Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

"ƏVVƏLKİ PUTİN DƏRRAKƏLİ İDİ..." - "Rubio müharibənin əvvəlində Putin barədə nə demişdi?

İllərdir açıq şəkildə Vladimir Putini tərifləyən ABŞ Prezidenti Donald Tramp ritorikasını kəskin şəkildə dəyişib. Son olaraq o, Rusiya Prezidentinin “tamamilə dəli olduğunu” deyib. 

Yenixeber.org: Bunu qeyd edən “The Times” nəşrinin yazdığına görə, bu, təkcə Rusiyanın danışıqalrdan yayınması, Ukraynanın dinc şəhərlərini bombalamasını davam etdirməsi deyil, həm də şəxsən Putinin özünün getdikcə daha da pisləşən psixi vəziyyəti ilə bağlıdır.

Nəşrin müraciət etdiyi ekspertlər hesab edir ki, Putinin psixi problemlərinin kökündə onun COVID-19 pandemiyası zamanı təcrid olunması dayanır: Dünyanın əksər ölkələrində liderlər müəyyən ictimai fəallığı qoruyub saxlasa da, Putin sözün əsl mənasında səhnədən yoxa çıxmışdı. O, iki ilə yaxın müddətdə vaxtını Moskva yaxınlığında yerləşən Novo-Oqaryovodakı iqamətgahında keçirib, hətta bir çox ən yüksək vəzifəli şəxslərlə də əlaqə saxlamayıb. İqamətgah dezinfeksiya tunelləri ilə təchiz edilmişdi və ziyarətçilərdən, o cümlədən veteranlardan görüşdən əvvəl iki həftə təcrid edilmələri tələb olunurdu".

Nəşr yazır ki, bütün bunlar Putinin ünsiyyətini fantastik sui-qəsd nəzəriyyələrini yayan Nikolay Patruşev başda olmaqla təhlükəsizlik rəsmilərinin sıx dairəsi ilə məhdudlaşdırıb: “Psixoloqlar və ekspertlər belə təcridin paranoyya və informasiya vakuumu yaratmaqla birlikdə Rusiya Prezidentinin ağlına ciddi təsir göstərə biləcəyini düşünürlər. Kremlin keçmiş müşaviri Qleb Pavlovski də bunu təsdiqləyir: "Əvvəlki Putin dərrakəli idi. İndi o, yalnız öz beynindəki şəkillərə reaksiya verir". Politoloq Abbas Qalyamov isə əlavə edir: “İnsan özünə nəzarəti itirəndə onun sonu pis olur”.

Putinin davranışında köklü dəyişikliyin ilk əlamətlərini o vaxtkı ABŞ senatoru və indiki dövlət katibi Marko Rubio hələ 2022-ci ilin fevralında, Ukraynaya müdaxilədən sonra aşkar etmişdi. O, həmin vaxt sosial şəbəkədə yazıb: “Putində nəsə baş verir”. Amma o zaman bu sözlər xəbərdarlıq kimi səslənsə də, bu gün artıq diaqnoz kimi səslənir”.

Yazıda xatırladılır ki, Tramp Putini “ağlını itirməkdə” və Ukraynanın mülki vətəndaşlarını qəsdən öldürməkdə ittiham edərək ona qarşı sərt sözlər deyib: "O, tamamilə dəli olub! O, çoxlu insanı lazımsız yerə öldürür və mən təkcə əsgərləri demirəm. Raketlər və PUA-lar heç bir səbəb olmadan Ukrayna şəhərlərinə buraxılır".(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam