Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Bakı Ankara və Təl-Əvivi masaya gətirdi –Mühüm nəticə


Ankara və Təl-Əviv Bakıda baş tutan danışıqlarda Suriyada sabitliyin qorunması üzərində razılıq əldə edib: bu, Azərbaycanın Türkiyə-İsrail xəttində dialoqun qurulması ilə bağlı Prezident Əliyevin açıqladığı ikinci cəhdində də müsbət nəticə əldə etməsi deməkdir.

Yenixeber.org: Əsədin devrilməsi İranın Suriyadakı təsirinin sıradan çıxarılması baxımından İsrailin maraqlarına uyğun olsa da, Türkiyənin əsas oyunçuya çevrilməsini qəbul etmir. Qarşıdurmanın təməlində dayanan amil də budur. Hərçənd, Türkiyə İranla müqayisədə İsrail üçün çətin rəqibdir: Ankara Suriyanın bütün sferalarında – siyasi, iqtisadi, hərbi-kəşfiyyat, logistika və s. güclü təsirlərə malikdir və yeni hakimiyyətin formalaşmasında yaxından iştirak edir, üstəlik, ABŞ Türkiyənin Suriyada mövcudluğunu qəbul edir.

İsrail Türkiyə ilə ABŞ-ın dəstəkləmədiyi qarşıdurmada nəticə əldə etməyin çətinliyini anlayır. Və ən mühüm məqam daha öncə də yazdığımız kimi, İran faktorudur: Tehrana fokuslandıqları vaxt Ankara ilə toqquşma nə Təl-Əvivə, nə də Vaşinqtona sərfəlidir.

Tərəflər arasında vasitəçilik edən Bakının əldə etdiyi nəticə sıradan deyil:

1. Müttəfiq və dost ölkə arasında dialoq kanalı açıldı və bu, Azərbaycanı çətin seçim məcburiyyətindən xilas edir;

2. ABŞ-ın yeni administrasiyasında Bakının əhəmiyyəti ilə bağlı mövqe güclənir: bu, regional müstəvidə, xüsusilə Ermənistanla münasibətlərin perspektivləri fonunda da maraqlarımıza uyğundur;

3. Suriya yenidən toqquşma poliqonuna çevrilmə təhlükəsindən xilas edilə bilər.

Bundan sonra əsas məsələ Bakı razılaşmasının davamlılığını təmin etməkdir.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam