Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Günün xəbəri

Trampın Putin və Zelenski ilə söhbəti - regional və qlobal sülhə artan ümidlər -ŞƏRH

 

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə vəd etdiyi təmas istiqamətində ilk addımı atıb. Fevralın 12-də iki lider arasında saat yarımlıq telefon danışığı olub. Tərəflərin diqqət ayırdığı başlıca mövzunun Rusiya-Ukrayna müharibəsi olduğu bildirilib.

Yenixeber.org: Bundan başqa onlar İranın nüvə proqramını, Yaxın Şərqdəki vəziyyəti, energetika, süni intellekt, dolların təsiri kimi məsələləri də müzakirə ediblər.

Donald Tramp və Vladimir Putinin Səudiyyə Ərəbistanında görüşəcəklərinə dair məlumat da yayılıb. Rusiya Prezidenti amerikalı həmkarını Moskvaya dəvət edib.

Donald Tramp bu telefon danışığını “sürəkli və çox məhsuldar” adlandırıb. Onun sözlərinə görə, Rusiya və Ukrayna müharibəsində insan ölümlərini dayandırmağın vacibliyinə dair razılıq əldə edilib: “Biz uyğun komandanın təcili olaraq danışıqlara başlamasında razılıq əldə etdik”.

Donald Tramp bildirib ki, müharibəni bitirə bilərlər: “Əslində mən ümid edirəm ki, bu, müharibəni başa çatdıra bilməyimiz üçün münasibətlərin başlanğıcıdır”.

ABŞ Prezidenti Dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, milli təhlükəsizlik məsələləri üzrə prezidentin müşaviri Maykl Uolts və xüsusi məsələləri üzrə səfir Stiv Vitkoffun Rusiya nümayəndələri ilə danışıqlara başçılıq edəcəklərini vurğulayıb. Kremldən bildirilib ki, Tramp və Putin şəxsi təması davam etdirəcəklərini də razılaşdırıblar.

 

ABŞ dövlət başçısı sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Tərəflər müharibə və sülh mövzularına dair fikir mübadiləsi aparıb. V.Zelenski danışıqlarla bağlı bildirib: “Ukrayna qədər sülhü heç kim istəmir. Rusiya təcavüzünu dayandırmaq üçün ABŞ ilə gələcək addımları araşdırırıq. Prezident Tramp demiş, gəlin, işi sona çatdıraq”.

Onun sözlərinə görə, tərəflər Ukraynanın texnoloji imkanlarını – pilotsuz uçuş aparatları və başqa qabaqcıl sənaye sahələrini müzakirə ediblər.

V. Zelenski Kiyevin ABŞ-dən “tərəfdaşlıq sazişi”nin ilk layihəsini aldığını açıqlayıb.

Donald Tramp ABŞ-nin Ukraynaya etdiyi hərbi yardımlar qarşılığında 500 milyard dollarlıq faydalı qazıntı, xüsusi ilə litium mədənlərini istədiklərini bildirmişdi.

Ukrayna Prezidenti bu məsələyə toxunaraq deyib: “Biz faydalı qazıntılar haqqında danışdıq... Bilirəm ki, bizim komandaya ölkələrimiz arasında tərəfdaşlıq haqqında hazırkı sənədin ilk layihəsi verilib. Çox istəyirəm ki, komandamız bu sənəd üzərində işləsin. Sənədi bu gün aldıq. Komandalarımızın həqiqətən də bu sənədi tez bir zamanda razılaşdırması və imzalanması üçün hər şeyi edəcəyik”.

Kiyevdə səfərdə olan ABŞ-nin maliyyə naziri Skott Bessent isə bildirib ki, bu sənəd ukraynalılara ABŞ tərəfindən verilən təminatın bir hissəsidir. O deyib: “Sənəd Rusiya rəhbərliyinə Ukrayna ilə iqtisadi əməkdaşlığa dair bizim (ABŞ və Ukraynanı nəzərdə tutur-red.) bir yerdə olduğumuza dair siqnaldır”.

 

Əsas sual budur: danışıqlar, müzakirələr, razılaşmalar və sənəd imzalanmaları Ukraynanın ərazi bütövlüyünü təmin edəcəkmi?

Donald Tramp bildirib ki, 2014-cü il sərhədlərinə qayıtmaq ehtimalı çox azdır, Ukrayna Rusiyanın ələ keçirdiyi əraziləri çətin ki geri qaytarsın.

O, həmçinin Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi ideyasını dəstəkləyərək Alyansa qəbulu mümkünsüz sayıb. D.Tramp jurnalistlərin Volodimir Zelenskinin Ukraynanın ərazilərinin bir hissəsini itirmək hesabına müharibəni bitirmək ideyasını ABŞ-nin dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı sualını belə cavablandırıb: “O, üzərinə düşəni etməli olacaq”.

ABŞ Prezidenti, həmçinin qeyd edib ki, Ukrayna onlara xərclənən pulları ABŞ-yə qaytarmalı olacaq.

Qeyd edək ki, liderlər telefonla danışanda artıq müharibənin 1086-cı günü idi. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, həmin gün döyüşdə Rusiyanın 1250 hərbçisi öldürülüb. Bununla da onların itkilərinin ümumi sayı 854 280-ə yüksəlib.

 

Telefon danışığının Ukrayna ilə bağlı hissəsindən belə qənaətə gəlmək olar ki, sülh sazişindən deyil, atəşkəsə nail olunmasından söhbət gedə bilər. Tramp bu məsələ ilə bağlı jurnalistlərin sualına açıq cavab verməyib. Tramp-Putin danışığının Ukraynaya aid hissəsinin əsas mövzusu ölüm hallarının qarşısını almaq olub. Başqa detallar açıqlanmır. Məsələnin digər tərəfi isə Ukraynanın litium, uran, titan və başqa faydalı qazıntılarının ABŞ-yə satılması istiqamətində danışıqların davam etməsi, Kiyevin belə sövdələşməyə razılıq verməsidir.

Belə ehtimal etmək olar ki, sülh üçün Ukrayna ərazi itkisi ilə razılaşmalı olacaq. Yaxud bəzi ərazilərdə münaqişənin dondurularaq, problemlərin danışıqlar yolu ilə həll ediləcəyini ehtimal etmək olar. Krım yarımadasının gələcəyinin də belə tezliklə müəyyənləşəcəyi gözlənilmir. Ukraynanın təhlükəsizliyinə təminat almaq üçün faydalı qazıntı yataqlarına dair ABŞ ilə imzaladığı razılaşmanı bu danışıqların ən real nəticəsi hesab etmək olar.

Belə razılaşma 1994-cü il dekabrın 5-də Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünə təminatla bağlı ABŞ, Rusiya, Böyük Britaniya və Rusiyanın Macarıstan paytaxtı Budapeştdə imzaladıqları memorandumu yada salır. Həmin hadisədən təxminən 20 il sonra Ukraynanın ərazi bütövlüyü pozulmağa başlayıb. 2022-ci il fevralın 24-də isə Rusiya açıq şəkildə bu ölkənin ərazisinə soxulub.

 

Odur ki, Tram-Putin, Tramp-Zelenski telefon danışıqlarının Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyinə belə tezliklə fayda verəcəyi şübhəlidir. ABŞ Prezidentinin telefon danışığını Vaşinqtonla Moskva arasındakı “buzun əriməsi” kimi də qiymətləndirmək olar.

Bu danışıq Avropa İttifaqının üzvləri üçün də nəfəsdərmə sayıla bilər. Çünki ötən müddət ərzində Aİ ölkələri liderləri demək olar ki, Kreml rəhbəri ilə heç bir təmas qurmayıb. Telefon söhbəti həm də onların təhlükəsizliyi üçün ümid sayıla bilər. Qəzza zolağı, Livan və Suriyadakı hadisələrdən sonra bunu da qlobal səviyyədə münaqişənin həllinə cəhd saymaq mümkündür.

Rusiya Cozef Baydenin prezidentliyi dövründə Ukraynaya hücum edib. Ona görə də bu müharibənin qarşısını almaq üçün Tramp daha şanslı sayılır.

Bu isə ABŞ-ni yaranmış şəraitin, vəziyyətin hakimi edir. Odur ki, telefon danışığı Ştatların liderliyini yenidən təsdiqləməsinə şərait yaratdı. Yaxın Şərq, Ukrayna məsələləri onun razılığı ilə həllini tapır. Çünki dollar, enerji mənbələri və nəqliyyat marşrutları da əsasən ABŞ-nin xeyir-duası ilə reallaşır. İndi növbə Trampındır. Baydenin müharibə ilə edə bilmədiklərini o, telefon söhbəti, danışıqlarla etməyə başlayacaq. Görünür, “Make America Great Again” (“Amerikanın yenidən böyük edək” Trampın seçkiqabağı şüarı) belə olur.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam