Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

ABŞ-Çin savaşı:İlk zərbəni kim endirəcək?

Çin Tayvanı mühasirəyə almaq üçün hərbi təlimə başlayarkən, ABŞ-ın hədəfi Çin dövlət şirkətləri və investisiyalardır. ABŞ hökumətindəki mənbələrə görə, Prezident Donald Tramp Çinin biznes nəhənglərini hədəfə alaraq həm ölkə iqtisadiyyatını, həm də hökuməti zəiflətməyi planlaşdırır.

Yenixeber.org: “Hill” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp son həftələrdə kabineti ilə gizli iclas keçirib və burada Çinlə müharibə planları müzakirə edilib. İlon Mask iclasda olmayıb. Görüşün vaxtı diqqət çəkir: ABŞ mərkəzli “Real Clear Defence” nəşrinin Pentaqondan əldə etdiyi məlumata görə, Pekinin 5-11 mart tarixləri arasında “Böyük Çin Strategiyası”nı elan etməsindən sonra ABŞ hökuməti tələsik şəkildə müharibə planlarını müzakirə etməyə başlayıb.

“Çinin strategiyasında aşağıdakı məqsədlər müəyyən edilib: Bütün ağıllı və yüksək texnologiyalı proqram və aparat alətlərində lider olacaq; kvant texnologiyası, süni intellekt və 6G texnologiyalarına qlobal sərmayələr qoyacaq; “ChatGPT”yə alternativ olaraq istehsal etdiyi və Amerika fond bazarını çaşdıran “DeepSeek” süni intellekt proqramı da daxil olmaqla, hər sahədə daha ucuz və effektiv texnologiyalar istehsal edəcək; 2025-ci ildə fəaliyyətə başlayacaq kosmos yarışı və kosmik mədən layihələrini tamamlayacaq.

Ekspertlərin fikrincə, hər iki ölkənin strategiyası oxşar məqsədlərə malikdir, lakin ABŞ Ticarət Departamentindən olan mənbələr iddia edir ki, “ilk zərbəni” ABŞ vuracaq”, - məqalədə qeyd olunub.(“Haber Qlobal”)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam