Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Vyana görüşü əlverişli imkan yaradıb"

 

Nazir Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri xanım Karol Kroftsu qəbul edib. 

Xeberinfo.com:  Bu barədə XİN-dən Avropa.info-ya daxil olan məlumatda bildirilir. 

Nazir Elmar Məmmədyarov Səfir Karol Kroftsu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Səfir etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Karol Krofts iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olundu. Enerji sahəsində əməkdaşlığın vacibliyi deyən tərəflər Azərbaycan ilə BP şirkətinin uzunmüddətli və etibarlı tərəfdaşlığının nümunəvi xarakter daşıdğını vurğudılar. Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əlaqələrin inkişafında mühüm rol oynadığı bildirildi. 

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Vyana görüşünün mərhələli əsasda hərtərəfli və substantiv proses üçün əlverişli imkanlar yaratdığını bildrib. O, Ermənistanın təhriki və təxtibatı ilə aprelin əvvəllərində baş vermiş gərginliyin mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bir daha sübut etdiyini diqqətə çatdırıb. Nazir status kvonun dəyişdirilməsi və münaqişənin həllində inkişafa nail olmaq üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. 

Xatırladaq ki, mayın 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan Prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam