Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putinin ilk qadağası Azərbaycana nə vəd edir?

 

Xəbər verildiyi kimi, 2014-cü il oktyabrın 1-dən Gömrük İttifaqının (Gİ) ərazisindən idxal edilən mallara əlavə tələblər tətbiq ediləcək.
    "Xeberinfo.com": Həmin tarixdən etibarən Gömrük İttifaqının gömrük ərazisinə dəmiryol nəqliyyatı vasitəsilə daxil olan mallarla bağlı məcburi ilkin məlumatlandırma tələbi qüvvəyə minəcək.
    Qəbul edilmiş müvafiq qərara görə, Gömrük İttifaqının vahid gömrük ərazisi ilə daşıyıcı, o sıradan gömrük daşıyıcısı onların Gİ-nin gömrük sərhədini keçənədək iki saat ərzində bu barədə ilkin məlumat verməlidir.
Bu qadağanın Azərbaycana hansı təsirlərin olacağı gözlənilir?
İqtisadçı-ekspert Natiq Cəfərli azadliq.info-ya bildirib ki, bu tələb bir növ xəbərdarlıqdır. Çünki bu prosedur o qədər də çətin deyil. Gömrük İttifaqına üzv olmayan ölkələr üçün xəbərdarlıqdır ki, gələcəkdə bu tip əngəllər daha da kəskinləşəcək. Quruma daxil olan ölkələrdə ticarət əlaqələri qurmaq istəyən ölkələr ya Gömrük İttifaqına üzvlük haqqında qərar verməlidirlər, ya da bu barədə daha ciddi danışıqlara başlamalıdırlar. Ona görə də bu addımı bir xəbərdarlıq kimi qəbul etmək olar. 
Ekspert Azərbaycanın bu təzyiqlərə davam gətirə biləcəyini də qeyd edib: “Azərbaycanın Gömrük İttifaqına üzv olan ölkələrdən əsasən Rusiya ilə ticarət əlaqələri var. Qazaxıstandan ən çox aldığımız məhsul taxıldır. Rusiyadan və Belarusdan ən çox aldığımız məhsul silahdır. Yəni onlara cavab vermək üçün bizim əlimizdə kifayət qədər imkanlar var. Azərbaycanın ən çox satdığı məhsul kənd təsərrüfatı məhsullarıdır. Bunlar da ən azı digər bazarlarda, Ukrayna kimi böyük bazarda özünə yer tapa bilər. Amma Azərbaycan Rusiya və Belarusla silah alverindən imtina etsə, bu ölkələrə daha böyük zərbə vurar. Çünki onlar bu əməkdaşlıqdan bizdən daha çox pul qazanırlar. Ona görə bu mənada Azərbaycanın vəziyyəti digər ölkələrə nisbətən yaxşıdır və bu təzyiqlərə davam gətirə bilər. Ancaq söhbət ondan gedir ki, Azərbaycan hakimiyyəti bu təzyiqlərə sona qədər davam gətirə biləcək, ya yox. Yaxud bu təzyiqlər təkcə iqtisadi məsələlərlə məhdudlaşacaqmı. Burda bəzi suallar açıq qalır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam