başlanıb.