Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ollandın fikirləri sübut etdi ki, Fransa danışıqlar prosesində konstruktiv mövqe tuta bilməz” -Politoloq

Politoloq: “Ollandın fikirləri sübut etdi ki, Fransa danışıqlar prosesində konstruktiv mövqe tuta bilməz”

 

Xeberinfo.com:   “Fransa prezidenti problemin həllinə avantüristcəsinə, hətta provokator kimi yanaşırsa, onda bölgədə heç zaman sülh olmayacaq. Biz Fransanın ermənipərəst olduğunu bilirdik. Amma bu qədər açıq-saçıq formada, erməni təcavüzü haqda bir kəlmə danışmadan və bu təcavüz nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həlli barədə beynəlxalq hüquq normalarına sığışmayan fikir söyləmək prezidentə yaraşan hərəkət deyil”.
 
Bunu APA-ya politoloq Qabil Hüseynli Fransa prezidenti Fransua Ollandın Fransadakı ermənilərin Əlaqələndirmə Şurasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
 
Politoloqun sözlərinə görə, F. Ollandın ermənilərin öz müqəddəratını təyin etmək hüququnun olması ilə bağlı dediyi fikirlər obyektivlikdən uzaqdır: “Məgər Fransa prezidenti bilmir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət olub və müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsidir?! Ermənilər qəyyumlarının köməyi ilə Dağlıq Qarabağ və ətraf 7 rayonu hücum edərək ilhaq ediblər. İndiyə kimi ATƏT-in Minsk qrupunun həmsədri olan Fransadan təcavüz faktına siyasi qiymət verilməsinin şahidi olmamışıq. Üstəlik münaqişə ilə əlaqədar Qərb dövlətlərinin ikili standartla yanaşma tərzinin şahidi oluruq. ABŞ-da ərazi bütövlüyü ilə öz müqəddəratını təyin etmək hüququnun sintezi formatında Dağlıq Qarabağın statusunun müəyyən edilməsi fikri var idi. Bu fikir mümkünsüz görünsə də, hər addımda Azərbaycanın ərazi bütövlüyü vurğulanırdı. İndi birdən-birə, hakimiyyətdən gedən zaman Fransua Olland “Qarabağ xalqı” ifadəsini işlədir. Əvvəla belə xalq yoxdur. Cəmi-cümlətanı 30-40 minlik ermənini xalq səviyyəsinə qaldırmağın sənin bu sahədə biliklərinin nə qədər yetərsiz olduğuna dəlalət edir. Fransada yarım milyondan çox erməni yaşayır. Yaxşı, siz əgər millətlərin öz müqəddəratını təyin etmək hüququna belə hörmət bəsləyirsinizsə Fransada ermənilərə lazım olan müstəqilliyi verin. Dünyada 5000-dən çox xalq var və bu xalqlardan cəmi 202-si öz müqəddəratını təyin edib, öz dövlətini yaradıb. Ermənistan artıq bir dəfə Qərbi Azərbaycan torpaqlarında digər dövlətlərin köməyi ilə öz müqəddəratını təyin edib və dövlətlərini yaradıblar. Bir millət bir dəfə öz müqəddəratını təyin edə bilər. Bir ovuc xalqa öz müqəddəratını təyin etmək hüququnu vermək beynəlxalq hüquq normalarına tamamilə ziddir. Xalqların öz müqəddəratını təyin etmək hüququ vaxtilə kommunistlərin uydurduğu və ortaya atdığı məsələdir. Münaqişələrin həllində ərazi bütövlüyü ön plandadır. 5-6 ay öncə Polşanın paytaxtı Varşavada Fransua Ollandın da iştirak etdiyi NATO sammitində iştirakçı dövlətlərin hamısı yekdilliklə qərara aldılar ki, postsovet məkanındakı bütün münaqişələr yalnız ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir. İndi onun 6 ay qabaq dediyi fikirlərlə indi dediyi fikir hansı məntiqə sığır? Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü niyə dəstəkləyirsiniz bəs? Bu ayrı-seçkilik nəyə lazımdır? Qərb dövlətlərinin ermənilərə bu cür isti münasibəti Azərbaycan torpaqları hesabına kompensasiya edilməməlidir. Azərbaycan heç zaman belə yanaşma ilə barışmayacaq. Bununla Fransa sübut etdi ki, danışıqlar prosesində konstruktiv mövqe tuta bilməz. Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılırdı. Artıq bu görüş baş tutmayacaq. Yalnız Ermənistan prezidenti Serj Sərkisyan Fransaya gedəcək. Hakimiyyətdən getməkdə olan Fransua Olland isə öz ölkəsindəki erməni diasporlarının rəğbətini qoruyub saxlamaq üçün eyni saxta tezisləri səsləndirəcək”.
 
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə APA-ya deyib ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəal olması anlaşılan olsa da, F. Ollandın erməni həmkarını martda Ermənistana dəvət etməsi anlaşılmazdır: “Çünki Fransua Olland apreldə prezident kürsüsü ilə vidalaşır. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Sarkisyanın Fransaya səfərinin elə bir əhəmiyyəti olmayacaq. Hətta hər hansı bir təklifi olsa belə bu bir ayda reallaşa bilməz. Olland ikinci dəfə prezidentliyə namizədliyini də verməyəcək deyəsən ki, erməni lobbisinin səsinə ehtiyacı var. Bütün bunlar Ollandın erməni vurğunluğundan irəli gəlir”.
 
 
E. Şahinoğlu bildirib ki, Fransa prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamalar Fransanın tərəfsiz olmadığının sübutudur: “Fransa Ermənistanın mövqeyini dəstəkləyir. Azərbaycanın mövqeyi belədir ki, ancaq Azərbaycan torpaqları daxilində öz müqəddəratını təyin etmə ola bilər. Amma Ollandın mücərrəd şəkildə müqəddəratı təyin etməkdən danışması əslində erməni separatçılarına dəstək anlamı daşıyır. Bu dırnaqarası “müstəqilliyə” aparan yoldur. Ona görə də Ollandın çıxışı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla çıxış etməli və tələb etməlidir ki, Fransa bu mövqeyinə aydınlıq gətirsin görək, Fransa dövlət başçısı bu sözlərlə nə demək istəyir”.
 
 
Millət vəkili, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov APA-ya bildirib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi münaqişənin həlli ilə bağlı prosesdə olduqca ehtiyatlı davranış nümayiş etdirməlidir: “Fransa prezidenti Fransua Ollandın Sarkisyanı Fransaya dəvət etməsi və onunla Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar aparacağı haqda məlumatlar yayılıb. Təki Fransa burada obyektiv mövqedə dayansın və həmsədr kimi Ermənistana müəyyən təsirlər göstərsin. Çünki 2014-cü ilin oktyabrında Fransa prezidentinin təşəbbüsü ilə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Amma bu görüşdən heç 2 həftə keçmədi ki, Ermənistan görüşün mahiyyətini alt-üst edən növbəti təxribata əl atdı. Bununla da Ollandın təşəbbüsü faktiki olaraq heçə enmiş oldu. Ona görə Olland bu reallığı nəzərdən qaçırmamalıdır ki, faktiki olaraq onun təşəbbüsünü puç eləyən Ermənistan prezidenti Serj Sarkisyan olub”.
 
Millət vəkili Fransadakı ermənilərin Əlaqələndirmə Şurasının üzvləri ilə görüşdə F. Ollanda ermənilərin münaqişəsinin həlli ilə bağlı real proses haqda qeyri-obyektiv məlumatlar çatdırdıqlarını vurğulayıb: “Bu haqda məlumatlar var. Amma Ollandın da bir çox hallarda reallıqdan uzaq yanaşmaları diqqəti cəlb edir. Həmin görüşdə Fransa prezidenti münaqişənin tənzimlənməsində xalqların öz müqəddəratını təyin etmək hüququna istinad edib. Kütləvi informasiya vasitələrində bu məsələ qabardılıb.  Olland həqiqətən ərazi bütövlüyü prinsipi məsələsini deməyib, yoxsa bu erməni mətbuatının növbəti dezinformasiyasıdır, bunları söyləmək bir qədər çətindir. Fransa prezidenti bu ilin yazında öz postundan gedəcəyinin fərqindədir. Bu nöqteyi-nəzərdən bəzən Qərb ölkələrində vəzifəsi ilə vidalaşan yüksək rütbəli dövlət məmurlarının çıxışlarında obyektivlikdən bir qədər uzaq, qərəzli yanaşmalar daha çox özünü göstərir. Bunu biz ABŞ-ın sabiq dövlət katibi Con Kerrinin timsalında görmüşük. Bəlkə də Olland Fransadakı çox güclü erməni diasporunun xoşuna gəlmək üçün ehtiyatsız bəyanatlarla çıxış edir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam