Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

78 yaşlı təqaüdçüdən Novruz Məmmədova açıq məktub!


 

Xeberinfo.com: Hörmətli Novruz müəllim! Mən Sizi Prezident Administrasiyasının ən yüksək səviyyəli şəxslərindən biri, dərin təfəkkür və idrak sahibi hesab edirəm. Dərk edə bildiklərimin hamısını bu məktubda bir yerə toplamışam ki, məni düzgün başa düşəsiniz.

Əsas məsələyə keçməmişdən əvvəl vaxtı ilə ali  şəxslərin birinin dilindən  eşitdiyim və sonra YAP-nın mötəbər siyasətçisi Mübariz Qurbanlının təkararladığı “Azərbaycan balanslaşdırılmış siyasət yeridir” fikrini bir daha gündəmə gətirmək istəyirəm.

İndi isə əsas məsələyə keçək. Jurnalistlərlə müsahibənizdə məlumat vermişsiniz ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında müzakirə olunan qətnamələrinə ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi düzgün deyil.

Həmin məlumat 30.01.2016-cı il tarixdə Xeberinfo.com saytında öz əksini tapıb və bir Azərbaycan vətəndaşı kimi, bu ağır məsələnin həll olunmaması  mənim də diqqətimi cəlb edib.

Daha sonra qeyd edirsiniz: ”Münaqişənin həlli ilə bağlı müxtəlif prinsiplər- Praqa prinsipi, indi Madrid prinsipi, ondan əvvəl digər yanaşmalar olub. Ancaq təəssüflər ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və həmsədrlərinpassivliyi səbəbindən münaqişə həll olunmayıb. Burada əsas məsuliyyət həmsədrlərin üzərinə düşür. Minsk qrupunun həmsədrləri vasitəçilik rolunu nəinki yüksək, həm də normal səviyyədə də yerinə yetirə bilmirlər”.

Bax bu son cümlənizlə razılaşmıram. Onu belə ifadə etmək lazımdır: “...həll etmək istəmirlər”. Dediyinizdən belə çıxır ki, Siz olduğu kimi tam həqiqəti açıqlamaqdan çəkinirsiniz. Axı həmin həmsədrləri idarə edən və qoyulan məsələnin həll olunmasını istəməyən dövlətlər aşağıdakılardır:

1.Azərbaycan torpağı hesabına Erivan quberniyasını, Ermənistan SSR-ni və Dağlıq Qarabağ Muxtar Vilayətini yaradan Rusiyadır;

 2. Fransa hökuməti daim erməniləri müdafiə edəndir. Londonda “Azad Fransa” hərəkatının əsasını qoyan, İkinci dünya müharibəsindən sonra iki dəfə Fransa Respublikasının prezidenti seçilib, Fransanı NATO kimi güclü hərbi ittifaqdan kənarlaşdıran ( ABŞ bu gün də hərbi qüdrətinə görə Fransa Respublikası ilə hesablaşır) General Şarl de Qoll kimi mətin şəxsiyyətdən sonra Fransa dövlətində prezident vəzifəsinə sahib olan və beynəlxalq miqyasda tanınan dəyərli bir şəxsiyyət gözə dəymədi. Ancaq bu gün Fransa kimi dövlətin prezidenti kimdir? Terrorçuluq üzrə dünya miqyasında mahirləşmiş ermənilərin quyruğunda sürünən Olland. Bu dövlətin indiki prezidenti Olland olmayan erməni “soyqrımı”nı tanıyır, işi düşəndə isə Bakıya üz tutur. Beləsinin Minsk qrupundakı həmsədri şübhəsiz ki, haqqı nahaqqın ayağına verən olacaq. Bu qeyd etdiklərimlə onu demək istəyirəm ki, Minsk Qrupunun həmsədrləri siyasətdə təqlidçi, daha doğrusu idarə edən yox, idarə olunandırlar və onlardan kəramət ummaq uduzmaq deməkdir.

3.Məsələni öz xeyrinə həll etmək və onu tam inhisara almaq üçün Cənubi Qafqazda möhkəmlənməsini qarşısına məqsəd qoyaraq Rusiyanın sərhədlərinə yaxınlaşmaq istəyən ABŞ-dır. Məsələnin müsbət yönümdə həlli məqamı yetişəndə AŞPA-da Qarabağ qətnaməsinin həlli yolunda  ABŞ-ın özündə fəaliyyət göstərən ermənipərəst konqresmen işə salınır.

Fakt: Xeberinfo.com -(“AŞPA-da Qarabağ qətnaməsinin qəbul olunmamasının detalları” 09.02.2016-cı il)-AŞPA-nın qış sessiyasında britaniyalı Robert Uolterin hazırladığı və Azərbaycanın işğal altındakı ərazilərində zorakılıq hallarına dair qətnamə layihəsinin səsvermədən niyə keçmədiyi məlum olub. Məlumata görə, ermənipərəst amerikalı konqresmen Adam Şiff  Amerikada nəşr edilən erməni qəzeti “Asbarez”in baş redaktoru Aram Xaçaturyanla söhbətində Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nulandın bu işdə xüsusi rolunun olduğunu deyib. “Mən qətnamə müzakirəyə çıxarılmazdan əvvəl ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət etdim. Mənfi mövqeyimi bildirdim və qeyd etdim ki, bu Azərbaycanı dəstəkləyən təktərəfli qətnamədir. Həm səfir, həm də Viktoriya Nuland bunun üzərində işləyəcəklərini dedilər”,-Adam Şiff bildirib. Konqresmen deyib ki, onların bu kimi səyləri nəticəsində qətnamə layihəsi səsvermədən keçməyib. “Orada su ilə bağlı digər qətnamə də var idi. O keçmədi. Amma düşünürəm ki, ən destruktiv olanı keçmədi”,-Adam Şiff deyib.

Xatırladaq ki, Robert Uolterin qətnaməsində Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı təsbit olunmuşdu. Qətnamə layihəsinin müzakirəyə çıxarılmasından əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri sənədin qəbulundan çəkinməyə çağıran bəyanət vermişdi”.

Qısası hər üç həmsədrlər öz dövlətinin siyasətini müdafiə edir, yəni həmsədrlər yuxarıda yerdən 3-4 metr hündürlükdə olmaqla kəndir üstündə janqlyorluq edən kəndirbazın yerdə onu təqlid edən keçəpapağın oyunlarını həyata keçirirlər. Bu kimiləri heç vaxt bizim haqq səsimizi eşitməyəcək və bizi medafiə etməyəcək.

Rusiya haqqında.  Rusiya bizim əbədi qonşumuzdur, əsrlərlə qonşuluq münasibətlərimiz olub və indi də var. Yeraltı və yerüstü  tükənməz sərvətlərindən  bu gün biz də bəhrələnirik. Yeyinti məhsulları təbii, keyfiyyətli və ekoloji cəhətdən təmizdir.

Ancaq Rusiyaya arxalanmaq, inanmaq  olarmı? İrəvanı Yerevan edən, Böyük Orta Asiyadan, Şimalı Afrikadan, Avropadan, müxtəlif millətlərin qarışığından törəyən erməniləri yıxşırıb İrəvana, Qarabağa dolduran, vətənimizdə qanımıza susayan balayanları balaladan, neftdən gələn gəlirləri əlimizdən alıb bizə silah sataraq, işğalçılıq siyasətini yeritmək üçün ermənilərlə bizi daimi olaraq vuruşdurmağa məcbur edən Rusiyaya kim inanacaq? Neçəki Rusiya var və o çökməyib DQR məsələsi də həll olunmayacaq. Ancaq biz bu sahədə mübarizəmizi davam etdirməliyik.

Bəs müharibələr allahı, çox millətli Rus dövləti hansı səmtə doğru istiqamət götürüb? İnkişafa, yoxsa parçalanmağa? Tükənməz yeraltı və yerüstü sərvətlərlə dolu olan Alyaskanı ABŞ-na satan, NATO-ya qarşı yaratdığı VARŞAVA müqaviləsi kimi nəhəng hərbi qüvvəni əlində saxlaya bilməyən, Əfqanıstan müharibəsindən məğlub kimi çıxan, Suriyada və   Ukraynada xidmət edən Rusiya generallarının ard-arda öldürülməsi diqqət çəkdiyindən, ölümləri son dərəcə qaranlıq məqamlarla dolu 46 generaldan 39-u hazırki prezidentin dövrünə təsadüf etdiyindən (“Axar.az” saytı 10.02.2016-cı il), siyasətində  DTK-sı daim MKİ-nə uduzan Rusiya   gec-tez Suriyadakı Tartus hərbi bazasını, ilhaq etdiyi Krım ərazisini və Ermənistanı da tərk edəcək. Yəqin ki, oktyabr sosialist inqilabının yüz illiyi- 2017-ci ildə bir sıra hadisələrə aydınlıq gətirəcək. Yaşayarıq görərik.

Araşdırmamda bir qədər geriyə qayıdıram. Akademik Ramiz Mehdiyevin 15.10.2013-cü il tarixdə “LENT.az”-a verdiyi müsahibəsində ABŞ-ın seçki ilə bağlı gizli mesajlarını belə açıqlayıb: Açıq deyirəm, mən adını çəkdiyiniz tərəflərin verdiyi qiymətə...onların tutduğu mövqelərinə hiddətlənirəm, çünki onların baxışları həqiqi vəziyyəti əks etdirmir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun  və ABŞ xarici siyasət idarəsinin məqsədini heç cür başa düşmək olmur-onlar nə üçün dəqiq mənzərəni qəsdən təhrif edir, bununla da iki tərəfli münasibətlərə ziyan vururlar?!

...Yeri gəlmişkən ABŞ-dan olan rəsmi şəxslər Milli Şuranın nümayəndəsinə seçicilərin 25 %-nin səsini verməyi, qalan 74-75 %-ni özümüzə saxlamağı məsləhət görmüşdülər. Yəni, səslərin nisbəti belə olarsa ABŞ Dövlət Departamentinin rəyi hesablaşdırılmış olacaqdı. Məntiqə görə, əgər biz bu məsləhətə əməl etsək, bütün digər hallarda onların rəyi  mənfi olacaqdı. Göründüyü kimi, bu sadəcə dost məsləhəti deyil, ciddi xəbərdarlıq imiş...”

R.Mehdiyev haradan biləydi ki, qərblilərin dərkində  dost adında anlam yox, şəxsi maraq deyilən bir məfhum kök atmış və onların saysız dilləri var. Oları olmaza və olmazı olara çevirməyi bacaran bu kimi şəxslər dünyaya gəlməmişdən əvvəl gələcəkləri vaxtı da bilirlər.

İndi isə tarix üzrə bir qədər irəli gedək. Təxminən 2015-ci ilin yanvar-fevral aylarında saytlardan məlumat sızırdı ki, neftin bir barelinin satış qyməti 20 və 10 dollara qədər azala bilər. İndi respublikamızın neftdən büdcəyə gələcək gəlirinin bir bareli 25 dollar həcmində planlaşdırılıbdı.

Bəs neftin satış qiymətinin birdən birə ucuzlaşmasının səbəbi nə idi? ABŞ neft istehsalı üzrə öz istehsalına tətbiq etdiyi 44 illik embarqonu dayandırması olmuşdur ki, neft satışından küllü məbləğdə vəsait götürən ölkələri yerində oturtmuşdur. Bu bizim respublikanın baş bilənlərinə də bir dərs oldu ki, iqtisadiyyatın inkişafını neft istehsalına bağlamaq olmaz. ABŞ bununla sübut etdi ki, nəinki hərbi sahədə, həm də iqtisadi cəhətdən də dünyada ən güclü dövlətdir.      

Faktları araşdırandan sonra axır nəticəyə gələk. “ Azərbaycan balanslaşdırılmış siyasət yeridir” deməyin, tək neftimizə və Rusiyaya arxalanmaqla, Ramiz Mehdiyevin faktlarla üz-üzə durması onunla nəticələndi ki,  ATƏT-in Bakıdakı ofisi bağlanıldı, ABŞ-nın Azərbaycandakı sabiq səfiri Ricard Morninqstar respublikamızı tərk edəsi oldu.Və nəhayət AŞPA-da Dağlıq  Qarabağ qətnaməsi müzakirəyə çıxarılmazdan əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən   sənədin qəbulundan çəkinməyə çağıran bəyanət verilməsi ilə nəticələndi.

Hörmət bəslədiyim və bilgisinə inandığım Novruz müəllim! Dövlətin siyasəti onun güclü iqtisadiyyatına əsaslanır. İqtisadi güc də ABŞ-dadır. Neft istehsalında Rusiyaya, ABŞ-a və OPEK-ə diqqətlə nəzər yetirsək və  biz kimə, nəyəsə arxalanıb “balanslaşdırılmış siyasət” yeritməyimiz mürəkkəb məsələdir. Avropa Birliyi və ABŞ ilə ehtiyatlı davranmalı, onlarla ortaq dil tapmalıyıq. Bununla yanaşı mən heç də o fikirdə deyiləm ki, onların diqtə etdiklərinin hamısını qəbul etməliyik.  Qəbul etməməliyik ona görə ki, xalqımızın ruhunun və vərdişlərinin təzahürü-müsəlman xilqətimiz onlarınkından çox-çox fərqlidir.

Mən istərdim ki, Sizin kimi siyasətdə kamil bir şəxsiyyət məlumat xarakterli çıxışlarla iməşğul olmaq yox, əgər Administrasiya tərəfindən Sizə çıxış üçün müstəqil surətdə səlahiyyət verilirsə Dağlıq Qarabağ ərazisinin xilası naminə imkanınız daxilində ATƏT kimi nüfuzlu qürumla yanaşı, yer kürəsinin sayılan ölkələrinə kəsərli təkliflər paketi ilə haqsızlığa qarşı aramsız olaraq müraciət edəsiniz.  

 

 

Hörmətlə: 78 yaşlı təqaüdçü Quliyev Elxan Sarı o.                    12.02.2016-cı il.    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam