Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Okamponun cızmaqarası - terrorçuların “siyasi məhbus” kimi təqdimatı -ŞƏRH

 

Erməni lobbisinin muzdlusu, Beynəlxalq Cinayətlər Məhkəməsinin keçmiş hakimi Luis Okampo Azərbaycanı hədəfə alan növbəti riyakarlığa imza atıb. O, Qarabağdakı keçmiş separatçıları, dolayısı ilə terrorizmi dəstəklədiyini bir daha bəyan edib. Bu dəfə cəfəngiyyat dolu, faşist lideri Adolf Hitlerin “Mənim mübarizəm” əsərinin bənzəri, cızmaqaralarla dolu “Müharibə və yaxud ədalət məhkəməsi: cəzasızlığın sona çatdırılması” "kitabı"nı dərc edib.

Yenixeber.org: Başdan-ayağa terrorizm və separatizmin dəstəkləndiyi nəşrdə artıq mövcud olmayan keçmiş "DQR"ə açıq dəstək nümayiş etdirilib.

Erməni mediası yazır ki, Luis Moreno Okamponun kitabının beşinci fəsli tamamilə Qarabağ münaqişəsinə həsr olunub. İddia olunur ki, “Beynəlxalq Cinayət Məhkəməsi müharibəni ədalət mühakiməsi ilə əvəz etmək vəzifəsini qarşısına qoyub. Əfqanıstan, İraq, Ukrayna, Ermənistan, İsrail və Fələstindəki münaqişələri "təhlil edən" kitabın müəllifi qeyd edir ki, "hüquqi arxitektura demək olar ki görünməz, rəngsiz və ehtirassızdır, lakin bu, həyat və ölüm məsələsidir. Müharibə qisas doğurur, ədalət mühakiməsi isə bundan qaçır".

Luis Okamponun anti-Azərbaycan, antitürk mövqeyi yeni deyil və belə bir mövqe ortaya qoyacağı bəlli idi. Tələm-tələsik və cızmaqaralarla dolu kitabda, əgər kitab demək mümkünsə, əvvəldən nələrin olacağı bilinirdi. "Ermənidən artıq erməni" olmağa iddialı bu şəxs artıq uzun müddətdir separatçıları əzabkeş qismində qələmə verir. Sadəcə, seçdiyi tarix elə-belə deyil. Okampo ilə yanaşı, Qərbdəki müəyyən dairələrin ölkəmizə qarşı hərəkətə keçməsi tendensiyası müşahidə olunur.

 

Eyni ssenari, eyni hallar təkrarlanır. “Eurovision” mahnı müsabiqəsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları dönəmində bunların şahidi olmuşuq. Ölkəmizə qarşı adətən standart ittihamlar - “insan haqları”, “demokratiya”, “siyasi məhbus” ifadələri indi separatçılara dəstəklə əvəzlənib.

2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra məlum dairələr Bakı həbsxanalarında saxlanılan terrorçuları az qala siyasi məhbus kimi qələmə verməyə başlayıblar. İddia edirlər ki, Qarabağda yaşamış ermənilərin guya hüquqları pozulub, Azərbaycan onlara qarşı qeyri-mütənasib güc tətbiq edib.

Qarabağda Ermənistan tərəfindən törədilmiş cinayətlər, Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların oradan zorla köçürülməsi mövzularında 30 il ərzində bir kəlmə belə danışmayan Okampo və ona bənzərlər mütəmadi olaraq Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin müdafiəsinə qalxıb, siyasi məhbus mövzusu ilə üzərimizə hücuma keçib. Luis Okampo, bəzi ABŞ konqresmenləri və senatorlar, fransalı siyasətçilər və insan hüquqları müdafiəçilərinin məqsədyönlü və sifarişlə üzərimizə hücum etmələri əslində Qərbin riyakar, ikili siyasətinin bariz nümunəsidir.

 

COP29 kimi mötəbər konfrans ərəfəsində ölkəmizə qarşı çirkin oyunlarını daha da gücləndirən qərbli siyasilər Azərbaycanı qaralamaq üçün erməni lobbisindən və anti-Azərbaycan qüvvələrdən aldıqları sifarişləri can-başla icra edirlər. Onlar “siyasi məhbus“ kimi kiflənmiş mövzuları yenidən gündəmə gətirməklə şantaj və qarayaxma kampaniyasını davam etdirirlər.

Lakin Azərbaycanın artan nüfuzu, iqtisadi gücü, siyasi-diplomatik məharəti ona qarşı aparılan çirkin kampaniyaları dəf etməyə imkan verir. Erməni lobbisi, ondan yemlənən Okampo və onun dostlarının qərəzli, sifarişli çıxışları Azərbaycanın nüfuzunu zədələmək iqtidarında deyil.

Luis Moreno Okamponun siyasi tapşırıqlar əsasında hazırladığı “kitab” da, sözsüz ki, ermənilərin dəstəyi ilə hazırlanıb.

Okampo ilə yanaşı, digər erməni lobbisi və havadarları da separatizmə dəstək prosesinə qoşulublar. Separatçı və terrorçulara dəstək kampaniyasına Ümumdünya Kilsələr Şurasını (WCC) da qoşublar. Məlumata görə, noyabrın 10-da Cenevrənin Sen-Pyer kafedralında separatçılar üçün ümumdünya duası keçiriləcək. Məlumata görə, bütün ermənilərin katolikosu II Qaregin cəmiyyəti duaya qoşulmağa çağırıb və təşəbbüsü xristian icmalarının, diplomatik missiyaların, media nümayəndələrinin, beynəlxalq təşkilatların əsirlərin məsələsinin həllində iştirakı üçün stimul adlandırıb.

 

Ümumdünya Kilsələr Şurası da separatçılara dəstək nümayiş etdirib. Bu təşkilat dəfələrlə erməni tərəfinin mənafeyinə xidmət edib, birtərəfli və qərəzli şəkildə erməni təəssübkeşliyi mövqeyi nümayiş etdirib. Rəsmi Bakı da dəfələrlə Ümumdünya Kilsələr Şurasına etirazını çatdırıb. Təşkilatı həqiqəti müdafiə etməyə, obyektiv bəyanatlar verməyə, kövrək sülh şəraitində birtərəfli mövqe tutmamağa, ədalətin yanında olmağa, erməni tərəfinin qızışdırıcı fəaliyyətinə dəstək verməməyə çağırış edib. Görünür, kilsə üçün həqiqət, obyektivlik və reallıq deyil, xristian təəssübkeşliyi, erməni lobbisinin "tulapayı" hər şeydən üstündür.

Başladılan kampaniyanın seçildiyi vaxt da təsadüfi deyil. Hər şey Bakıda keçiriləcək COP29 konfransını gözdən salmağa hesablanıb. Bu beynəlxalq tədbirə kölgə salmaq üçün başladılan çirkin kampaniyanın da nəticəsi əvvəlkilər kimi olacaq.

Şübhəsiz ki, bütün bu kampaniyaların bir mütləq səbəbi var - Bakının ərazi bütövlüyünü təmin etməsindən sonra regionda yaratdığı yeni reallıqlar. Bəzi güclər, təşkilatlar, institutlar bu reallığı, həmçinin Azərbaycanın regional və beynəlxalq siyasətdə oynadığı rolu qəbul etmək, həzm etmək istəmirlər. Onların bu mövqeləri ritorikalarında aydın hiss olunur. Lakin bu cəhdlər əbəsdir. Azərbaycan ötən illərdə olduğu kimi, bu dəfə də qərəzli kampaniyaları dəf edəcək, tədbirləri layiqincə keçirəcək.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam