Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Mingəçevir hadisəsi prezidentin nəzarətindədir"

 

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir müddət əvvəl Mingəçevirdə polis bölməsində bir gəncin ölümü ilə insanlar arasında yaranan narahatlığa aydınlıq gətirib. 

 

"Xeberinfo.com":    Məlumata görə, Əli Həsənov səbəbindən asılı olmayaraq belə bir hadisənin baş verməsini pisləyib. O, həmin hadisənin dövlət başçısının nəzarəti altında olduğunu və araşdırıldığını deyib:

“Bir vətəndaşın onun hüquqlarını müdafiə edən cəmiyyətdə asayişi bərqərar eləyən və asayişin keşiyində duran qurumun ofisində həlak olması, dünyasını dəyişməsi hansı səbəbdən olursa olsun, yaxşı hal deyil. İstər bunun səbəbi polis olsun, istər bunun səbəbi həmin vətəndaşın özü olubdu, istər ehtiyatsızlıqdan olub, istər məsuliyyətsizlikdən olub, istərsə də ortada cinayət faktı var və yaxud yoxdur”.

Dövlət rəsmisi insanların narahatlığını anladığını, lakin bunun ictimai asayişi pozmaq üçün səbəb olmadığını bildirib:

“Təəssüflər olsun ki, bu, hadisə baş verdi. Bu hadisədən narahatlıq da oldu. O cümlədən Mingəçevir şəhər ictimaiyyətinin, mərhumun qohumlarının narazılığı da oldu. Bu narazılıq, əlbəttə, bəri başdan demək olmaz ki, əsassız idi. Amma sadəcə olaraq hər bir insanın narazılığı, narahatlığı şəhərdə ümumi asayişin pozulmasına səbəb olmamalıdı. Digər insanların təhlükəsizliyinə təhdid yaratmamalıdır. Bir hadisənin qarşısını almaq üçün başqa hadisələrə zəmin yaratmamlıdır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam