Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Küncə sıxılan Əsəd peşman oldu –Türkiyəyə sürpriz mesaj

 

Suriyanın silahlı müxalifətinin ələ keçirdiyi Hələb vilayəti strateji əhəmiyyəti və iqtisadi potensialına görə Dəməşqdən qat-qat əhəmiyyətlidir.

Yenixeber.org xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti Suriya Xalq Məclisindəki mənbəyə istinadla məlumat yayıb.

“Hazırda Əsəd və “Bəəs” rejimi Dəməşqdə ilişib qalıb, bu məğlubiyyətdən çıxış yolu axtarırlar. Hələb sözün əsl mənasında “domino effekti” verdi, çöküşün ölçüləri çox dərindir. Ordu, siyasət və bürokratiya qaynayır. Əsədin qurban verilməsi, müvəqqəti hökumətin qurulması kimi imkanlar da nəzərdən keçirilir. Federasiya variantı ilə yanaşı, bir nəfərə bağlı sistemin dəyişdirilməsi və demokratik hökumətin qurulması düsturu da masadadır”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, son iki ildə Türkiyə ilə bir masa arxasında oturmamaq da təəssüflənmək üçün bir səbəbdir:


“Ankaranı danışıqlara razı salmaq üçün kimin vasitəçi olacağı ilə bağlı da müzakirələr gedir. Amma hakimiyyətin ümidləri çox zəifdir. Bütün gücümüzü sərf etdik, amma İdlibi ala bilmədik. Hələb indi bir xəyaldır. Həma ələ keçsə, Əsəd kresloda bir saat belə qala bilməz. Bundan sonra müqavimət yolunu seçsələr də, öz aralarında qan töküləcək və dəyişiklik çox qanlı olacaq. “Bəəs” körpü idi, indi o körpü uçur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam