Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Putin Trampa MDB-ni nufuz dairələrinə bölməyi təklif edə bilər” -Rusiya Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti

putin tramp

 "Rusiya əgər ABŞ-la yeni saziş bağlayarsa çox istərdi ki, “yeni Yalta” əldə etsin. Yəni Avropada, üstəgəl MDB-də nufuz dairələrinin bölünməsi…Ancaq bu Moskvanın istəyidir. Bəs bunun əvəzində o Amerikaya nə təklif edə bilər?"

Xeberinfo.com:   Bu sözləri Rusiya Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Aleksey Makarkin bildirib.

Onun sözlərinə görə, Moskva ikinci dünya müharibəsinin sonunda olduğu kimi ABŞ-la yeni genişmiqyaslı sazişə nail olmaq istərdi. Amma Trampın belə sövdələşməyə gedib-getməyəcəyi böyük sual altındadır.

Makarkin qeyd edib ki, Moskva ABŞ-a yalnız antiterror koalisiyasından savayı heç nə təklif edə bilməz: “Rusiya ola bilər İŞİD-ə qarşı koalisiyada iştirakını təklif etsin. Amma eyni zamanda Moskva xatırlayır ki, “Əl-Qaidə”yə qarşı mübarizədə Amerika ilə bir yerdə olub. Bu isə yaxşı nəticə ilə yekunlaşmayıb. 2003-cü ildə İraqa qarşı müharibə başlananda Moskvaya sadəcə qulaq asmadılar”.

Politoloqun fikrincə, həmin koalisiya Qərblə strateji yox, situativ birlik olub: “Bu gün Moskva İŞİD-ə qarşı koalisiyada iştirak etmək istərdi. Amma sual açıq qalır: Nəyin müqabilində?”

Makarkinin sözlərinə görə, Rusiyanın xüsusi nəsə təklif etməyə daha heç nəyi qalmayıb. Moskvanın heç Yaxın Şərqdəki proseslərdə də çox ilişib qalmaq və uzağa getmək fikri yoxdur: “Moskva əməkdaşlıq üçün nə təklif edə bilər? Ən sadəsi Donetsk və Luqanskdır. Amma burda rus generalları bunun əleyhinə olacaq. Hərbiçilərin bu müharibədə çox ciddi maraqları var. Nə etməli? Hər şeyi yarımçıq qoyub çıxmaq? Rus elitasının çox hissəsi üçün bu qeyri-məqbuldur və buna məğlubiyyət kimi baxacaqlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam