Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Bu nədir, İran kəskin dönüşmü edir? -...tövbə qapısı həmişə açıqdır

İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranda keçirilən təsdiq mərasimində İranın yeni prezidenti Məsud Pezeşkiana prezident fərmanını təqdim edir,28 iyul 2024-cü il. (İranın ali dini rəhbərinin ofisi/WANA/Reuters)
İranın yeni prezidenti Pezeşkiyan, ilk Mətbuat konfransında təəccüblü çıxış edərək bildirib ki, İran, yeni demokratik prezident gələndən bəri Rusiyaya silah verməyib. Məsud Pezeşkiyan öz çıxışında ABŞ-dan İrana qarşı sanksiyaları tam dayandırmağı xahiş edib. Bildirib ki, Amerikaya qarşı hirsi ədavəti yoxdur və onu qardaş hesab edir. Rusiyanı isə, sadəcə "dost ölkə" adlandırıb.
Yenixeber.org: Bu haqda siyasi şərhçi İlqar Altay FB səhifəsində yazıb:
Prezident olandan sonra ilk səfərini ABŞ-ın və Avropanın dəstəklədiyi İrak Kürdüstanına edən Pezeşkiyan, ABŞ-la bilavasitə danışıqlara hazır olduğunu bəyan edib. İsrailə qarşı da, ənənəvi İran prezidentlərinin sərt çıxışları kimi etməyib. Açıq hiss olunur ki, Qərblə yumşalma tərəflidir.
Öz yeni reformator ortaya qoymağa çalışan M. Pezeşkiyan İranın xarici siyasətlə bərabər, ölkə daxilində də köklü dəyişiklər ediləvəyi mesajını verməyə çalışıb. Ölkənin ağır, iqtisadi çətinlikli problemlərindən, xeyli korrupsiyanın kökünün kəsilməsi, sosial bərabərlik vacibliyindən, tibb, təhsil barədə xeyli danışıb. İranda Şəriət polisi ləğvi və örtülmə kimi suallara yumşaq yanaşıb.
Nəhayət, Moskvaya, BRİKS yığıncağına səfəri barədə Pezeşkiyan qeyd edib ki, öncə ABŞ-a, BMT Baş Assemblryasına sentyabrda edəcək səfərdən, orada ABŞ rəsmiləri ilə görüşündən sonra baş tutacaq. Ümumiyyətlə, İranın rəsmi və eynilə, ictimai dairələrində Kamala Harrsin prezident seçilməsinə maraq xeylidir, nədirsə.
Hansı nəticələri çıxarmaq olar, Pzeşkiyanın bu, siyası addımlarından? O aydındır ki, İranın dini lideri və mütləq hakimiyyət sahibi Xameneinin razılıq və planlı qərarı olmadan Pezeşkiyan, ya kimsə, bu ölkədə prezident ola bilməz. Və belə halda, prezident Pezeşkiyan da, ölkənin sahibi Xameneinin plan və tapşırığı olmadan, əsla bu addımları atmaz, çıxışları etməz. Bu halda belə çıxır ki, İran dövləti Xameneinin iradəsi ilə artıq Rusiya qütbündən bir şey çıxmadığını görərək, həm də qarşıdakı təhlükəli dönəmi hiss edərək ölkədə siyasi dönüş, güclü, daxili reformalar ilə Qərbə doğru meyllıənmək istəyir. Çox yəqin ki, işlər molla rejiminin ləğvinə və türk mili çoxluq amilinin güclənməsinə doğru gedir... Getsin də, dində də var belə: tövbə qapısı həmişə açıqdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam