Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Rusiya-Ermənistan hərbi qruplaşması: Azərbaycan nə etməlidir?

 

Rusiya-Ermənistan hərbi qruplaşmasının məqsədi -

 

Xəbər verdiyimiz kimi Rusiya prezidenti Vladimir Putin iki ölkənin birgə qoşun qruplaşmasının yaradılması ilə bağlı Ermənistanla əldə edilən sazişi təsdiqləyən sərəncam imzalayıb.

Xeberinfo.com:   Rusiyanın Ermənistanda 102-ci bazasının olduğunu nəzərə alsaq, növbəti qoşun qruplaşmasının hansı təyinat üzrə istifadə olunacağı suallar doğurur.

Məsələ ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərli qeyd edib ki, əslində bir müddət öncə bu haqda məlumat veriləndə Azərbaycan buna sərt təpki göstərməli idi: 

"Rusiya Minsk Qrupunun həmsədr ölkəsi kimi işğalçı ölkə ilə hərbi qruplaşma yaradır. Həmin hərbi birləşməyə erməni generalı rəhbər təyin edir. Ermənistandakı 4-cü korpusun komandiri bu vəzifəyə təyinat alıb. Başa düşə bilmirəm ki, bunların yeni ordu birləşməsi yaratmaq arzusu hansı zərurətdən yaranır? Onsuz da Ermənistanda 102-ci hərbi baza var. Bu bazada Rusiyanın maraqlarını müdafiə etməküçün bütün imkanlar mövcuddur. 

Üzeyir Cəfərlinin fikrincə, hərbi qruplaşmanın zabitləri və əsgərləri Azərbaycan torpaqlarında peyda olacağı halda onlar elə buna bir hüquqi don geyindirəcəklər ki, bu ikitərəfli müqavilə əsasında yaradılmış qoşun birləşməsi kimi təqdim olunacaq: 

"Azərbaycan bu məsələyə münasibətini bildirməlidir. ATƏT-in Minsk Qrupunun ölkələri Azərbaycanın mövqeyinden çıxış etməlidirlər. Bu qruplaşmaya heç bir zərurət yox idi. Rusiyanın 102-ci bazası 2049-cu ilə qədər bütün zəruri silah-sursatla təmin olunmuşdu. Yeni qruplaşmaya nə ehtiyac vardı? Bunu bir başa açıqlamasalar da, dolayısı ilə Azərbaycan və Türkiyəyə yönəlik bir addımdır. Bu da xoşagələn hal deyil. Bizə qonşu olan Rusiyanın bu addımı dost münasibət deyil".

Ekspert Qarabağ probleminin həll olunmamasına görə, Rusiyanı ittiham edib:

"Bunu bəzən siyasətçilər və diplomatlar dilə gətirməkdən çəkinirlər. Amma mən çəkinmədən deyirməm ki, Rusiya kənara çəkilsin, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edəcək. Ermənistanın Azərbaycana müqavimət göstərməyə nə maddi, nə də texniki imkanları yoxdur. Son məlumata görə, 634 min əhali ölkədən köçüb gedib. Onlar heç Qarabağa göndərməyə əsgər tapmırlar. Keçən həftə müdafiə naziri Vigen Sarksiyan parlamentdə çıxışı zamanı zabitləri və ailələrini ruhlandırmaq üçün belə bir fikir səsləındirdi ki, bunndan sonra həlak olan, sağlamlığını itirən hərbiçilərə müavinat ayıracaqlar. Rusiya sona qədər Ermənistanın arxasında duran deyil. Hələlik Rusiyaya vacibdir ki, Ermənistan onların dediyi ilə oturub-dursun. Ona görə onların maraqlarını müdafiə edir. Rusiya sözdə Azərbaycanın, əməldə isə Ermənistanın yanındadır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam