Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İsrailin etirafı Ağ Evi qəzəbləndirib

İsrail HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinin arxasında özünün dayandığı barədə Vaşinqtonu dərhal məlumatlandırıb.

Yenixeber.org: ABŞ prezidentinin administrasiyasının məmurları Qəzza zolağında atəşkəsi təmin etmək üçün aylarla göstərdikləri səylərində uğursuzluq kimi qiymətləndirdikləri bu xəbərdən təəccübləniblər və ona qəzəbli reaksiya veriblər.

“Haniyənin öldürülməsi ilə bağlı İsrail şərh verməkdən imtina etsə də, buna görə məsuliyyət daşıdığını dərhal ABŞ rəsmilərinə çatdırıb”, - qəzet yazır.

Materialda, həmçinin İsrailin Vaşinqtona xəbər vermədən dəfələrlə “Hizbullah” və İran komandirlərinə zərbələr endirməsindən ABŞ rəsmilərinin hiddətləndiyi vurğulanır. Haniyənin Qətərdə yaşadığına və xaricə səyahət etdiyinə diqqət çəkən analitiklər, İsrailin baş naziri Binyamin Netanyahunun HƏMAS liderini niyə məhz Tehranda olarkən öldürməyə üstünlük verməsi sualını qoyurlar.

“Məqsədiniz sövdələşməni başa çatdırmaq idisə, niyə bunu Haniyə ilə indi və iranlıları cavab verməyə məcbur edəcək şəkildə həyata keçirdiniz?”, - qəzet ABŞ-nin İsraildəki keçmiş səfiri Dennis Rossdan sitat gətirir.

“The Washington Post”un istinad etdiyi anonim İsrail rəsmisi Netanyahu ilə Bayden arasında keçən həftə baş tutan telefon danışığının həqiqətən də “gərgin” olduğunu təsdiqləyib.(AzVision)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam