Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

İranda Bakıya qarşı kampaniya:Tehran nə istəyir?


Azərbaycanın Qarabağdakı zəfərindən, müstəqil siyasət yeritməsindən sonra iki böyük qonşumuz vaxtaşırı dövlətçiliyimizə, suverenliyimizə və dövlət rəhbərliyinə yönəlmiş təhdid və təhqirlər yağdırırlar. Xüsusilə də İran… Bu, hansısa sadə, tanınmamış bir şəxs tərəfindən edilsəydi, haradasa başa düşmək olardı. Görürük ki, bu açıqlamaları rəsmi media qurumları, informasiya agentlikləri, ölkə parlamentinin üzvləri, İran liderinin nümayəndələri, bölgə üzrə valiləri və onlara yaxın şəxslər yayır. Bu çıxışlar özbaşına ola bilməz və sistemli şəkildə bizə qarşı yönəlmiş təxribatın tərkib hissəsidir.

Yenixeber.org: Bu sözləripolitoloq Turab Rzayev İranın Bakıdakı səfirinin növbəti dəfə XİN-ə çağırılmasını şərh edərkən deyib.

O bildirib ki, bu təxribatlar İran dövlətinin xarici siyasəti ilə paralel şəkildə aparılır:

“Maraqlıdır ki, paralel olaraq İranın nümayəndə heyəti gəlir, münasibətləri normallaşdırmağa çalışır, müqavilə imzalamağa səy göstərir, Zəngəzur dəhlizi ilə bağlı görüşlər keçirilir və s. Onda sual ortaya çıxır: Əgər üçtərəfli görüşlər keçirəcəyiksə, İran xüsusi nümayəndə heyəti göndərəcəksə, iqtisadi əlaqələr inkişaf edəcəksə, Şimal-Cənub kimi böyük bir dəhliz layihəsinin altına İranla birlikdə giririksə, necə olur ki, İran Azərbaycana qarşı kütləvi təhdidləri davam etdirir? Belə çıxır ki, ortada qeyri-səmimi bir mühit var. Biz onların münasibətləri normallaşdırmağa çalışmasına inanmırıq. Çünki təhdid və təhqirləri səsləndirən əxslər rəsmi vəzifə daşıyır. Ölkə rəhbəri bununla bağlı daha əvvəl də öz fikrini bildirib ki, İran açıq şəkildə bu şəxslərin ölkəni təmsil eləmədiyini deməlidir. Dövlətin siyasi xəttinə uyğun siyasət yürütmürlərsə, o zaman imam cümələr, onlara yaxın şəxslər işlərindən azad olsun, cəzalandırılsın, hansısa şəkildə təcrid edilsin. Əks halda bunu İran dövlətinin rəsmi mövqeyi kimi qəbul etməkdən başqa yol qalmır”.

O, İranla yanaşı, Rusiyanın da ölkəmizə qarşı addımlarına diqqət çəkib:

“İkili siyasətin davam edəcəyi müşahidə edilir. Bir tərəfdən Azərbaycanla iqtisadi əlaqələrdən, qonşuluqdan, qarşılıqlı hörmətdən danışacaqlar, digər tərəfdən isə dövlətin bəslədiyi şəxslər Azərbaycana qarşı bu kimi təhdidləri davam etdirəcək. Biz son dövrlər Rusiyada da bu kimi mövqeyi görürük”.

Qeyd edək ki, ötən gün İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.(axar.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam