Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Putinin maksimalist tələbləri Tramp üçün seçim anını gətirdi:Ağ Ev sahibi hansı qərarı verəcək?

İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar heç bir irəliləyiş olmadan başa çatıb: əsirlərin mübadiləsinə dair razılaşmaya baxmayaraq, Kreml Kiyevin tam təslim olmasını tələb etməkdə davam edir.

Yenixeber.org: Bu, CNN-in hazırladığı materialda yer alıb.

Bildirilir ki, Danışıqlar zamanı Rusiya Ukrayna tərəfinə ciddi tələbləri - Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, NATO-ya üzv olmaqdan imtina, tam demilitarizasiya və xarici qoşunların yerləşdirilməsinin qadağan edilməsi ilə bağlı yeni memorandum təqdim edib. Ukrayna hökuməti bu şərtləri qəti şəkildə rədd edir.

Kreml həmçinin sanksiyaların ləğvində, təzminatlardan imtinada, diplomatik və iqtisadi əlaqələrin tam bərpasında israrlıdır. Bütün bunların müqabilində Moskva heç bir real güzəşt təklif etmir.

CNN qeyd edir ki, Putinin bu maksimalist mövqeləri həm də Donald Trampın imicinə zərbə oldu. Ukraynada "sürətli sülh" strategiyasını ikinci müddətə əsas vəd kimi fəal şəkildə təbliğ edən ABŞ prezidenti qəzəbləndi: onun sözlərinə görə, Putin Ukrayna şəhərlərinə son kütləvi hücumlardan sonra "tamamilə dəli olub".

İstanbul danışıqlarının uğursuzluğu fonunda ABŞ Konqresində Rusiyaya qarşı yeni, “dağıdıcı” sanksiyalar təşəbbüsü geniş vüsət alır. Onun müəlliflərindən biri, senator Riçard Blumental açıq şəkildə Kremli “Tramp və Amerikanı axmaq yerinı qoymaq” cəhdində ittiham edib. Vəziyyət Tramp üçün ciddi problem yaradır: o, danışıqlarda israrını davam etdirəcək, yoxsa sərt addımlara əl atacaq - xüsusən də Kiyevə hərbi yardımı artıracaq?
Vaşinqton etiraf edir ki, Ukraynadakı müharibənin gedişatı Trampın öz siyasi perspektivlərinə getdikcə daha çox təsir edir.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam