Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Rusiya ilə dostluq Şimali Koreyaya görün nələrə başa gəldi -Reuters-in araşdırması

Şimali Koreya hərbçilərinin Ukrayna savaşında Rusiyaya birbaşa dəstək verməsi cəbhədəki güc balansını ciddi şəkildə dəyişib. Pxenyan, yalnız əsgər göndərməklə kifayətlənməyib, eyni zamanda Rusiyaya minlərlə konteyner silah-sursat və texnika ilə yardım edib.

Yenixeber.org: Son 18 ay ərzində Şimali Koreya Moskvanın ən etibarlı müttəfiqi və hərbi təchizatçısına çevrilib. Yeni peyk görüntülərinə əsaslanan araşdırmalar göstərir ki, bu dövrdə Pxenyan Rusiyaya 15 min 800-dən çox konteyner dolusu döyüş sursatı göndərib.

Reuters agentliyi 2023-cü ilin avqustundan 2025-ci ilin martına qədər olan dövrdə Şimali Koreyadan Rusiyaya həyata keçirilən ən azı 64 silah tədarükünü peyk şəkilləri ilə qeydə alıb. Təxminlər, eyni zamanda bu gəmilərin və yüklərin üçölçülü vizual təhlilinə əsaslanır.

Milyonlarla mərmi dörd Rusiya gəmisi ilə daşınıb

Ekspertlər hesab edir ki, bu daşımalar 4,2 milyon ilə 5,8 milyon arasında mərmi və sursat ehtiva edir. Bu daşımada iştirak edən Rusiya bayrağı altında üzən gəmilər bunlardır: Angara, Lady R, Maria və Maia-1.

Şimali Koreyanın göndərdiyi hərbi texnikanın tərkibinə qısa mənzilli ballistik raketlər, 170 mm-lik özüyeriyən haubitsalar və təxminən 220 ədəd 240 mm-lik reaktiv yaylım atəşi sistemləri daxildir.

Şimali Koreyanın sarsılmaz dəstəyi

Şimali Koreyanın davamlı dəstəyi, Rusiyanın cəbhədəki vəziyyətində ciddi dayaq rolunu oynayır. Pxenyan təkcə texnika ilə kifayətlənməyib, Ukraynaya qarşı döyüşmək üçün minlərlə canlı qüvvə də göndərib.

Bu əsgərlərin əsas missiyası Kiyev qüvvələrinin Kursk vilayətindəki sərhəd hücumlarını dəf etmək olub. Bölgəyə yerləşdirilən təxminən 12 min Şimali Koreya əsgərinin 4 mini ya həlak olub, ya da yaralanıb. Bu itkilərə baxmayaraq, Kim Çen In Rusiyaya əsgər göndərməkdə qərarlıdır.

Qeyd edək ki, Moskva, Qərbin sərt sanksiyalarına qarşı iqtisadi dayanıqlığını qorumaq üçün hərbi texnika baxımından Şimali Koreya və İrana, enerji ehtiyatları üçün isə Çinə arxalanır.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam