Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

“Putini danışıqlar maraqlandırmır” - “Bu, Ukrayna dövlətçiliyinin məhvi deməkdir”

Rusiya-Ukrayna müharibəsinin danışıqlar vasitəsilə sona çatdırılmasına dair müxtəlif fikir və proqnozlar olsa da, reallıqda qanlı müharibə davam edir və ciddi nəticələr verəcək danışıqlar perspektivi hələ ki, görünmür.

Yenixeber.org: Məlumata görə, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında Vladimir Putinin real sülh danışıqlarında qətiyyən maraqlı olmadığı qeyd edilib.

İnstitutun analitikləri qeyd edirlər ki, Vladimir Putin danışıqlar yolu ilə atəşkəsə maraq göstərmədiyini açıq şəkildə nümayiş etdirir və Ukrayna dövlətçiliyini məhv etməyə çalışır: "Putin danışıqlar yolu ilə atəşkəs əldə etməkdə maraqlı olmadığını və Ukrayna dövlətçiliyini məhv etmək məqsədinə çatmağa çalışdığını açıq şəkildə ifadə etməyə davam edir."

Hesabatda deyilir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Putinlə iki il yarımdan sonra ilk dəfə 2024-cü il oktyabrın əvvəlində danışıb. Vuçiç həmin söhbətdən sonra deyib ki, o, Ukraynada atəşkəs mövzusunu qaldırıb. Putin ona cavab verib ki, Rusiya Ukraynadakı “xüsusi hərbi əməliyyat”ın bütün məqsədlərini yerinə yetirəcək. ISW-yə görə, bu, Ukrayna dövlətçiliyinin və hərbi gücünün məhvi deməkdir.

Ekspertlər xatırladırlar ki, Putin iyulun 5-də Macarıstanın Baş naziri Viktor Orbanla keçirdiyi mətbuat konfransında atəşkəsin Ukraynaya yenidən qruplaşmaq və silahlanmaq imkanı verəcəyini iddia edərək, danışıqlar yolu ilə əldə edilmiş hər hansı atəşkəsi açıq şəkildə rədd etmişdi.

ISW isə hesab edir ki, əksinə, atəşkəsdən daha çox Rusiya istifadə edəcək: “Mövcud xətlərdə və hazırkı şəraitdə danışıqlar yolu ilə atəşkəs yalnız Rusiyaya fayda verəcək. Bu, Kremlə Rusiya cəmiyyətini Ukraynaya qarşı daha da radikallaşdırmaq və hərbiləşdirmək üçün vaxt verəcək. Rusiya ordusuna isə ehtimal ki, gələcəkdə Ukarynaya qarşı hücuma başlamazdan əvvəl dincəlmək və özünü bərpa etmək üçün imkan yaradacaq”.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam