Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya və Ermənistan vahid qoşun yaradır

Xeberinfo.com:   “Rossiyskaya qazeta” Rusiya müdafiə nazirinin müavini Anatoli Antonova istinadən yazır ki, “Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasına dair sazişin imzalanmasına çox yaxındırlar”.

Qəzet bu hadisəni “kiçik sensasiya” adlandırıb.

Bundan əvvəl Yerevanda Rusiya müdafiə naziri Sergey Shoygu iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Nazirlər Şurasının iclası keçirilib.

“Rossiyskaya qazeta” yazır ki, hazırda təşkilatın rotasiyalı sədrliyində Ermənistandır və iclas “Ararat dağının (Ermənistanda Türkiyədəki Ağrı dağını belə adlandırırlar – red.) ətəklərində” keçirilib.

Bu görüş zamanı Sergey Shoygu bildirib ki, Rusiya özünün ali hərbi məktəblərində ödənişsiz oxuyan erməni hərbçilərin sayını artırmağa hazırdır.

Onun sözlərinə görə, hazırda Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində 400-dən çox Ermənistan hərbçisi təhsil alır.

Detallar məxfi saxlanır

Rusiya və Ermənistanın vahid qoşun qruplaşması yaratmasına gəlincə isə, müdafiə nazirinin müavini Anatioli Antonov deyib ki, bu barədə saziş mətninin üzərində iş gedir.

“Rossiyskaya qazeta” yazır ki, hərbçilər saziş layihəsinin detallarını məxfi saxlayırlar və vahid qoşun birləşməsinə hansı qoşun növlərinin daxil olacağı məlum deyil.

Lakin bəzi məlumatlara görə, yeni qoşun birləşməsi Ermənistan ərazisində dislokasiya olunacaq və ona Ermənistan Silahlı Qüvvələrinin 4-cü ordu korpusu və Rusiyanın 102 nömrəli hərbi bazası daxil olacaq.

Qəzet xəbər verir ki, ümumilikdə Rusiya və Ermənistan arasında hərbi sahədə 50-dən çox saziş və müqavilə imzalanıb.

Putin Azərbaycana atıb?

Maraqlıdır ki, hələ ötən ayın axırlarında noteru.com adlı sayt sözü gedən birgə qoşun qruplaşması məsələsindən yazmışdı.

Həmin yazısına Boris Terexov adlı jurnalist “Putin Azərbayacna atıb” başlığı qoymuşdu.

Terexov yazırdı ki, ötən apreldə Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etmək cəhdindən sonra Moskva özünün bu münaqişəyə münasibətini dəyişib.

Onun iddiasına görə, buna bir səbəb də, münaqişəyə üçüncü tərəflərin “burun soxması” olub.

Terexov Qarabağda baş vermiş aprel döyüşləri ilə əlaqədar təkcə ABŞ və Türkiyəni yox, həm də İran, İsrail və Səudiyyə Ərəbistanını ittiham edirdi.

Terexovun bloqunda deyilirdi ki, “belə insidentlərin” baş verməməsi üçün Moskva “yalnız alqışlana biləcək çox orjinal bir gediş” edib.

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş qərargahı tezliklə, vahid Rusiya-Ermənistan hərbi qruplaşmasının yaradılacağını bəyan edib” – yazırdı Terexov.

O bunu da dəqiqləşdirirdi ki, söhbət Rusiyanın Gümrüdəki 102 nömrəli bazası ilə 4-cü erməni korpusunun birləşdirilməsindən gedir.

“Dost mesajı”

Terexov yazırdı ki, Ermənistandan verilən məlumatlara görə vahid qoşun birləşməsinə general Andranik Markaryan komandanlıq edəcək.

“Düzünü desək, kənardan bu təyinat çox formal görünür və yalnız qonaqpərvər ev sahiblərinə hörmət mənasında edilir. Heç də ona görə yox ki, kimsə bu hərbi komandanın qabiliyyətinə şübhə ilə yanaşır, – yazır Boris Terexov, – Sadəcə olaraq öz döyüş qüdrətinə görə 4-cü korpus bizim bu qruplaşmaya daxil olacaq qüvvəmizin yanında heç nədir”.

Müəllif yazır ki, bu gün Ermənistan ərazisində Rusiyanın üç tam gücə malik motoatıcı polku, 1 özüyeriyən artilleriya polku, tank batalyonu, Qrad və Smerç zenit sistemlərinin bir neçə divizionu, Erebuni hərbi hava bazasında bir neçə qırıcı və helikopter eskadriliyaları, S-300 və Buk sistemləri ilə təchiz edilmiş ayrıca zenit-raket diviziyaları var.

Boris Terexovun fikrincə, “belə bir qüdrətə baş qoşmağa hər adamın cəsarəti çatmaz”.

“Rusiyanın bu addımında ilk növbədə Azərbaycan rəhbərliyinə ünvanlanan dost mesajının olduğunu başa düşmək üçün böyük ağıl sahibi olmaq lazım deyil. Bu o deməkdir ki, əziz İlham Heydəroviç, uzun və xoşbəxt yaşa və qoy sənin evinin üstündə daim sakit səmalar olsun. Bədxahların sənin qulağına nə pıçıldamasına baxmayaraq bu sakit səmalar qoy Yerevan və Stepanakert üzərində də olsun. Biz dəfələrlə vurğulamışıq ki, Azərbaycan bizim xoş işgüzar partnyorumuz olaraq qalır. Qoy elə belə də qalsın” – yazır Terexov.

O yazısının sonunda bir daha xatırladır ki, Ermənistan və Rusiyanın birgə hava hücumundan müdafiə sistemi barədə sazişi Ermənistan parlamenti artıq ratifikasiya edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam