Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kataloniya iğtişaşlarında rus barmağı

Rusiya hakerləri və casusları yenə də sosial şəbəkələrdən Kataloniyadakı separatçılığı qızışdırmaq üçün istifadə ediblər

Yenixeber.org: Kataloniyadakı referendumun hansı siyasi nəticələr doğuracağı hələ bəlli deyil. Lakin İspaniya mətbuatı ölkə daxilində parçalanma yaratmaq istəyən xarici qüvvələrin mövcudluğuna əmindir.

Mətbuat Rusiyanın Kataloniyadakı situasiyanı qızışdırmaq üçün əlindən gələni etdiyini, bunun üçün sosial şəbəkələrdə təbliğat vasitələrini işə saldığını yazır.

“Kataloniya böhranında Rusiyanın başqa ölkələrin işlərinə qarışmaq mexanizmləri tam gücü ilə çalışıb”, - “El Pais” qəzetinin jurnalisti David Alandete araşdırma yazısında qeyd edib.

“Rusiya ABŞ və Avropa Birliyini daha da zəiflətmək istəyir. Buna görə də Kataloniya böhranından əməllicə istifadə etmək niyyəitindədir”, -məqalədə bildirilir.

Jurnalistin fikrincə, “Breksit”, Marin le Pen və Almaniyanın ultra-sağlarına verdiyi dəstəkdən sonra Kreml Kataloniyanın müstəqiliyinə Avropada yeni münaqişə ocağı kimi baxır və buna görə də Culian Assanc kimi adamlardan istifadə edərək internet botlar (bot- sosial şəbəkələrdə yalanı milyonlarla dəfə tirajlayıb yayan robotlaşdırılmış saxta akkaunta deyilir-red.) vasitəsilə böhran barədə saxta məlumatlar yaymaqla məşğuldur.

Təsadüfi deyil ki, Kremlin qara təbliğat maşını “Russia Today” kanalı özünü ispandilli internet portalından qanuna zidd olaraq katalon dilində yayım həyata keçirərək separatçıları dəstəkləyən, həm də yalan başlıqlarla xəbərlər verib.

Qəzet burada Culian Assancın xüsusi canfəşanlıq etdiyini də yazır.

“El Pais” Rusiyanın qucağına oturan bu adamın katalon krizisi haqqında heç bir əsası olmayan informasiyalar yaydığını bildirir.

“Audiense” platformasının məlumatına görə, Assancın adı 1 ay ərzində tvitterdə Kataloniyanın müstəqilliyi həştəqi altında 940 min dəfə çəkilib.

Avstraliyalı jurnalist sentyabrın 15-də öz tvitter hesabında belə yazıb: “Bütün dünyanı Kataloniyanın müstəqillyinə dəstək verməyə çağırıram. İspaniyanın səsverməni durdurması üçün repressiv addımlar atmasına yol vermək olmaz”.

Maraqlıdır ki, cəmi 1 saat ərzində Assancın bu tviti 2 min dəfə yenidən “retvit”, yəni təkrar qoyulub. Gün ərzində isə bu cür “retvit”lərin sayı 12 mini ötüb. Qəzetin fikrincə, bu cür sürətli yayılma yalnız internet botlarının yardımı ilə ola bilər.

Assancdan sonra prosesə Rusiyanın xüsusi xidmət orqanları ilə geniş əməkdaşlıq edən Edvard Snouden də qoşulub. Onun Kataloniyanın müstəqilliyi barədə tvitterdə yazdığı status bir gün ərzində 8 min “layk” (bəyənmə) və 8 mindən çox “retvit” toplayıb.

Bundan başqa, Assanc Rusiyanın ABŞ-dakı mövqelərini müdafiə edən “AntiWar” saytının direktoru Castin Raymondonun da məqaləsini öz hesabında yerləşdirib. Burada Raymondo Kataloniyadakı hadisələri 1989-cu ildə Çinin paytaxtı Pekinin mərkəzi Tyananmen meydanında baş verən nümayişlərlə müqayisə edib. Məqalə Rusiyanın botları tərəfindən minlərlə dəfə tirajlanıb.

“Kremlin rəqəmsal orduları tək şablon üzrə fəaliyyət göstərir: Yalnız Moskvanın mövqeyinə uyğun olaraq yalan xəbər və ya informasiyaları virus yolu ilə milyonlarla artıraraq hiperyayılma səviyyəsinə yüksətmək.

Bu cür internet partizanları ciddi qəzetlər adı altında maskalanmış saytlardan istifadə edərək ölkələr haqqında doğru olmayan məlumatları ictimaiyyətə çatdıra bilirlər”, - məqalədə bildirilir.

El Paisin xəbərinə görə, bu cür saytlardan biri də “DisobedientMedia.com” səhifəsidir. Bu saytın əməkdaşları Assancın istəyinə uyğun olaraq Kataloniyadakı böhranla bağlı informasiyalar yaymağa başlayıb.

Bundan başqa, guya “Russia News Now” qəzetinin internet səahifəsi kimi fəaliyyət göstərən portal Kataloniyadakı hadisələrlə Krımdakı situsaiya arasında müqayisələr aparan məqalələr dərc edib və avropalıları krımlıların seçiminə hörmət etməməkdə günahlandırıb.

İspaniyanın La Vanguardia qəzeti də rus botlarının Kataloniyadakı referenduma separatçıların tərəfində qoşulduğunu yazıb. Jurnalist Aleks Karredo Almaniyanın Marşal fondu tərəfindən maliyyələşdirilən “Alliance for Securing Democracy” təşkilatının mənbələrinə istinadən Rusiya kəşfiyyatı tərəfindən nəzarət edilən və Breksit referendumu, habelə ABŞ-dakı seçkilərdə uğurla istifadə edilən miyonlarla saxta akkauntlar vasitəsilə Culian Assancın, “Russia Today” kanalının və “Sputnik” kimi saytların Kataloniya hadisələri barədə yaydığı xəbərləri ildırım sürətilə yaydığını qeyd edib.

Ümumiyyətlə, Rusiyanın Kataloniyada ciddi iqtisadi maraqları var. Daha öncələr mətbuatda xəbər verildiyi kimi, ruslar Barselona limanında neft terminalı tikiblər. Bu layihə «Lukoyl»un törəmə şirkəti «LİTASKO» və İspaniyanın «Meroyl» şirkəti tərəfindən yarı-yarı sərmayə qoyuluşu əsasında gerçəkləşdirilib.

Bundan başqa, 2012-ci ildə Kataloniyanın o vaxtkı prezidenti Artur Mas Moskvaya rəsmi səfər edib və burada birinci “Kataloniya-Rusiya” ticarət forumunu gerçəkləşdirib.

Rusiyanın Aralıq dənizində Suriyadan sonra ikinci istinadgah açmaq barədə iştahı hər kəsə məlumdur... (musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam