Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Sülh” deyir, “müharibə” yadda –Paşinyanın özünüifşası və dəhşətli yalanı

Yenixeber.org: Ermənistan baş naziri Nikol Paşinyanın bugünkü açıqlamaları köhnə qənaəti möhkəmlətdi: bu “dalan” ölkənin rəhbəri sülh müqaviləsinə hələ də barmaqarası baxır və Azərbaycanla normal münasibətlər qurmaq istəyindən çox uzaqdır. Nikolun dinc danışıqlarla bağlı həmişəki gəlişigözəl sözlərini, həmçinin söylədiyi yalanları çıxsaq, yerdə məhz belə bir quru və sərt reallıq qalır...

Məsələn, Paşinyan bu gün özündənrazı formada bildirib ki, “sülh müqaviləsi sənədi Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur”. İlk baxışda qulağa xoş gələn sözlərdir. Amma bu, necə ola bilər, əgər rəsmi İrəvan sənəd layihəsindən prinsipial müddəaları çıxardıqdan sonra “biz imzalamağa hazırıq” deyirsə? Hansı yanaşmanı ki, Bakı rədd edib və qeyri-ciddi yanaşma adlandırıb.

Eyni zamanda, Bakı qarşı tərəfə növbəti dəfə xəbərdarlıq edib ki, Ermənistan Konstitusiyasından Azərbaycana ərazi iddiası ilə bağlı istinad çıxarılmayınca sülh müqaviləsi imzalanmayacaq. Paşinyan isə bugünkü açıqlamasında mesaj verib ki, belə dəyişikliyə hazırlaşmır. Hətta utanıb-qızarmadan “Ermənistan Konstitusiyasında başqa ölkələrin ərazisinə iddia haqda heç nə yoxdur” söyləyib. Üstəgəl, yenə heyrətamiz həyasızlıqla “Azərbaycan Konstitusiyasında da Ermənistana qarşı torpaq iddiası var” yalanını izhar edib.

Yəni belə çıxır ki, Ermənistan yox, Azərbaycan öz konstitusiyasını dəyişməlidir?!..

Belə təfəkkürün yiyəsi ilə hansı sülh müqaviləsi imzalana bilər görəsən? Bu siyasətin başqa adı sülhdən danışıb müharibəyə hazırlaşmaqdır. Qısası, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasını N.Paşinyan ayrı necə təsəvvür edir? Onun ağlı yerindəmi? Nə vaxtadək dildə sülh deyib ağlında müharibəni nəzərdə tutacaq?

Heç bir ciddi hüquqi öhdəlik yaratmayan hansısa kağız parçasını imzalamaqla diplomatik əlaqələr qurulurmu? Bir ölkənin ona qarşı açıq-aşkar ərazi iddiası olan digər ölkə ilə heç nə olmayıbmış kimi normal münasibətlər yaratması və qarşılıqlı şəkildə səfirliklər açması mümkünmü?..

Nikol bu gün onu da deyib ki, Ermənistan Azərbaycandan anklav Naxçıvana gedən yolun təhlükəsizliyini təmin etməyə hazırdır. Sən dedin, biz də inandıq. Azərbaycana ərazi iddiasından imtinanı ağlından keçirməyən, altdan-altdan müharibəyə hazırlaşan, Türkə nifrətin fontan vurduğu bir ölkəyə vətəndaşlarımızın təhlükəsizliyini necə həvalə edə bilərik?..

Sualların hamısı əlbəttə ki, ritorikdir. Odur ki, bir daha Nikol Vovayeviçə xatırlatmağın yeri var: “sülh arabası”nın qabağa getməsini istəyirsənsə, qonşularla səmimi şəkildə “sıfır problem” arzusundasansa, atı “araba”nın arxasından açıb qabağına qoş. Siyasi meymunluğa son qoy. Azərbaycan minlərlə şəhid verib hərbi zəfəri ona görə qazanmayıb ki, öz əli ilə Ermənistanı nə vaxtsa revanşa sövq edəcək absurd sənədə imza atsın.

Beynəlxalq hüquqa uyğun sülh müqaviləsi ya olacaq, ya da Ermənistan düşmən ölkə kimi təcriddə saxlanmaqda davam edəcək. Paşinyan özünü “sülh göyərçini” rolunda boşuna yormasın. Yoxsa qonşularla “sıfır problem”dən qaçan Ermənistanın özü günün birində “sıfırlanacaq”...(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam