Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik”

82368c0f9cd96abbc98adf025ab5af17

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib.
Xeberinfo.com:  Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov E. Özoralı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda keçirilmiş 23-cü Dünya Enerji Konqresində iştirakı və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü xüsusilə qeyd olunub.
E. Özoral iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Azərbaycanın nümayiş etdirdiyi dəstəyə görə təşəkkür edib və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildirib.

E. Məmmədyarov Azərbaycanın həmişə olduğu kimi bu məsələdə də Türkiyənin yanında olduğunu diqqətə çatdırıb.
Görüşdə iqtisadi-ticarət əlaqələrinin daha da inkişafının əhəmiyyəti qeyd olunaraq, TANAP layihəsi üzrə işlərin uğurla davam etməsindən məmnunluq ifadə edilib, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tezliklə tamamlanacağı vurğulanıb.

Səfir E. Özoral iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
E. Məmmədyarov və E. Özoral həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam