Yenixeber.org: ABŞ xarici işlər nazirliyinin sözçüsü Hezə Nauert ABŞ və Türkiyə arasındakı viza böhranı ilə əlaqədar açıqlama verib.

Türkiyə mediasına istinadən xəbərə görə, gündəlik keçirilən mətbuat konfransında danışan Nauert "Türkiyədə çalışan iki işçimiz həbs edilib. Onlar terrorizmdə ittiham edilirlər, lakin Türkiyə hələ də buna heç bir sübut irəli sürməyib. Bu çox ciddi ittihamdır və mütləq sübut lazımdır. Bu ölkə ilə münasibətlərimiz qarışıqdır. Ümid edirik ki, NATO müttəfiqliyi nəticəsində problemləri həll edəcəyik" deyib.

Qeyd edək ki, ABŞ-ın İstanbuldakı konsulluğunda çalışan Mətin Topuz FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək həbs edilib. Bundan sonra ABŞ Türkiyə vətəndaşlarına qeyri-miqrant vizalarının verilməsini dayandırıb, lakin 2 gün əvvəl tibbi və vacib vəziyyətlərdə viza verilməsi barədə qərar qəbul edib.(qaynar)

Gülşən