Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İraq Kürdüstanında referendum–Ruhani və Ərdoğanın həssas daxili siyasəti daha da çətinləşir - Təhlil

Rza Mərəşi

“Middle East Eye” (Böyük Britaniya)

 

Yenixeber.org: İraqlı kürdlərin müstəqillik referendumu keçirməsindən bir həftə sonra da geosiyasi təpki sürətli və demək olar ki, yekdildir. ABŞ referendumun qeyri-qanuni olduğunu elan edib. İran, Türkiyə və Suriya də bu hərəkətləri rədd edib, onların hər biri bunun qəbuledilməz olduğuna nümunə gətirib. “Müstəqil Kürdüstan”ı dəstəkləyən kimdir? İsrail.

İkinci Dünya müharibəsindən sonra ABŞ-ın xarici yardımının ən böyük məbləğini alan bu ölkə Tehran, Ankara və Şam ilə düşmənçilikdə Vaşinqtonun maraqlarına zidd hərəkət edir.

Bu sual doğurur: kürd müstəqilliyinə bu cür geosiyasi təpkinin səbəbi nədir? Üç səbəb güman olunur.

 

Domino təsiri

 

Birincisi, öz sərhədlərində “müstəqil Kürdüstan” İran, Türkiyə və Suriyadakı kürd əhalinin sabitliyini təhdid edir.

Bəzi iranlı kürdlər İraq Kürdüstanındakı referendumu bayram edib, Türkiyə və Suriya hökumətləri öz kürd icmaları ilə mübarizəni gücləndirib. Hər üçü İraq kürdlərinin müstəqilliyinin yarada biləcəyi domino təsirindən qorxur.

İran və Türkiyə, eyni zamanda, parçalanmanın doğurduğu qeyri-sabitliyin sərhədlərdən sızması kimi çətinliyə öyrəşiblər. On minlərlə iraqlı qaçqın İranda sığınacaq tapıb, onlardan əlavə, minlərlə əfqan köçkün var. Rəsmi olmayan hesablamalar sayın milyon nəfəri ötdüyünü iddia edir.

Suriyadakı müharibə, Türkiyənin sərt sərhəd siyasətinə baxmayaraq, özü üçün böyük bir qaçqın axınına səbəb olub. Belə qeyri-sabitliyin siyasi, iqtisadi və təhlükəsizlik təsiri prezidentlərin – Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın həssas daxili siyasətini daha da çətinləşdirir.

İkincisi, Vaşinqton bu tendensiyaları Tehran, Ankara və Şam ilə maraqların yaxınlaşması kimi görür. Birləşmiş Ştatlar Yaxın Şərqdə başqa bir mübarizəni görmək istəmir və ya buna ehtiyacı yoxdur, çünki İranla qarşı-qarşıya qalıb, Səudiyyə Ərəbistanının Qətərlə mübahisəsində gərginlik artır və özü İŞİD-“əl-Qaidə” ilə mübarizə aparır.

Birləşmiş İraq bütün tərəflərin öz güclərini layihələndirmək qabiliyyətini artırır. İraqı iki ölkəyə – ya da İraq sünnilərinin bunu təqib etməsi halında, üç İraqa – bölünməsi ABŞ, İran, Türkiyə və Suriyaya ən azı resurs xərclərini iki dəfə artırması və artıq uçucu təhlükə ilə üzləşməsi deməkdir.

Bununla yanaşı, Amerika, həmçinin İraqa ("terrora qarşı müharibədə") rekord miqdarda qan və pul “sərmayəsi” yatırıb.

Üçüncüsü, İraq, ehtimal ki, bir nəsil üçün siyasi, iqtisadi və təhlükəsizlik qorxusu olaraq qalacaq; gənc iraqlıların 90 faizi Amerikanı öz düşməni görür və bəzi iraqlılar həyatın Səddam Hüseyn hakimiyyəti dönəmində daha yaxşı olduğunu düşünürlər.

İraq dövlətinin parçalanması yalnız aydın həqiqəti üzə çıxarır: ABŞ-ın 2003-cü il müdaxiləsi son nəticədə bir nəslin strateji səhvidir.

 

İkili standartlar

 

Nəhayət, Vaşinqton, Tehran, Ankara və Şam Yaxın Şərq xəritəsinin – İraq Kürdüstanında və ya başqa bir yerdə – yenidən “rənglənməsini” istəmirlər. Çünki əlavə ərazi axtarmırlar.

Azlıqdakı icmaların çoxsaylı və uzunmüddətli narazılıqlarına görə onlar sərhədlərin dəyişdirilməsini Pandora qutusunun açılması hesab edir. Bu isə bütün maraqlı tərəflərdə sabitliyi təhdid edən amildir. Yalnız bir tərəf bundan narahat deyil. İsrail İraqda Kürd müstəqilliyinə israrlıdır. Halbuki Tel-Əviv fələstinlilərin öz müqəddəratını təyin etməsindən narahatdır. Bu, ikili standartdır.

Belə bir siyasət İsrail üçün düşük qiymətli qambitdir: referendumun dəstəkləməsi sıfır xərc tələb edir, çünki Vaşinqton ya bunu istəmir, ya da Tel-Əvivi məsuliyyətə cəlb edə bilmir.

Kürdlər İraqda müstəqillik qazanmağı bacararsa, İsrail bölgədə sayca çox olmayan başqa bir dost qazanmış olur. O, İraqda daha güclü düşməni – Netanyahu hökumətinin bir nömrəli asisi – İranın nəzarətində olan bir ölkəni bölür. Bağdad və Tehranın xərc qoymadan zəiflədilməsi 20 il Tel-Əvivin regional hədəflərinin bir hissəsi olub.

İraqda kürdlərin müstəqilliyi məsələsi ilə əlaqədar ittifaqda olan tərəflər bu barıt çəlləyinin partlamaması üçün daha yenilikçi bir siyasətə ehtiyac duyacaqlar.

ABŞ, İraq, İran, Türkiyə və Suriya, habelə BMT Təhlükəsizlik Şurası ilə referenduma qarşı çıxarkən, kürdlərə təzyiq göstərmədə güc və koordinasiyanın dərəcəsindən çox şey asılıdır. Onlar daha çox birləşsələr, İsrailin yanaşması get-gedə az təsir edəcək.

 

Birtərəfli addımlar

 

İran, İraq və Suriya sanksiyaların doğurduğu kollektiv cəzanın təsirini bilir. İraqı bölmək və faktları yarada bilmək üçün son 25 ildə birtərəfli addımlar atan iraqlı kürdlərə və onların liderliyinə aydın mesaj göndərmək, əməkdaşlıq etmək və ölçülü-biçili yanaşma qəbul etmək üçün Tehran, Bağdad və Şam Amerika və Türkiyəni də işə cəlb etməlidirlər.

Eyni zamanda, kürdlərlə qanuni çərçivədə söhbət etməlidirlər: İraq konstitusiyasına əsasən və federal hökumətlə mübahisələr olduqda Ali Məhkəməyə müraciətlə.

Çox vaxt geosiyasət alətlərin işə salınmasını labüd edir. İraqlı kürdlərin və onların Tel Əvivdəki tərəfdarlarının Bağdad, Vaşinqton, Tehran, Ankara və Şamla müqayisədə çox az dostu var. Kürd şikayətləri başa düşüləndir, amma referendum İraqdakı siyasi, iqtisadi və sosial böhranı aradan qaldırmır.

İŞİD-lə mübarizə şiə-sünni əhali və kürdlər arasında daha böyük birlik yaradıb. Təhlükəsizliyə əsaslanan qarşılıqlı razılaşdırılmış sosial müqavilənin istifadəsi kürdlərə, onların şiə və sünni qardaşlarına və beynəlxalq ictimaiyyət üçün davamlı sülh təminatında yeganə təməldir.

 

Tərcümə: (Strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam